AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyənin Gürcüstandakı səfiri ermənilərin Ağrı dağı ilə bağlı iddialarına cavab verib  •   Urmiyədə həbs edilən alim Aydın Muradxani müvəqqəti azadlığa buraxılıb  •   Azərbaycanda biometrik imzalar tətbiq olunacaq  •   Cənubi Azərbaycanda pandemiyanın son durumu  •   Rusiya MN-dən Qarabağ AÇIQLAMASI  •   Laçının hansı kəndləri rusların nəzarətindədir?  •   Ermənilər Cəbrayılda 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib  •   İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR  •   Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz  •   Ərdoğandan Türk Şurası ilə bağlı vacib AÇIQLAMA  •   Həmsədrlər bəyanat YAYDI  •   “Çox sayda mədəni və dini abidələri olan Şuşaya ballistik raket atılması hərbi cinayətdir”  •   Brayza: “Azərbaycanın Qarabağda apardığı əməliyyat ümumilikdə hərbi əməliyyatların mahiyyətini dəyişdirib”  •   İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar gözlədiyimizdən də artıq idi”  •   Türk dövlətlərinin birliyi həm də media birliyindən keçir  •   "Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik"  •   Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ilə bağlı məsələ qaldırılmalıdır  •   Türk Şurasının nümayəndələri Ermənistanın Gəncədəki müharibə cinayətlərilə tanış oldular  •   İrəvan küçələrinə azərbaycanlı şəhidlərin adı verildi  •   "Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır"  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycan ikili standartlarla üz-üzə: COVAX vədinə əməl etmir
27/03/2021 Yazdır

Azərbaycan Prezidenti İlham Əliyev koronavirus pandemiyasına qarşı dünya dövlətlərinin birgə mübarizəsinin və bu sahədə sıx əməkdaşlığın vacibliyini dəfələrlə vurğulamışdır. Bu mənada, vaksinlərin dünya dövlətləri arasında ədalətli bölgüsü pandemiya ilə mübarizə sahəsində səmərəli əməkdaşlıq üçün vacib komponent olduğu bildirilmişdir. COVAX platformasının bütün ölkələr üçün effektli peyvənd axtarışını sürətləndirən, dünyada COVID-19-a qarşı hazırlanmış peyvəndlərə ədalətli əlçatanlığı təmin etmək məqsədilə yaradılmış mexanizm olduğununu nəzərə alaraq, Azərbaycan ötən il COVAX platformasına ilk qoşulan 50 ölkədən biri olub.

Lakin COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə hələ də əməl edilmir. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə sahəsində Azərbaycanı örnək dövlətlərdən biri kimi göstərir. Bu gün Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradıldığı halda, ölkəmizə qarşı bu münasibət yanlışdır və təsisatın məram və məqsədinə ziddir.

Vurğulamaq lazımdır ki, koronavirus pandemiyası başlayandan etibarən Azərbaycan bu virusa qarşı həm daxili, həm də beynəlxalq müstəvidə sistemli tədbirlər həyata keçirib, bu bəlaya qarşı beynəlxalq səylərin birləşdirilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində yeni təşəbbüslərlə çıxış edib.

Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçən ilin dekabrında uğurla keçirilib və beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfə verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu bəlaya qarşı qlobal səviyyədə mübarizə aparmaq, əməkdaşlığın gücləndirilməsi məqsədilə müxtəlif yenilikçi təşəbbüslərlə çıxış edir və bu təşəbbüslərin reallaşdırılmasında fəal iştirak edir. Həmçinin, ölkəmiz koronavirusa qarşı mübarizə istiqamətində 30-dan çox ölkəyə humanitar yardım edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə ayırıb.

Bundan başqa, ölkəmiz vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən olub. Azərbaycan bütün məsələlərdə olduğu kimi, koronavirus bəlası ilə mübarizədə də beynəlxalq müstəvidə öz töhfəsini verir, lakin əfsuslar olsun ki, bu cür fəaliyyətə baxmayaraq, ölkəmiz ikili standartlarla üz-üzə qalmaqdadır. Belə ki, vaksinlərin ədalətli bölüşdürülməsinə cavabdeh olan COVAX öncədən razılaşdırılmış vaxtda və sayda vaksinləri ölkəmizə hələ də təhvil verməməsi azmış kimi son günlərdə COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir. Lakin COVAX tərəfindən qonşu və dost Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılıb.

Nəzərə almaq lazımdır ki, bu ikili standartlar insanların vaxtında vaksin olunma imkanını əlindən alır, onların həyatını təhlükədə qoyur, hətta insanların həyatı bahasına başa gələ bilər.

Azərbaycanın mövqeyi belədir ki, vaksinləri yalnız imkanlı, varlı dövlətlər əldə etməməlidirlər. Burada kasıb ölkələrin də mənafeləri nəzərə alınmalı və peyvənd onlara da çatdırılmalıdır. Yeri gəlmişkən, bu il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Qətnamə BMT-nin üzv dövlətlərinə və digər əlaqədar qurumlara (beynəlxalq təşkilatlar, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti üzvləri və s.) COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırış edir. Eyni zamanda, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə edən qətnamə bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırır.

Odur ki, Azərbaycana qarşı bugünkü reallıqlar bizdə ancaq təəssüf doğurur. Bu məsələdə ÜST-ün də üzərinə məsuliyyət düşür. O, vaksinin hər bir dövlət üçün əlçatan olmasını təmin etməli, vaksinin paylanılmasında ədalət prinsipinin pozulmasna göz yummamalıdır.


+ Benzer Haberler
» Türkiyənin Gürcüstandakı səfiri ermənilərin Ağrı dağı ilə bağlı iddialarına cavab verib
» Urmiyədə həbs edilən alim Aydın Muradxani müvəqqəti azadlığa buraxılıb
» Azərbaycanda biometrik imzalar tətbiq olunacaq
» Cənubi Azərbaycanda pandemiyanın son durumu
» Rusiya MN-dən Qarabağ AÇIQLAMASI
» Laçının hansı kəndləri rusların nəzarətindədir?
» Ermənilər Cəbrayılda 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib
» İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR
» Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
» Ərdoğandan Türk Şurası ilə bağlı vacib AÇIQLAMA
» Həmsədrlər bəyanat YAYDI
» “Çox sayda mədəni və dini abidələri olan Şuşaya ballistik raket atılması hərbi cinayətdir”
» Brayza: “Azərbaycanın Qarabağda apardığı əməliyyat ümumilikdə hərbi əməliyyatların mahiyyətini dəyişdirib”
» İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar gözlədiyimizdən də artıq idi”
» Türk dövlətlərinin birliyi həm də media birliyindən keçir
» "Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik"
» Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ilə bağlı məsələ qaldırılmalıdır
» Türk Şurasının nümayəndələri Ermənistanın Gəncədəki müharibə cinayətlərilə tanış oldular
» İrəvan küçələrinə azərbaycanlı şəhidlərin adı verildi
» "Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır"


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details. (27)

Məzənnələr
 USD :  1.7
 EUR :  2.0331
 GBP :  2.3391
 TRY :  0.2117
 EUR/USD :  1.1959
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Ermenistan 44 günlük savaşın sonuçlarını doğru okuyabilecek mi?
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Qoşulmama Hərəkatı və Azərbaycan
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft