AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
YAZARLAR Araz ASLANLI
12
14
16
18
10/05/2019 10:49
Tiflisdəki bəyanatlarda kənar izlər

Gürcüstan-Azərbaycan münasibətləri hər iki ölkə üçün strateji xarakter daşıyır. Çünki həm Gürcüstan, həm də Azərbaycan SSRİ-nin dağılma mərhələsində ərazi bütövlüyü problemi yaşamağa başladı, ərazi iddiaları və işğal faktı ilə qarşı-qarşıya qaldı.

Cənubi Qafqazda iki ölkənin ərazisi işğala məruz qalıb ki, onlardan biri Gürcüstan, digəri Azərbaycandır. Yəni, iki ölkənin taleləri oxşardır. Gürcüstanla Azərbaycan arasında münasibətlər 100 il öncə də yaxşı olub. O vaxt da ərazi ilə bağlı problemlər yaşanıb. Amma Gürcüstan-Azərbaycan münasibətlərinin xarakteri fərqli, yəni sağlam olub. XX əsrin sonunda isə bu sağlamlığa başqa bir xarakter – strateji münasibətlər xarakteri əlavə olundu.

Bu strateji münasibətlər həm təhlükəsizlik, həm iqtisadi, həm nəqliyyat, həm də digər sahələri əhatə etdi:

“Məhz bu səbəbdən Gürcüstanda demək olar ki, bütün etnik qruplar separatçılıqla məşğul olduqları halda azərbaycanlılar Gürcüstan dövlətinə sədaqət nümayiş etdirdilər. Biz Azərbaycanın bu strateji əməkdaşlığa verdiyi önəmin dəfələrlə şahidi olmuşuq. Gürcüstanda da bu strateji əməkdaşlığın önəmini dərk edən, onu lazımınca qiymətləndirən liderlər olub”.

Münasibətlərin bu xarakterindən narahat olan çoxlu sayda dövlətlər var:

“Bunlar əsasən bizim qonşuluğumuzda yerləşən dövlətləridir. Xüsusilə, biz bu sırada Ermənistanı qeyd edə bilərik. Təkcə Ermənistan deyil, başqa dövlətlər də var. Amma Ermənistanı xüsusi qeyd edirik. Çünki onun həm Gürcüstana, həm də Azərbaycana ərazi iddiası var. Konkret olaraq Azərbaycan ərazisini işğal edib. Ermənistan maraqlıdır ki, Qafqazda qonşu dövlətlərə ərazi iddiası olan dövlət təkcə o olmasın, Gürcüstanla Azərbaycan arasında da münaqişə olsun.

Ermənistan bunu özü birbaşa etmir. Qərbdəki erməni lobbisi də bu işdə maraqlıdır. Müxtəlif dövlətlərin əli ilə bu işə müdaxilə etmək istəyirlər. Sadəcə İrəvandan deyil, başqa paytaxtlardan da bu işə müdaxilə etmək istəyirlər. Eləcə də digər ölkələr, yəni şimaldan da, cənubdan da, qərbdən də bu müdaxilələri edirlər.

Təəssüf ki, Gürcüstanda bəzən müəyyən siyasətçilər münasibətlərin bu xarakterini lazımınca qiymətləndirməyib bu provokasiyaya uyğun addımlar atmaq istəyirlər. Yəni Azərbaycan-Gürcüstan sərhədinin tam dəqiqləşməməsindən, delimitasiya-demarkasiya işlərinin davam etməsindən istifadə etməyə çalışırlar. Bəzən ola bilər ki, bunu daxildəki müəyyən siyasi maraqlar naminə edirlər. Bəzən geniş düşünməməkdən qaynaqlanan addımlar olur. Bəzən də həmin o xarici qüvvələrin təhriki ilə bu addımları atırlar. Son proseslər də hesab edirəm ki, düşünülməmiş addımlardan qaynaqlanan problemdir”.

Gürcüstan-Azərbaycan münasibətlərinin strateji xarakteri tələb edir ki, tərəflər arasında hansısa problemlər varsa belə liderlər, hökumətlər və ya ekspert qrupları bunun həlli üçün prosesi ağılla davam edirsinlər:

“Hansısa provokasiyaya getməsinlər. İstər Gürcüstanda, istərsə də Azərbaycanda provokativ addımı kimsə atsa o sadəcə qarşı tərəfə deyil, özünə də zərər vermiş olacaq. Sadəcə özünə də zərər verməyəcək, bütövlükdə regiona, regiondakı sülh və əməkdaşlıq mühiti ilə bağlı imkanlara da zərər vermiş olacaq.

Ona görə də Gürcüstan hakimiyyətindəki bəzi şəxslərin, yaxud parlamentdəki hansısa qrupların verdikləri bəyanatlar, atdıqları addımlar müəyyən məqamda bəlkə də təcrübəsizlikdən, müəyyən məqamda kənar qüvvələrin provokasiyasına, oyununa uymaqdan qaynaqlanır. Amma hesab edirəm ki, Azərbaycan da, Gürcüstan da bu istiqamətdə çox diqqətli olmalıdır”.Gürcüstan və Azərbaycan problemlərlə yanaşı əməkdaşlıq imkanlarını nümayiş etdirsələr problemlərin əməkdaşlıq imkanları ilə müqayisədə çox kiçik olduğunu görəcəklər:

“Sərhəd məsələsini də həll etmək mümkündür. Bir az texniki iş, bir az zaman tələb edir. Amma onu yeni problemli məqama çevirmək və ya faşist xarakterli bəyanatlar vermək, hədələr səsləndirmək ancaq Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli münasibətlərinin pisliyini istəyənlərin marağına xidmət edə bilər”.

Önceki Yazılar :
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8507
 GBP :  2.1644
 TRY :  0.0526
 EUR/USD :  1.0886
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft