Qazaxda ər-arvad qətlə yetirilib

14 Mart 2016 Pazartesi 09:00

Qazax rayonunda qətl törədilib.

Rayon Prokurorluğundan Apa-ya verilən məlumata görə, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.

Kənd sakinləri - 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onunla qeyri-rəsmi nikah münasibətlərində yaşayan, 1941-ci il təvəllüdlü Dünya Mehbulla qızı Bakıxanovanın üzərilərin kəsilmiş-deşilmiş xəsarətləri olan meyitləri yaşadıqları evdə aşkar edilib.

Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Benzer Haberler