AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Şərqi Azərbaycan valisi məktəblərdə ana dilinin tədris olunmasını tələb edib  •   “Mən olan yerdə probleminizi valideynlərinizlə bölüşməyin” - Murov Qartalı RAQUF ORUCOV  •   İki güləşçimiz qələbə qazanıb, biri isə məğlub olub - "Minsk-2019"  •   Qənirə Paşayeva: “Dilqəmlə Şahbazın azad olunması üçün Ermənistana təzyiq göstərilməlidir".  •   Erməni və azərbaycanlı girovlar dəyişdirildi  •   Xoyda sel baş verib: Ölənlər var- FOTO  •   Yurdu viran olan CABBAR ƏMİ - Foto  •   Təbriz ətrafında yerləşən evlərin uçma təhlükəsi yaranıb  •   Türkiyədə həlak olan həmyerlimizin meyiti Azərbaycana göndərilib  •   Gürcüstanın azərbaycanlı deputatları Tbilisidəki vəziyyəti şərh etdilər  •   Bakıda QDİƏT Parlament Məclisi Baş Assambleyasının 53-cü plenar sessiyası işə başlayıb  •   Təbrizdə ustad Həsən Dəmirçinin vəfatının birinci ildönümü mərasimi keçirilib  •   Nazirlər Kabinetinin növbəti iclası keçirilib  •   Məmmədyarov-Mnatsakanyan görüşünün nəticəsi barədə rəsmi AÇIQLAMA  •   “Qərbi Azərbaycanda kənd yollarının yarısı torpaqdandır”  •   Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib  •   Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi  •   Vilayət Eyvazov daxili işlər naziri təyin edilib  •   Nəsibli: “Azərbaycanda coğrafiya əsaslı tarix anlayışından, millət əsaslı tarix anlayışına keçilməlidir”  •   Kazinoda azərbaycanlı qadın döyüldü  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Bakıda QDİƏT Parlament Məclisi Baş Assambleyasının 53-cü plenar sessiyası işə başlayıb
21/06/2019 Yazdır

İyunun 20-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının ikigünlük 53-cü plenar sessiyası öz işinə başlayıb.

Açılış mərasimində QDİƏT PM-in fəaliyyətdə olan sədri, Milli Məclisin Spikeri Oqtay Əsədov giriş nitqi söyləyib.

Oqtay Əsədov sessiyaya təşrif buyurmuş beynəlxalq təşkilatların nümayəndələrini, diplomatik korpusun təmsilçilərini və digər qonaqları Azərbaycan parlamentində görməkdən məmnun olduğunu bildirib.

Sədr qeyd edib ki, müasir dünyada istər qlobal, istərsə də regional problemlərin həllində parlamentlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda iş birliyi mühüm rol oynayır. Bu baxımdan 26 il öncə yaranmış Parlament Assambleyası Qara dəniz bölgəsinin əmin-amanlıq və çiçəklənmə zonasına çevrilməsi məqsədilə müxtəlif təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi baxımından çox böyük potensiala malik olduğunu sübuta yetirib.

Parlament Assambleyasının plenar sessiyasının 7 il sonra yenidən Bakıda keçirilməsinə və Qara dəniz bölgəsində energetika məsələsinə həsr olunmasına diqqət yönəldən Oqtay Əsədov deyib ki, bunun rəmzi mənası var: bu 7 il Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat-enerji layihələrinin köməyi ilə bölgənin iqtisadi mənzərəsinin dəyişdirilməsində mühüm bir dövr təşkil edib.

Milli Məclisin Sədri vurğulayıb ki, Qara dəniz iqtisadi məkanında beynəlxalq və regional əməkdaşlığın gözəl nümunələri olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri, digər transmilli layihələr nəinki bölgəmizin, həm də Avropa qitəsinin yeni iqtisadi xəritəsinin formalaşmasında mühüm rol oynayır, onun enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. Bu layihələr arasında 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və reallaşdırılmaqda olan TAP qaz kəmərinin əhəmiyyəti xüsusi qeyd edilməlidir.

Qonaqların nəzərinə çatdırılıb ki, Azərbaycan Respublikası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Assambleyası çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Xüsusilə, parlamentlərarası əməkdaşlığın genişlənməsi və dərinləşməsi təşkilatın üzvü olan dövlətlərin qarşıya qoyduqları iqtisadi məqsədlərin əldə edilməsi, o cümlədən dayanıqlı energetikanın inkişafı naminə ikitərəfli və çoxtərəfli əməkdaşlığa kömək göstərə bilər.

“Regionda yaşayan xalqların firavan gələcəyinin qurulmasına yönələn əməkdaşlıq strategiyamız bölgəmizin yaşayış üçün güvənli bir yerə çevrilməsinə xidmət edir. Təəssüf ki, regionumuzun bir neçə dövlətinin ərazisində mövcud olan silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Azərbaycan Respublikası 25 ildən artıqdır ki, Ermənistanın silahlı təcavüzündən və ərazi işğalından əziyyət çəkir. Biz əminik ki, bütün bu münaqişələr beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tezliklə həllini tapacaq”, - deyə Milli Məclisin sədri qeyd edib.

Oqtay Əsədov QDİƏT PM-in bu mötəbər toplantısının işinə uğurlar, bölgəmizə sülh, tərəqqi və əmin-amanlıq arzulayıb.

Sonra iclasda Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva çıxış edib.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun və Bolqarıstanın Xarici İşlər naziri Yekaterina Zaxariyevanın sessiyaya ünvanlanmış təbrik məktubları oxunub. Hər iki məktubda QDİƏT PM-in fəaliyyəti yüksək dəyərləndirilib. Hazırkı tədbirə ev sahibliyi edən Milli Məclisə təşəkkür bildirilib.

Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

QDİƏT PM-in Fəxri medalları ilə təltif mərasimində sədr Oqtay Əsədov ötən il 25 yaşını qeyd edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafında bütün üzv ölkələrin milli nümayəndə heyətlərinin rolunu və əməyini yüksək qiymətləndirib. Qurumun fəaliyyətində fərqlənmiş Otari Danelia (Gürcüstan), Mixail Yemelyanov (Rusiya), Cemal Öztürk (Türkiyə), Refat Çubarov (Ukrayna), Ramazan Can (Türkiyə), David Saqanelidze (Gürcüstan), Georq Vlad Nistor (Rumıniya), Ramaz Nikolaşvili (Gürcüstan) və Eldar Quliyev (Azərbaycan) Fəxri medala layiq görülüblər. Təltif edilənlərin xatirə şəkilləri, Milli Məclisin binası qarşısında sessiya iştirakçılarının ailə fotosu çəkdirilib.

Fasilədən sonra QDİƏT PM-in 53-cü plenar sessiyası işini davam etdirib.

Türkiyə nümayəndə heyətinin rəhbəri Cemal Öztürkün sədrlik etdiyi birinci iclasda qurumun ötən payız keçirilmiş 52-ci plenar iclasının protokolu təsdiqlənib.

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Ali Sovetinə QDİƏT PM-in tərəfdaşı statusu verilib. QDİƏT-in və bu qurumun Ticarət və İnkişaf Bankının fəaliyyətlərinə dair məruzələr dinlənilib.

Sonra birinci iclas öz işini QDİƏT PM-in fəaliyyətdə olan sədri, Milli Məclisin Sədri Oqtay Əsədovun sədrliyi ilə davam etdirib. Təşkilati məsələlərə baxılıb. Prosedur qaydalarına müvafiq olaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavinləri seçilib.

QDİƏT Parlament Məclisinin hazırkı Baş katibi Asəf Hacıyev gizli səsvermə zamanı böyük səs çoxluğu ilə yenidən qurumun Baş katibi postuna layiq görülüb. O, qarşıdakı 5 il müddətində bu vəzifəni icra edəcək.

Seçkidən sonra Asəf Hacıyev çıxış edərək göstərilən etimada görə həmkarlarına təşəkkür edib, indiyədək görülmüş işlər və gələcək planlar barədə danışıb. O, QDİƏT-in üzvü olan Azərbaycanın siyasətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasına sədrlik 6 ay müddətinə Azərbaycandan Bolqarıstana keçib. Milli Məclisin Sədri Oqtay Əsədov rəmzi çəkici Bolqarıstan Milli Assambleyasının Sədri Tsveta Karayançevaya təqdim edib. Estafeti qəbul edən T.Karayançeva çıxışında vurğulayıb ki, Azərbaycanın Assambleyadakı 6 aylıq sədrliyi çox məhsuldar keçib və qurumun inkişafına layiqli töhfələr verib. Bildirib ki, 54-cü plenar sessiya bu ilin noyabrında Sofiyada olacaq.

QDİƏT PM-in yeni sədri Tsveta Karayançeva bəyan edib ki, Azərbaycan Prezidenti İlham Əliyev təşəbbüskarı olduğu irimiqyaslı enerji layihələri, neft-qaz kəmərləri və infrastruktur layihələrinə görə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin “Şərəf” medalına layiq görülüb. İclasda həmin ali mükafat Azərbaycan parlamentinin rəhbərinə təqdim olunub.

Daha sonra QDİƏT PM-in 53-cü plenar sessiyasının ikinci iclası keçirilib. Bolqarıstan nümayəndə heyətinin rəhbəri Petar Kanevin sədrlik etdiyi iclasda “QDİƏT regionunda dayanıqlı energetikanın inkişafında parlamentlərin rolunun möhkəmləndirilməsi” mövzusunda geniş diskussiya aparılıb. İqtisadi, ticarət, texnoloji və ekoloji məsələlər gündəmdə olub. Məruzələrə dair tövsiyələr qəbul edilib. Yekunda parlament assambleyalarının və beynəlxalq təşkilatların nümayəndələri fikirlərini bölüşüblər.

QDİƏT PM-in 53-cü sessiyası işini iyunun 21-də davam etdirəcək./azertag/


+ Benzer Haberler
» Şərqi Azərbaycan valisi məktəblərdə ana dilinin tədris olunmasını tələb edib
» “Mən olan yerdə probleminizi valideynlərinizlə bölüşməyin” - Murov Qartalı RAQUF ORUCOV
» İki güləşçimiz qələbə qazanıb, biri isə məğlub olub - "Minsk-2019"
» Qənirə Paşayeva: “Dilqəmlə Şahbazın azad olunması üçün Ermənistana təzyiq göstərilməlidir".
» Erməni və azərbaycanlı girovlar dəyişdirildi
» Xoyda sel baş verib: Ölənlər var- FOTO
» Yurdu viran olan CABBAR ƏMİ - Foto
» Türkiyədə həlak olan həmyerlimizin meyiti Azərbaycana göndərilib
» Gürcüstanın azərbaycanlı deputatları Tbilisidəki vəziyyəti şərh etdilər
» Təbrizdə ustad Həsən Dəmirçinin vəfatının birinci ildönümü mərasimi keçirilib
» Nazirlər Kabinetinin növbəti iclası keçirilib
» Məmmədyarov-Mnatsakanyan görüşünün nəticəsi barədə rəsmi AÇIQLAMA
» “Qərbi Azərbaycanda kənd yollarının yarısı torpaqdandır”
» Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib
» Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi
» Vilayət Eyvazov daxili işlər naziri təyin edilib
» Nəsibli: “Azərbaycanda coğrafiya əsaslı tarix anlayışından, millət əsaslı tarix anlayışına keçilməlidir”
» Kazinoda azərbaycanlı qadın döyüldü
» Atəşkəs iriçaplı pulemyotlarla pozulub - 16 dəfə
» Avropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdı


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.9066
 GBP :  2.1114
 TRY :  0.2976
 EUR/USD :  1.1215
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Tiflisdəki bəyanatlarda kənar izlər
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Armenia’s Untimely Preconditions on Nagorno-Karabakh Conflict
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft