Anjey Kasprşik: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçiriləcəyinə ümid edirik”

22 Ekim 2015 Perşembe 07:00
“İlin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçiriləcəyinə ümid edirik”.

Bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik deyib.

Danışıqlar prosesində ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən irəli sürülən mümkün yeni təkliflərə toxunan Anjey Kasprşik bütün təkliflərin Madrid prinsipləri çərçivəsində müzakirə edildiyini bildirib.

Qeyd edək ki, oktyabrın sonunda ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri planlaşdırılıb.

Benzer Haberler