Türkiyə universitetlərinin 40 rektoru və ölkənin professor heyəti iyun ayının ilk günlərində Azərbaycana səfər edəcək.
Modern.az-ın əldə etdiyi məlumata görə, Türkiyə nümayəndə heyətinin Şuşa şəhərinə səfəri nəzərdə tutulub.
Məlumatı saytımıza açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım təsdiqləyib.
“Nümayəndə heyətinə Türkiyə Böyük Millət Məclisinin (TBMM) məsul şəxsləri rəhbərlik edəcək. Nümayəndə heyətinin Bakıda görüşü olacaq. Daha sonra Şuşaya səfərin təşkil edilməsi gözlənilir”, - deputat Şamil Ayrım bildirib.
|