AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Əli Həsənovun anonsu - Məcburi köçkünlər çaşqın vəziyyətdə...
18/01/2017 Yazdır

Kommunal xidmətlərə görə məcburi köçkünlərə verilən güzəştlərin ləğv edilməsilə bağlı müəmmalar davam etməkdədir.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Modern.az-a deyib ki, hələlik bu haqda rəsmi qərar yoxdur.

Əli Həsənovun anonsu...

Xatırladaq ki, məsələ ilə bağlı müəmmalı vəziyyətin yaranmasına səbəb də elə “Dövlətqaçqınkim”un sədri Əli Həsənovun ötən ilin sonlarında Nazirlər Kabinetinin iclasındakı çıxışı olub.

Həmin toplantıda Baş nazirin müavini bildirmişdi ki, məcburi köçkünlərə yardımların verilməsi ilə bağlı yeni sənədin layihəsi hazırdır və hökumətə təqdim olunub: 

«Məcburi köçkünlərə ayrılan vəsaitin ödənişində yeni qaydaların və sosial ədalət prinsipinin tətbiq edilməsi məqsədilə təkliflər zərfi hazırlanaraq Baş nazirə təqdim edilib. Yaxın günlərdə məsələnin Baş nazirin yanında aidiyyəti nazirlik və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə müzakirəsi nəzərdə tutulur.

Yeni qaydalar 2017-ci il yanvar ayının əvvəlindən tətbiq ediləcək. Bunun üçün hüquqi sənəd – Nazirlər Kabinetinin qərarı qəbul ediləcək. Yemək xərci müavinəti ilə bağlı yeni qaydalar isə hazırlanaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib. Məcburi köçkünlərə kommunal xidmət xərclərinin verilməsində də dəyişikliklər olacaq”.

Qeyd edək ki, indiyədək məcburi köçkünlər kommunal xərclərdən müəyyən limit daxilində azad idilər. Amma gözlənilən dəyişiklik nəticəsində həmin limitə görə ayrılan məbləğin köçkünlərin özünə verilməsi nəzərdə tutulurdu ki, xərcləri özləri  ödəsinlər. 

«Belə ki, kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, nağd şəkildə məcburi köçkünlərin özlərinə veriləcək və bunun icrasına 2017-ci ilin yanvarında başlanılacaq»-deyə Ə.Həsənov bildirmişdi.

Məcburi köçkünlər çaşqın vəziyyətdə

Məsələ ilə bağlı Modern.az-a danışan Xocalıdan olan deputat Elman Məmmədov hazırda cəbhə bölgəsində, Şuşa məcburi köçkünlərilə görüşdə olduğunu bildirib:

“Biz hazırda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla birlikdə  Ağcabədi və Ağdam rayonları arasında “Haramı” zonasındayıq. İnsanlarla görüşürük, onları dinləyirik. Məcburi köçkünlərin də ən çox maraqlandığı mövzu məhz budur. Düzü, məsələ “Dövlətqaçqınkom” tərəfindən rəsmi təsdiqlənmədiyindən, biz də də insanlara dəqiq bir söz deyə bilmədik. Amma bildiyim qədərilə bəzi məsələlərin həllindən sonra qərar qüvvəyə minməlidir”.

Deputat deyib ki, hazırda yeni qaydalar üzərində işlər gedir:

“Müəyyən proseslər gedir, amma limitlər, müavinətlərlə bağlı rəsmiləşmə olmayıb. Rəsmi məlumat olmayandan sonra çöldən-çölə danışmaq doğru deyil”.

Yanvar  ayının kommunal xidmət haqlarını kim ödəyəcək?...

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda deyilirdi ki, ölkə ərazisində öz yaşayış ünvanlarını dəyişərkən faktiki istehlaka görə kommunal xidmət xərclərinin ödənilməsi üçün həyata keçirilən müəyyən prosedur qaydaları artıq əlavə problemlərin yaradılmasına gətirib çıxarırdı.

Məcburi köçkünlərin həmin müraciətləri nəzərə alınaraq onların istifadə etdiyi kommunal xidmətlərin dəyərinin plastik kart vasitəsilə onların özlərinə verilməsi məsələsi xeyli vaxtdır ki, müvafiq dövlət qurumları ilə  müzakirə olunur.

“Burada əsas məqsəd məcburi köçkünlərin müstəqil həyat tərzinə uyğunlaşdırılması, torpaqlar işğaldan azad olunandan sonra onların qayıdıb öz torpaqlarında adaptasiya olunmalarına hazırlıq, məcburi köçkünlərin özlərində müəyyən iş vərdişlərinin, əlavə dolanışıq imkanlarının yaranması, dövlət büdcəsinin vəsaitinin qənaətlə istifadə olunması və israfçılığın qarşısının alınmasından ibarətdir”,-deyə “Dövlətqaçqınkom” bəyan edib.

Qeyd edək ki, hökumət tərəfindən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlər hesabına məcburi köçkünlərin kommunal xidmətləri xüsusi limit tətbiq edilməklə ödənilir. Eyni zamanda məcburi köçkünlərə 18 manat aylıq yemək xərci verilir.

Məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrılıb. Məcburi köçkünlər yay aylarında 100 kVt. saat, qış aylarında isə 200 kVt .saat elektrik enerjisi sərf edirlər. Orta hesabla bu,150 kVt.saat götürülüb. 

Bundan başqa, adambaşına köçkünlərə bir ay üçün 35 kubmetr təbii qaz hesablanıb. Dörd ay qış müddətində təbii qazdan istifadə 45 kub, mart, aprel, may və oktyabr ayları üçün 35 kub, yerdə qalan 4 ay üçün isə orta sərfiyyat 25 kubdan hesablanır. 

Məcburi köçkünlər üçün adambaşına su istehlakı limiti aylıq 5 kubdur. 

Məcburi köçkünləri narahat edən də odur ki, bu ay istifadə etdikləri kommunal xərclərin ödənişi kim tərəfindən ödəniləcək?...

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8227
 GBP :  2.1249
 TRY :  0.0522
 EUR/USD :  1.0722
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft