AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”  •   Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək   •   Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir  •   Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI  •   Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib  •   Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...  •   Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib  •   Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik  •   Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"  •   Urmiyə gölünün su səviyyəsi sürətlə azalır  •   Azərbaycanın analoji addım atmaq hüququ var  •   Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var  •   Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb  •   Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi  •   Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb  •   "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”  •   Türkiyənin 40 rektoru Azərbaycana gəlir  •   Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir   •   Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər  •   Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Bu il VII Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək
26/01/2022 Yazdır

Oktyabr ayında VII Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi nəzərdə tutulur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, bu il ərzində digər beynəlxalq tədbirlərin keçirilməsi də istisna olunmur.

Xatırladaq ki, Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə 2011-ci ildən Azərbaycan Respublikasında keçirilən tədbirdir.

Sonuncu dəfə 2018-ci il oktyabrın 25-26-da keçirilən VI Bakı Beynəlxalq Humanitar forumunda 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib. Forumda BMT baş katibinin iki müavini, ISESCO, IRCICA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Parlamentlərarası Birlik, BMT-nin iqtisadi və sosial Şurası kimi təşkilatların rəhbərləri, UNESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri iştirak ediblər.