AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Ə.Davudoğlu: "Birlikdə çox parlaq bir gələcəyə gedirik"
19/09/2014 Yazdır
“TANAP gündəmə gəldiyi andan Avrasiyanın enerji siyasətində çox ciddi dəyişikliklər olub”.

Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya rəsmi səfərindən əvvəl Ankara Hava Limanında  verdiyi açıqlamada bildirib. O, Türkiyə ilə Azərbaycan arasında "Bir millət, iki dövlət" şüarının artıq kök salmış bir ənənə olduğunu qeyd edərək, ilk səfərlərindən birinin Bakıya etdiyini bildirib.

Davudoğlu, rəsmi səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşəcəyini qeyd edib. Görüşlərdə Türkiyə-Azərbaycan siyasi, iqtisadi və mədəni münasibətlərinin detallı müzakirə olunacaq. Davudoğlu səfərinin  ikitərəfli münasibətlər,  regional sahədə aparılan işlər, beynəlxalq sahədəki yaxın əməkdaşlıq və iki ölkə arasındakı dost və qardaş münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirib.

"Bölgəmizdə, yaxın bölgələrdə çox mühüm siyasi hadisələr baş verir. Bunları müzakirə edəcəyik" deyən Davudoğlu, iki ölkənin çox böyük layihələrin  birgə həyata keçirməsinə diqqəti çəkib.  

"Birlikdə çox parlaq bir gələcəyə gedirik.  Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan layihələri, nəqliyyat və enerji sahəsində bütün Avrasiyada böyük dəyişikliklərə səbəb olan işlərdir.   Bunlar Bakıdan, Xəzər sahilindən başlayaraq, Türkiyə ərazisindən keçən və dünyaya açılan layihələrdir. Bunun son böyük nailiyyətlərindən biri də TANAP-dır. TANAP gündəmə  gəldiyi andan Avrasiyanın enerji siyasətində çox ciddi dəyişikliklər olub”, deyə Davudoğlu qeyd edib.

Türkiyənin baş naziri rəsmi səfərinin ardınca, sentyabrın 20-də  TANAP borusunun Azərbaycan hissəsinin təməlqoyma mərasiminin keçiriləcəyini bildirib: “Türkiyə ilə Azərbaycan arasında 20 il əvvəl, 90-cı illərin əvvəllərindən başlayaraq qurulan böyük dostluq əlaqəsinin nəticələrini görürük".

Həyata keçirilən böyük layihələrə toxunan Davudoğlu  Türkiyə ilə Azərbaycanın uzaqgörən liderliyini əks etdirən mövqelərinin örnək təşkil etdiyini deyib.

TANAP-ın eyni zamanda Xəzər dənizindən, Qafqazdan Türkiyəyə, oradan da Balkanlara uzanan bir sülh layihəsi olduğunu vurğulayan Davudoğlu, Türkiyənin 90-cı illərin əvvəllərində böyük etnik münaqişələrin baş verdiyi Balkanlar və Qafqazın, problemli görünən bu iki məkanın  birləşdirdiyini deyib. Davudoğlu bu baxımdan mərasimdə yalnız Azərbaycan prezidenti Əliyev və özünün olmayacağını, tədbirə Bolqarıstan prezidenti ilə Gürcüstan, Yunanıstan və Çernoqoriya baş nazirlərinin qatılacağını bildirib.

"Beləliklə, Qafqazdan Balkanlara bir sülh körpüsü quracağıq. Bu sülh körpüsünün mehvər ölkəsi də Türkiyədir.   O baxımdan, o mərasimdə etmək bizim üçün böyük bir şərəf olacaq. Həm ikitərəfli münasibətləri müzakirə edəcəyik, həm də dünyanın enerji bazarlarında geniş əks-səda doğuran bu böyük sülh layihəsinin reallaşmasının ilk addımını atmış olacağıq”, deyə Davudoğlu vurğulayıb.

“Yəqin ki, mart ayında TANAP Türkiyədəki hissəsinin təməl qoyma mərasimini həyata keçirmək üçün işləri tamamlamış olacağıq”, deyə Davudoğlu əlavə edib./apa/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft