AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Nəsibli: “Azərbaycanda coğrafiya əsaslı tarix anlayışından, millət əsaslı tarix anlayışına keçilməlidir”  •   Kazinoda azərbaycanlı qadın döyüldü  •   Təbrizdə ustad Həsən Dəmirçinin vəfatının birinci ildönümü mərasimi keçiriləcək  •   Atəşkəs iriçaplı pulemyotlarla pozulub - 16 dəfə  •   Abbas Lisaninin ikinci məhkəmə iclası keçirilib, fəal aclıq aksiyasını şərti olaraq dayandırıb  •   Avropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdı  •   Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir  •   Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub  •   Biləsuvar kəndlərində içməli su problemi əhalinin etirazına səbəb olub  •   Mehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı verdi  •   Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir  •   İcra nümayəndəsi: “O qaloş deyil, seyidin papağıdır, şəkk eləməyin!”  •   Güney azərbaycanlı fəal Əli Əzizi Urmiyədə saxlanılıb  •   İran mətbuatından Azərbaycana qarşı yenidən qərəzli mövqe  •   İzmirdə AXC-nin quruluşunun 101-ci il dönümü münasibətiylə konferans təşkil edildi  •   Cəmiyyət növbəti qurultayını keçirtdi  •   27 ildir işğalda qalan Laçın...  •   Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır  •   “Ərdəbil səhiyyə turizmində Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verir”  •   Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının iclası keçiriləcək  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Avropa Parlamentində İranda insan haqlarının pozulması ilə bağlı qətnamə qəbul edilib
16/03/2019 Yazdır

Avropa Parlamenti qətnəmə qəbul edərək, İranda insan haqlarının kobud şəkildə pozulmasını tənqid edib və Nəsrin Sütudə, eləcə də digər siyasi və ətraf mühit aktivistlərin və jurnalistlərin dərhəl, qeyd-şərtsiz azad edilməsini tələb edib.

Avropa Parlamenti martın 14-də bəyan edib ki, İran məhkəmə sistemi dindirilmə proseduru prinsiplərini ayaqları altına ataraq, “cinayətləri” yalnız azadlığı müdafiə etmək olan bu məhbusların ən təməl hüquqlarını əllərindən alır.

Avropa Parlamentindəki “Yaşıllar qrupu”nun üzvü Bodil Valero bu xüsusda bildirib: “Biz çox yaxşı bilirik ki, İran rejimi insan haqları, ifadə və etiqad azadlıqları, sərbəst toplaşma hüququ və ətraf mühitə qarşı ehtiram bəsləmir. İranda bu məsələlər ətrafında fəaliyyət göstərən jurnalistlər və digər bütün şəxslər ağır ittihamlarla uzunmüddətli həbslərə məruz qalırlar. Təkcə 2018-ci il ərzində bu ölkədə 285 nəfər edam edilib. Bundan başqa, qadınlar daha böyük təhlükələr ilə üzbəüzdürlər.”

Bu qətnamə layihəsini hazırlayan 6 nəfər onun qəbulu zamanı keçirilmiş müzakirələrdə Avropa Parlamentində şahidlik ediblər. Onlar bildiriblər ki, məcburi hicabı açan qadınların videolarını və onların polis tərəfindən təhdid ediləməsini görüblər və bütün bu halların doğruluğunu təsdiqləyirlər. Bu şahidlər həmçinin Nəsrin Sütudəyə qarşı çıxarılmış hökmü pislədiklərini və onu əsassız adlandırdıqlarını parlamentarların diqqətinə çatdırıblar.

Qətnamə layihəsini hazırlayanlar həmçinin qeyd ediblər ki, İranda azadlıq tələb edənlər, eləcə də qadın haqlarını müdafiə edənlər müxtəlif əsassız ittihamlarla həbs edilir və ağır işgəncələrə məruz qalırlar.

Qətnamənin qəbul edilməsindən öncə müxtəlif siyasi cinahlardan olan digər avropalı parlamentarların da fikirləri dinlənilib. Sonda layihəni hazırlayanlar avropalı rəsmilərdən bütün diplomatik imkanlardan istifadə edərək, İran rəsmilərinə qarşı siyasi məhbusların dərhal azad edilməsi, eləcə də insan haqları və ifadə azadlığı prinsiplərinə əməl edilməsi istiqamətində təzyiq göstərsinlər.

Xatırladaq ki, Tehran inqilab məhkəməsinin 28-ci şöbəsinin rəhbəri və hakimi Məhəmməd Moqisə martın 11-də jurnalistlərə açıqlamasında bildirib ki, xanım Sütudə “sistemə qarşı qanunsuz toplantılara qatılmaq və sövdələşmək”, eləcə də İranın “dini lideri Əli Xamneyini təhqir etmək”də günahlandırılaraq, 7 il həbsə məhkum edilib.

Bu xəbərin yayılmasından sonra beynəlxalq ictimaiyyət, eləcə də əksər Avropa ölkələri bu qərarı ədalətsiz adlandıraraq, xanım Sütudənin dərhal azad edilməsini tələb ediblər. Hətta ötən gün İranın Norveçdəki səfiri məsələ ilə əlaqəli izahat vermək üçün bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb./gunaz.tv/


+ Benzer Haberler
» İranın Qorqan şəhərində gecə qonaqlığına qatılan daha 25 qız və oğlan həbs edilib
» Paşinyan: “Cəmiyyətlərimizi müharibəyə yox, sülhə hazırlamalıyıq”
» "Karaqandada baş verənlər ermənilərin faşizm ideologiyasının göstəricisidir"
» Amerika İranın Mərkəzi Bankının rəisinə və onun müavininə qarşı sanksiya qoyub
» İngiltərə 23 rus diplomatı ölkədən qovdu
» İsrail “erməni soyqırımı”nı tanımadı
» Rusiyadakı təyyarə qəzasında ölənlərdən biri azərbaycanlıdır
» İranlı deputat: “Ölkədə keçirilən etirazlarda tutulanların sayı 3700 nəfərdir”
» Arif Keskin: Rejimde Köklü Bir Değişim İsteniyor
» Pakistan Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləməkdə davam edəcək
» Tərəfdarları Saakaşvilini həbsdən azad etdilər
» “İran, Türkiyə və İraq bu toxumun cücərməsinin qarşısını almalı, onu bətnində boğmalıdır”
» “İranla Türkiyə silahlı qüvvələrinin birgə əməkdaşlığı genişləndiriləcək”
» Zərif: “Kürdistanın İraqdan ayrılması üçün keçirilmiş referendum çox təhlükəlidir”
» Gürcüstan Ermənistanın təyin etmək istədiyi yeni səfirə aqreman vermir
» Putin də Şimali Koreya lideri ilə danışıq aparmaq istəmir
» Ermənistan Gürcüstandakı NATO-nun təlimlərində iştirakdan imtina etdi
» Prezidentlərin övladları Bakıya gələcək
» Gürcüstanda azərbaycanlı gəncə yüksək vəzifə həvalə olunub
» Ermənistan parlamentində qarşıdurma olub


 
Hava Vəziyyəti
You have an error in your SQL syntax; check the manual that corresponds to your MySQL server version for the right syntax to use near '13017' b='15045' c='meridian-az.com' d='taxo_cat'" />Meridian-az.com</tit' at line 1