Azərbaycanın Silk Way şirkətinə məxsus təyyarəsi qəzaya uğrayıb: 7 ölü, 2 yaralı

19 Mayıs 2016 Perşembe 06:00

Mayın 18-də “Silk Way” aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından APA-ya bildirilib ki, təyyarə Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı qəzaya uğrayıb.

Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxildir.

Hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradılıb. Komissiya üzvlərinin mayın 19-da hadisə yerinə gedəcəyi gözlənilir.

Benzer Haberler