Kremldən Qarabağ açıqlaması

11 Mart 2016 Cuma 13:00

“Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq vasitəçilər tərəfindən deyil, yalnız onun iştirakçıları tərəfindən tapıla bilər”.  

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.   Onun sözlərinə görə, Rusiya, bununla yanaşı belə həllə yardım etmək üçün beynəlxalq formatlarda davamlı işləyir.  

“Bu, hansısa birdəfəlik səylər deyil. Mövcud beynəlxalq formatlarda Rusiya ardıcıl iş aparır. Ancaq hansısa həll və ya təşəbbüs ancaq münaqişə iştirakçılarının özündən gələ bilər.  

Heç kim bu münaqişəni Azərbaycanın və Ermənistanın əvəzindən həll edən deyil”./modern/

Benzer Haberler