Bakıda mənzildən kişi və qadın meyiti tapıldı

10 Mayıs 2016 Salı 07:00

Bu gün Bakının Nəsimi rayonunda mənzildə meyiti aşkarlanan şəxslərin ölüm səbəbi məlum olub. 

Modern.az saytı xəbər verir ki, 1968-ci il təvəllüdlü Qurbanov Şahin Məmmədəli oğlu və 1978-ci il təvəllüdlü Ağayeva Gülnurə Oktay qızının meyiti tapılıb.

 Araşdırma zamanı qadının qətlə yetirildiyi, kişinin isə intihar etdiyi məlum olub.

Belə ki, Ağayeva Gülnurə yataq otağında boğazı kəsilərək qətlə yetirilib. Qurbanov Şahinin meyiti isə hamam otağında aşkarlanıb. Meyitləri tapılan şəxslər ər-arvad olub. 

Onlarla bağlı məlumatı FHN-ə qadının bacısı verib. Mənzilin qapısını sındıraraq içəri daxil olan xilasedicilər qadının meyitini yataq otağında, kişini isə asılmış vəziyyətdə hamam otağında aşkar ediblər. 

Faktla bağlı Nəsimi prokurorluğunda cinayət işi açılıb.

Benzer Haberler