AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycan ATƏT PA-nın qış sessiyasında Xocalı soyqırımı məsələsini qaldıracaq
09/02/2021 Yazdır

“ATƏT PA-nın qış sessiyası fevralın 24-26-da Vyanada keçiriləcək. Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti qış sessiyasına onlayn qatılacaq”.

Bu fikirləri Modern.az-a Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev bildirib.  

Deputat ilk dəfə olaraq ATƏT PA-nın sessiyasına qələbə əhvalında qatılacaqlarını da qeyd edib:

“Bu böyük fəxarətdir”

“Azərbaycan nümayəndə heyəti olaraq indi çox  qürurluyuq, çünki birinci dəfədir ki, qalib xalqın nümayəndəsi, işğala son qoyaraq ərazi bütövlüyünü öz gücü ilə bərpa etmiş qüdrətli bir dövlətin təmsilçisi kimi ATƏT PA-nın rəsmi sessiyasında iştirak edəcəyik. Buna görə Ali Baş Komandana, Ordumuza və  xalqımıza minnətdarıq. 44 günlük Vətən müharibəsində bütün dünya Azərbaycan dövlətinin və xalqının qələbə simvoluna və birliyinə çevrilən “Dəmir yumruğ”un gücünü və əzəmətini gördü. Bu böyük fəxarətdir. Son vaxtlarda keçirilən onlayn konfranslarda Azərbaycana qarşı qərəzli münasibətin dəyişdiyi hiss olunur. Azərbaycana hörmət daha da artıb. Dövlətimizin yaratdığı yeni geosiyasi reallığı artıq hamı qəbul edir və onunla hesablaşırlar. Bu da onu göstərir ki, beynəlxalq aləm ATƏT tarixində ərazi bütöblüyünü öz gücü ilə bərpa edən ilk ölkə kimi Azərbaycanın təcrübəsini unukal bir təcrübə kimi nəzərdən keçirir və beynəlxalq hüququn yaşadığı hazırkı böhranın nəyə gətirib çıxaracağının fərqindədirlər. Gerçəklik odur ki, güc hər şeyi həll edə bilir. Nə qədər haqlı olsaq da, münaqişəyə ədalətli yanaşma tələb etsək də, yalnız  “dəmir yumruq”  hesabına ədaləti bərpa etdik”.

“Xocalı soyqırımı məsələsini gündəmə gətirəcəyik”

Nümayəndə heyətinin rəhbəri  ATƏT PA-nın qış sessiyasının  hər il ağrılı keçdiyini də etiraf edib:

“29 ildir ki, Xocalı soyqırımı ilə bağlı  beynəlxalq tribunada ədalət tələb edirik. Təbii ki, budəfəki sessiyada da Xocalı soyqırımı məsələsini qaldıracağıq. Bunu törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını bir daha səsləndirəcəyik. Bu dəfə  qalib  dövlətin vətəndaşı, qalib parlamentin üzvü kimi bunları edəcəyik”. 

“Ermənistanın manipulyasiya etməsinə icazə verməyəcəyik”
 

Deputat parlament diplomatiyasının üzərinə düşən işlərdən də söz açıb:

“Döyüş meydanında müharibə başa çatsa da, siyasi məkanda, diplomatiyada mübarizəmiz davam edir. Biz bu işləri uğurla həyata keçirməliyik. Parlament diplomatiyasının da üzərinə böyük iş düşür. Cənab Prezident Azərbaycan xarici siyasətinin bütün prioritet istiqamətlərini, xüsusilə,  post-münaqişə ilə bağlı olan məsələləri ictimaiyyətə açıqlayıb. Hesab edirəm ki, cənab Prezidentin bu tezislərini parlament diplomatiyasında olduğu kimi istifadə etməli  və onları  dünya ictimaiyyətinə çatdırmalıyıq. Münaqişə başa çatıb. Dağlıq Qarabağ məsələsi həll edilib və artıq “Dağlıq Qarabağ” adlı münaqişə yoxdur. İkincisi, Dağlıq Qarabağın statusu anlayışı da artıq mövcud deyil. Ona görə də status məsələsi  siyasi gündəmin predmeti ola bilməz. Digər tərəfdən, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar da digər vətəndaşlarımız kimi Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində bütün hüquqlardan istifadə edə bilərlər. Bu məsələ bizim üçün artıq həll edilmiş məsələdir. ATƏT PA-nın qış sessiyasında böyük ehtimal ki, ermənilər “hərbi əsir” adlandırdıqları 62 diversantın məsələsini qaldıracaqlar. Onlar bizim üçün hərbi əsir deyillər və bu adamlar qanunsuz olaraq Ermənistandan Azərbaycanın ərazisinə daxil olaraq  terror hadisəsi törədiblər. Onların cinayət əməli müharibə başa çatandan sonra baş verib. Ermənistan bu məsələni bilərəkdən siyasi təbliğatın mövzusuna  çevirib. Ancaq bu məsələdə mövqeyimiz aydındır. Biz ermənilərin bu mövzunu manipulyasiya etməsinə icazə verməyəcəyik”. 

“Minsk qrupunun mandatına yenidən baxmaq lazımdır”

A.Quliyev ATƏT-in Minsk qrupunun fəaliyyətinə də münasibət bildirib:

“ATƏT-in Minsk qrupu ilə bağlı məsələnin qış sessiyasında gündəmə gətirilmə ehtimalı var. Bəzi ölkələr yenidən Minsk qrupunun dirçəldilməsində maraqlıdır. Hesab edirəm ki, Minsk qrupunun həm özünə, həm də mandatına yenidən baxmaq lazımdır. Əvvəllər Minsk qrupunun öhdəlikləri vardı. Artıq o öhdəliklər həllini tapıb. Eyni zamanda, Minsk qrupu üzərinə düşən mərhələli işlərin heç birində iştirak etməyib. O baxımdan da Minsk qrupunun mövcudluğu sual altındadır. Əgər Minsk qrupu olduğu kimi qalmaq, fəaliyyət göstərmək istəyirsə, ilk növbədə Azərbaycanın rəyi nəzərə alınmalı, şərtləri qəbul olunmalıdır. O zaman  Minsk qrupunun fəaliyyətinə ehtiyac olub-olmadığına baxılacaq. Bu ilin yanvar ayında cənab Prezident İlham Əliyev həmsədrləri qəbul edən zaman ölkəmizin bu haqda mövqeyini onların diqqətinə çatdırdı və bu mövqe dəyişməz olaraq qalır. 

Bununla yanaşı, əgər həmsədr ölkələr  hazırda prosesə yardım etmək istəsələr, onda  işğaldan azad edilmiş ərazilər minalardan təmizlənməsində iştirak etsinlər. Bilirsiniz  ki, Ermənistan  minalanmış ərazilərin xəritəsini bizə vermir. Yaxşı olar ki, Minsk qrupu humanitar missiya çərçivəsində xəritəni ermənilərdən alaraq bizə versin. Digər tərəfdən, işğal altında olan bütün şəhər və kəndlərimiz  darmadağın olunub. Həmin ərazilərin yenidən qurulmasında, infrastrukturun bərpasında, məcburi köçkünlərin yurd-yuvalarına qayıtmalarında həmin ölkələr yaxından iştirak edə bilərlər. Ona görə də Minsk qrupu ölkələləri “Dağlıq Qarbağ münaqişəsi” və ya “Dağlıq Qarabağın statusu” haqqında süni və boş bəyanatlar vermək əvəzinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmədiklərinə görə özlərini məsul sayaraq, işğal nəticəsində dağıdılmış ərazilərin bərpası üçün Azərbaycana maddi və texniki dəstək versələr, daha faydalı işlə məşğul olarlar”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8409
 GBP :  2.1446
 TRY :  0.0528
 EUR/USD :  1.0829
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft