Gəncədə kişi arvadının boğazını kəsib

02 Mayıs 2016 Pazartesi 09:00

Gəncədə 47 yaşlı qadın bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1969-cu il təvəllüdlü Rəfiqə Musayeva boğazın kəsilmiş və kürək nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən qadının vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, R. Musayevanı həyat yoldaşı münaqişə zəminində bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Benzer Haberler