AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» 28 May Respublika günü Türkiyənin İzmir şəhərində qeyd edildi - Fotolar
28/05/2015 Yazdır

Şərqin ilk demokratik cümhuriyəti olan Azərbaycan Xalq Cümhuriyetinin quruluşunun 97-ci ildönümü Türkiyənin İzmir şəhərində Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti tərəfindən qeyd edildi.

Tədbir İzmirin en böyük salonlarından olan İsmət İnönü  Sanat Mərkəzində təşkil olundu və kokteyllə başladı. Daha sonra tədbirin rəsmi və bədii hissəsinə keçildi.

Tədbir Azərbaycan və Türkiyənin müstəqilliyi uğrunda şəhit olanların və 19 May tarixində Bakıda çox mərtəbəli binada çıxan yanğında həyatlarını itirənlərin mənəvi huzurunda bir dəqiqəlik sayğı duruşu və ardından hər iki ölkənin himnlərinin oxunması ilə başladı.

Daha sonra söz alan Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin (AKİDER) sədri Dr. Asıf Kurban gələn qonaqlara bu günün əhəmiyyətiylə bağlı ətraflı məlumat verərək,  cümhuriyyətin yaranması, sonradan süquta uğrasa da, aradan 70 il sonra yenidən bayrağımızın göylərə yüksəldilməsini, hazırda da o bayrağın əmin əllərdə olduğunu xüsusi ilə vurğuladı.

 O, müstəqil Azərbaycan vətəndaşı olmağın böyük şərəf, qürur verməsini xüsusi olaraq qeyd edərək, tədbirin təşkilində əməği olanlara və gəldikləri üçün qonaqlara təşəkkür edərək sözlərini tamamladı.

İzmir şəhər merinin nümayəndəsi Muzaffər Tunçağ, İstanbul Azərbaycan Mədəniyyət Evinin Sədri Hikmət Əlp, İzmir Vəkillər Kollegiyasının sədri Aydın Özcan, Xaricdəki Türklər ve Əqrəba Cəmiyyətlər Komitəsinin İzmir sədri Fırat Yaldız da çıxış edərək, bu gün münasibətiylə Azərbaycanı və Azərbaycanlıları təbrik etdilər və eyni zamanda bu önəmli günlə əlaqədar tədbir təşkil etdikləri üçün cəmiyyətə təşəkkür etdilər.

Tədbirin bədii hissəsi gənç müğənnilərdən Elgün Quliyevin və Təbrizdən gələn Barış Qrubunun möhtəşəm konserti ilə dəvam etdi və bu çıxışlar qonaqlar tərəfindən alqışlarla qarşılandı. Tədbirdə həmçinin İzmirdə təhsil alan Azərbaycanlı tələbələr tərəfindən şeirlər söyləndi.

Proqramın sonunda tədbirin təşkilinə dəstək verənlərə plaket verildi və birlikdə şəkil çəkildi.

Tədbirə  müxtəlif siyasi partiyalar və qeyri-hökümət təşkilatlarının sədr və nümayəndələri, İzmirdə yaşayan azərbaycanlı ailələr, bu şəhərdə təhsil alan Azərbaycanlı və xarici tələbələr və İzmir şəhər sakinləri iştirak etdilər.

 

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.84
 GBP :  2.1992
 TRY :  0.0448
 EUR/USD :  1.0824
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft