AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "RİA Novosti" Agentliyi növbəti dəfə Azərbaycana qarşı informasiya təxribatına yol verib
02/09/2014 Yazdır
Rusiyanın "RİA Novosti"("Rossiya Seqodnya") Beynəlxalq İnformasiya Agentliyi növbəti dəfə Azərbaycana qarşı informasiya təxribatına yol verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, agentlik özünün İrəvan müxbirinə istinadən qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyinin" 23 illiyi ilə bağlı məqalə yayıb.

Məqalədə Azərbaycanın ərazi bütövlüyü və tarixi təhrif olunub, "Dağlıq Qarabağın erkən orta əsrlərdə Ermənistanın tərkibində olması" qeyd olunub.

Azərbaycan Milli Məclisinin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı açıqlamasında “RİA Novosti” agentliyinin materialında yer alan iddiaların əsassız olduğunu bildirib. M.Qasımlı deyib ki, tarixi mənbələr ermənilərin Cənubi Qafqaz regionunda aborigen, gəlmə olduqlarını sübut edir. Onun sözlərinə görə, buna görə Qarabağ xanlığının Rusiyaya birləşdirilməsi ilə bağlı 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsinin mətninə diqqət yetirmək yetərlidir:

“Belə əsassız iddianı irəli sürənlər baxsınlar ki, Kürəkçay müqaviləsinin altında kimin imzası var? Müqavilədə ermənilər xatırlanırmı, adları varmı? Bunların heç biri yoxdur. Qarabağ Azərbaycan xanlığı olub, Azərbaycan xanlığı kimi Rusiya tərəfindən ilhaq edilib. Cənubi Qafqazda Ermənistan adlı bir dövlət olmayıb, ermənilər sistemli şəkildə Cənubi Qafqaza 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay sülh müqavilələrindən sonra köçürülməyə başlanılıblar. Bununla bağlı çar Rusiyası hökumətinin yüzlərlə sənədi var. Cənubi Qafqazda Ermənistan adlı dövlət 1918-ci ildə türk torpaqlarında yaradılıb, ilk adı Ararat Respublikası olub”.

APA-nın qeydi: "Məqalə"də qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müstəqillik tarixi" də təhrif olunub. Yaxın onilliklərdə baş vermiş hadisələr və faktlar ermənilərin xeyrinə saxtalaşdırılıb, əhalinin əksəriyyətinin ermənilərdən ibarət olduğu qeyd edilib. 

Çox təəssüf ki, bu Rusiyanın aparıcı agentliklərindən birində Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş ilk informasiya təxribatı deyil. 2013-cü ilin fevralında da agentliyin müəllifi Vadim Dubnov tərəfindən yazılan "Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir" adlı məqalə dərc olunub. Həmin hadisə rəsmi Bakının Rusiyaya etiraz notası verməsi ilə nəticələnib. Notadan sonra agentlik yazını saytdan çıxarıb.

“RİA Novosti” agentliyinin atdığı bu addım iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin ruhuna da uyğun gəlmir. Azərbaycan və Rusiya prezidentlərinin yürütdüyü siyasət nəticəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və tərəflər qarşılıqlı maraqlara əsaslanan bu münasibətləri daha yüksək səviyyəyə qaldırmağın vacibliyini dəfələrlə vurğulayıblar.

Rusiyanın nüfuzlu informasiya agentliyinin dövlətlərarası münasibətlərin dostluq ruhuna zidd olan mövqe nümayiş etdirməsi göstərir ki, bəzi media orqanları dövlətin deyil, müəyyən qrupların maraqlarından çıxış etməyə üstünlük verirlər. Medianın qrup maraqlarından çıxış etməsi təkcə dövlətlərarası münasibətləri zədələmir, bu kimi özfəaliyyətin zərbəsi son nəticədə həmin media qurumunun özünə dəyir. Rusiyanın ən yaxın tarixi belə faktlarla kifayət qədər zəngindir və “RİA Novosti” agentliyi praqmatik maraqlardan deyil, qrup maraqlarından çıxış etməzdən əvvəl belə faktları nəzərə almalıdır.

 

Xatırladaq ki, hazırda agentliyin baş direktoru Dmitri Kiselyov, baş redaktoru isə Marqarita Simonyandır. 

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8316
 GBP :  2.1276
 TRY :  0.0527
 EUR/USD :  1.0774
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft