Lerikdə 18 yaşlı oğlan özünü güllələyib

30 Mart 2016 Çarşamba 08:00

Lerik rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib. 

Hadisə bu gün saat 18 radələrində rayonun Livədirqə kəndində qeydə alınıb.  

Kənd sakini, 1998-ci il təvəllüdlü Elcan İzzət oğlu Zahidov ov tüfəngini təmizləyərkən tüfəng açılıb və güllə ona dəyib. 

Nəticədə E. Zahidov yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır./apa/

Benzer Haberler