AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
YAZARLAR Dr. Cavid VELİYEV
12
14
16
18
25/10/2019 15:22
Qoşulmama Hərəkatı və Azərbaycan

2016-cı ilin sentyabrında Qoşulmama Hərəkatının (QH) Venesuelada keçirilən zirvə görüşündə növbəti zirvə görüşünün 2019-cu ildə Azərbaycanda keçirilməsi qərarlaşdırılıb. Azərbaycanda Qoşulmama Hərəkatına maraq ilk olaraq Ümumilli lider Heydər Əliyevin dövründə ortaya çıxdı və 1994-cü ildə Azərbaycan hərəkata müşahidəçi üzv oldu.

2000-ci illərin ortalarından etibarən isə regionda geosiyasi qarşıdurmanın canlanması və Azərbaycanın xarici siyasət prinsipləri ölkənin Qoşulmama Hərəkatına marağını artırıb. 2006-cı ilin sentyabrında Azərbaycan Kuba tərəfindən Qoşulmama Hərəkatına üzv olmaq üçün dəvət edilib. Bu tarix eyni zamanda Azərbaycanın yer aldığı regionda və dünyada ciddi dəyişikliklər yaşandığı dövr olub ki, bu da Azərbaycanın QH-na üzvlük qərarına təsir edən amil olub. 

Barak Obamanın prezidentliyi dövründə ABŞ xarici siyasətində Çınə qarşı “containment” (mühasirərəyə almaq) siyasətini həyata keçirməsi və Avropada yaşanan iqtisadi böhran Cənubi Qafqazda güc boşluğunun yaranmasına səbəb olub. Bu hadisələr eyni zamanda tək qütblü dünya sistemindən çox qütblü dünya sisteminə keçidin də işarələri hesab edilir.

Bu səbəbdən təkrar üçüncü dünya dövlətlərini bir dam altında birləşdirən QH-nın əhəmiyyətini artıb. Nəticədə Azərbaycan 26 may 2011-ci ildə İndoneziyanın Bali şəhərində keçirilən 16-cı Nazirlər Konfransında QH-nın üzvü seçilib. Azərbaycanın mənimsəmiş olduğu xarici və təhlükəsizlik siyasət prinsipləri də QH-nın əsas prinsiplər olaraq mənimsədiyi Bandunq prinsipləri ilə üst-üstə düşürdü. 

Belə ki, Prezident İlham Əliyev dövründə Azərbaycan xarici siyasətinin əsas prinsipini müstəqillik təşkil edib. Müstəqil xarici siyasət bütün dövlətlərlə böyüklüyündən asılı olmayaraq bərabərhüquqlu münasibət qurmaq, dövlətlər arasında yaşanan münaqişələrdə tərəf olmamaq, hətta mümkün çərçivə onlar arasında vasitəçilik etmək və qlobal güc mübarizəsinin parçası olan bloklara qoşulmamaq mənasına gəlib. Məsələn, Azərbaycan Qərb-İran və Qərb-Rusiya qarşıdurmasına öz milli maraqları çərçivəsində yanaşaraq tərəf olmayıb və beləcə yerləşdiyi regionun qarşıdurma regionu olmasına imkan verməyib.

Bununla yanaşı bir tərəfdən İsrail, bir tərəfdən İran, digər tərəfdən də Səudiyyə Ərəbistanı ilə münasibətlərini davam etdirərək, Fələstin məsələsinin iki dövlətin qurulması prinsipi əsasında həllini və Şərqi Qüdsün Fələstinin paytaxtı olmasını dəstəkləyib. 2018-ci ilin aprel ayında Bakıda keçirdilən QH-na üzv dövlətlərin xarici işlər nazirlərinin 18-ci görüşündə Prezident İlham Əliyev Azərbaycanla QH-na üzv digər dövlətlər arasında oxşarlıqları belə izah edib: 

“Qarşımızda demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də müəyyən dərəcədə, oxşardır. Hamımız öz həyatımızı, müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin.” Digər tərəfdən, Azərbaycan regionda rəqabətdə olan heç bir təhlükəsizlik təşkilatına üzv olmamağı seçməyib. Hətta 2010-cu ildə qəbul etdiyi Hərbi Doktrinasında beynəlxalq razılaşmalardan irəli gələn hallar xaricində ərazisində xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməyəcəyini bildirib və qısa müddət sonra yeganə xarici baza hesab olunan Qəbələ Radyolakasiya Stansiyasının müqavilə müddətini uzatmayıb.

Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən QH Xarici işlər nazirləri görüşündə Azərbaycanın Hərəkatın təməl prinsiplərinə ciddi riayət etdiyini bildirərək, Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü və heç bir hərbi ittifaqa üzv olmadığını deyib. Azərbaycan təşkilata üzv olduqdan sonra yaşanan bəzi hadisələr iki tərəf arasında etimadın artmasına səbəb olub. 2011-ci ildə BMT Təhlükəsizlik Şurası qeyri-daimi üzvlüyü üçün keçirilən 16 raundlu səsvermənin sonunda Azərbaycan 155 dövlətin dəstəyini alaraq 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Bu 155 dövlətdən 117-si QH-na üzv dövlətin səsi idi. Bundan başqa 2012-ci ildən etibarən QH tərəfindən keçirilən zirvə görüşləri və ya nazirlər görüşündə Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə qərar verildi. QH-nın 2012-ci ildə Misirdə keçirilən Xarici işlər nazirləri iclasında, 2012-ci ildə İranda keçirilən 16 Zirvə iclasında, 2014-ci ildə Əlcəzairdə keçirilmiş xarici işlər nazirlərinin iclasında və 2016-cı ildə Venesuelada keçirilən dövlət və hökumət başçılarının XVII zirvə görüşünün nəticəsində qəbul olunan sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həlli qəbul olunaraq, Azərbaycanın mövqeyi dəstəklənib.

QH-nın Dağlıq Qarabağ məsələsini həlli baxımından diqqət yetirməli olan məqamlardan biri də zirvə toplantısının yekun bəyanatlarında xalqların öz müqəddəratını təyin etmə prinsipinə münasibətdir. Prezident Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə görə, QH-na üzv dövlətləri bu prinsipin ifadəsini BMT nizamnaməsinə uyğun olaraq, əsasən de-kolonizasiya və müstəmləkəçiliyə qarşı mübarizə kontekstində görürlər. Yəni QH-nın bu yanaşması Azərbaycanın Qarabağ məsələsinin həllindəki mövqeyi ilə tam olaraq üst-üstə düşür və Ermənistanın tezislərini çürüdür. Son olaraq 25-26 oktyabr tarixlərində Bakıda keçirilən zirvə görüşü Azərbaycan və QH-na üzv dövlətləri arasında ortaya çıxan qarşılıqlı etimadın nəticəsidir.

Beynəlxalq münasibətlər sisteminin tək qütblü dünya sistemindən çox qütblü dünya sisteminə keçdiyi bir dövrdə bu kimi təşkilatların əhəmiyyəti artır və Azərbaycanın da belə təşkilatlarda təmsil olunması faydalı hesab olunur. Bu gün QH 120 üzv dövləti ilə BMT-dən sonra ikinci ən böyük siyasi dialoq platformadır və dünya əhalisinin 55%-i üzv dövlətlərdə yaşayır. Bu isə Azərbaycanın nəqliyyat. turizm, ticarət əlaqələrinin inkişaf etdirilməsi baxımından əlavə imkanlar yaradır. Azərbaycanın hərəkata sədrliyi isə həyata keçirdiyi müstəqil xarici siyasət ilə son illərdə QH-nın anti-Qərb imicinin dəyişməsinə səbəb ola bilər. /modern.az/

Önceki Yazılar :
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8507
 GBP :  2.1644
 TRY :  0.0526
 EUR/USD :  1.0886
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft