AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanda icbari tibbi sığorta paketinin necə formalaşacağı açıqlandı
02/05/2016 Yazdır

Azərbaycanda icbari tibbi sığorta sistemi tətbiq olunan zaman icbari tibbi sığorta paketinin necə formalaşacağı, buraya hansı xəstəliklər üzrə müalicənin, tibbi xidmətlərin daxil olacağı açıqlanıb.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Trend-ə bildirib ki, ilkin mərhələdə paketi vətəndaşların daha çox əziyyət çəkdiyi xəstəliklər üzrə formalaşdırmaq istəyirlər.

Əsas məqsədin icbari tibbi sığortanın tətbiqi ilə əhaliyə tibbi xidmətləri daha da əlçatan etmək olduğunu deyən Z.Əliyev bildirib ki, artıq Səhiyyə Nazirliyindən, özəl tibb müəssisələrindən müvafiq statistik məlumatlar toplanılıb. Hazırda Agentlik tərəfindən Azərbaycan vətəndaşlarının daha çox hansı xəstəliklərdən əziyyət çəkdiyi araşdırılır.

Z.Əliyev əlavə edib ki, müalicəsi daha çox maliyyə vəsaiti tələb edən, lakin dövlət proqramı tərəfindən təminat verilməyən xəstəlikləri ilkin paketə daxil etməyi planlaşdırırlar: "Məsələn, statistikaya görə, ölkəmizdə qan dövranı sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxdur, eyni zamanda onların əməliyyatları çox məsrəflidir. İlkin müşahidələrimizə əsasən, katarakta, insult ölkəmizdə geniş yayılmış xəstəliklərdir. Sadaladığım xəstəliklərin heç biri ilə bağlı dövlət proqramı yoxdur. Ona görə də bu xəstəliklərin müayinəsini, müalicəsini ilkin səhiyyə paketinə daxil etməyi düşünürük.

Ancaq "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı"na əsasən, bu xəstəliklərdən əziyyət çəkənlər dövlət tərəfindən təminat alırlar. Biz Səhiyyə Nazirliyi ilə bununla bağlı danışıqlara başlamışıq. İstəyirik ki, dövlət proqramlarına daxil olmayan xəstəlikləri ilkin xidmət paketinə daxil edək".

Z.Əliyev qeyd edib ki, paketin hazırlanması zamanı ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinə, o cümlədən xəstəliklərin erkən aşkarlanmasına daha çox üstünlük veriləcək: "Çünki xəstəliklərin ağırlaşma həddi yüksəldikdə həmin xəstəliklərin müalicəsinə daha çox vəsait tələb olunur və dövlət proqramlarının hazırlanmasına zərurət yaranır.

Halbuki tez aşkarlanan xəstəlikləri daha effektli müalicə etmək olur. Beləliklə də sonradan dövlət proqramlarına çox vəsait xərcləməkdənsə, ilkin müayinə və müalicələrə vəsait ayırmaqla əhalinin sağlamlığını mühafizə etmək olar".

Təxminən may ayının sonuna qədər təminata nələrin daxil olmasının müəyyənləşdiriləcəyini deyən Agenlik direktoru paketə xəstələrin dərmanlarla təchizatının təmin edilib-edilməyəcəyinə də aydınlıq gətirib: "Vətəndaşların səhiyyə xərclərinə baxdıqda, onun böyük hissəsini məhz dərman xərclərinin təşkil etdiyi məlum olur. Ona görə də ambulator xidmətdə kiçik də olsa, dərman təminatı verməyi düşünürük".

Z.Əliyev deyib ki, paketə çox vəsait tələb edən müayinələrin, əməliyyatların da daxil edilməsi nəzərdə tutulur: "Biz bu məsələyə baxırıq. Çalışacağıq ki, böyük məsrəf tələb edən əməliyyatları da paketə daxil edək".

Paketin vahid, yoxsa fərqli formalarda hazırlanacağına gəldikdə, o, qeyd edib ki, əsas məqsəd əhaliyə vahid paket təqdim etməkdir: "Agentliyin imkanları genişləndikcə paket də genişlənəcək və hamının həmin təminatdan bərabər istifadə edə bilmək hüququ olacaq".

Z.Əliyev bildirib ki, sistemin tətbiqindən sonra sığortalanan vətəndaş xəstəxanaya getdikdə bütün xidmətlərdən pulsuz istifadə edə bilməyəcək: "Amma Agentliyin maliyyə potensialı gücləndikcə xidmətlər paketini genişləndirəcək".

Direktor əlavə edib ki, prosesin ilkin gedişatında icbari tibbi sığorta yalnız müəyyən xəstəliklər üzrə tətbiq olunacaqsa, növbəti illərdə ölkədəki bütün tibbi xidmətlər icbari tibbi sığortanın hesabına göstərilə bilər:

"Bizim gələcək üçün baxışımız və məqsədimiz də ondan ibarətdir ki, biz əhaliyə çox geniş təminat verək. Geniş təminat dedikdə, bütün səhiyyə xidmətlərini ehtiva edən xidmət paketinin təqdim edilməsini nəzərdə tuturuq".

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft