AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Ağdamın azad edilməsi ilə Azərbaycanın zəfər tarixinə daha bir gün yazıldı
20/11/2020 Yazdır

Müasir müstəqil Azərbaycanın zəfər tarixinə daha bir gün yazıldı. Azərbaycanın dilbər guşələrindən olan Ağdamın 27 illik işğalına noyabrın 20-də son qoyuldu. Mən öncə bu münasibətlə başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla bütün xalqımızı, o cümlədən ağdamlıları təbrik edirəm.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Ağdamın 1993-cü ilin iyul ayının 23-də Ermənistan tərəfindən işğal edildiyini deyən deputat bildirib ki, məlum olduğu kimi işğalçı Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində havadarlarının köməyi ilə Dağlıq Qarabağı zəbt etdikdən sonra bununla kifayətlənmədi:

“Azərbaycanın daha 7 rayonu düşmən dövlətin silahlı qüvvələrinin təcavüzünə məruz qaldı. Belə inzibati-ərazi vahidlərindən biri də Ağdam rayonu idi. Bəhs olunan dövrdə Azərbaycanın Dağlıq Qarabağ ətrafında yerləşən digər yaşayış məntəqələri kimi, Ağdama da düşmən hücumlarının ardı-arası kəsilmirdi. Nəhayət, 1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Ağdam şəhəri işğal edildi.

Xüsusi olaraq qeyd edim ki, Ağdam Dağlıq Qarabağ münaqişəsinin lap əvvəlindən müharibənin çətinliklərinə ən çox məruz qalan yaşayış məntəqələrindəndir. Ağdam sakinləri 1988-ci ildən başlayaraq əvvəlcə Ermənistandan, sonradan isə Dağlıq Qarabağdan olan azərbaycanlı qaçqınlara qucaq açır, onların çətinliklərini bölüşürdülər. Eyni zamanda ağdamlılar düşmənlə döyüşlərdə qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalıblar. Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlər zamanı rayonda 6 min nəfərə yaxın həmvətənimiz şəhid olub. Rayonun 16 Milli Qəhrəmanı var.

Düşmənin işğalı nəticəsində rayonun 1150 kvadrat kilometrlik ərazisinin 882 kvadrat kilometri zəbt edilib, 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılaraq tamamilə məhv edilib. O cümlədən 200 mindən artıq rayon əhalisinin böyük əksəriyyəti öz doğma yurdundan didərgin düşüb”.

V.İskəndərov bildirib ki, düşmənin uzun müddət ərzində Ağdamın işğalına can atmasının bir neçə səbəbi vardı: “Bu, ilk növbədə o amillə bağlı idi ki, qədim türk yurdu Ağdam həm dağlıq, həm də aran Qarabağın strateji əhəmiyyət daşıyan yaşayış məntəqəsidir. Erməni işğalçılarının bu rayonu hədəfə almasının digər səbəbi isə onunla bağlı idi ki, düşmən Ağdamı ilhaq etməklə Dağlıq Qarabağdakı qondarma, separatçı rejimin təhlükəsizliyinə böyük təminat yaratmış oldu”.

Ötən 27 il ərzində böyük bir hissəsi erməni işğalı altında olan rayonun yalnız 10 kəndinin Azərbaycanın nəzarətində olduğunu bildirən deputat deyib ki, Ağdamın çoxlu sayda yaşayış məntəqəsi düşmən təcavüzünə məruz qalsa da, Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində rayonun tamamilə işğalına yol verilmədi.

Azərbaycanın nəzarətində qalan ərazilərdə tezliklə infrastrukturun bərpasına başlanıldı. Ölkənin digər bölgələrində məskunlaşmaq məcburiyyətində qalan ağdamlıların rayonla əlaqələri bərpa olundu. Ulu Öndər ağdamlı məcburi köçkünlərin sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılmasına böyük diqqət göstərirdi.

Ağdamlılara qayğı siyasəti son 17 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Bu vaxta kimi rayonun inzibati mərkəzi müvəqqəti olaraq Quzanlı qəsəbəsində yerləşirdi.

Lakin artıq Ağdam da işğaldan azad olunub. Bu il sentyabrın 27-də düşmənin əl atdığı növbəti genişmiqyaslı hərbi təxribata cavab olaraq ordumuzun başladığı əks-hücum əməliyyatı uğurla başa çatdı. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi dövründə düşmənə vurduğu sarsıdıcı zərbələr sonda işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları birgə bəyanat torpaqlarımızın 30 ildir davam edən işğalına son qoydu. Bu bəyanatın ən önəmli məqamlarından biri budur ki, Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, bir şəhid vermədən Azərbaycana qaytarılır. Beləliklə, artıq şanlı ordumuzun ayaq səsləri işğaldan azad olunmuş Ağdamda da eşidilir. Üçrənğlı bayrağımız Ağdamda da dalğalanır”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8055
 GBP :  2.1122
 TRY :  0.0522
 EUR/USD :  1.0621
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft