Azərbaycan ordusunun hərbçiləri Türkiyədə təşkil edilmiş terrorçularla mübarizə təlimlərində iştirak edib. 
	Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində bildirilib. 
	Məlumatda deyilir: "Terrorla Mübarizə Təhsil və Təlim Mərkəzinin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun üzvləri olan qardaşlarımıza "Terrorçuyla mübarizə və hava hücumu hərəkatı" üzrə təlimlər keçilib". 
 
 |