Azərbaycanda əhalinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əhalinin sayı ilin əvvəlindən 63,3 min nəfər və ya 0,7 faiz artıb.
2014-cü ilin avqust ayının 1-i vəziyyətinə əhalinin sayı 9540,4 min nəfərə çatıb.
Bu ilin yanvar-iyul ayları ərzində ölkədə 95,4 min körpə doğulub. Doğulan körpələrin 53,6%-ni oğlanlar, 46,4%-ni qızlar təşkil edir.
|