AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Dini abidələrimizə qarşi erməni VANDALİZMİ
27/11/2020 Yazdır

Azərbaycan dini dö­züm­lülük və multikulturalizm sahəsində zəngin ənənə və təcrübəyə malik ölkələrdəndir. Azərbaycanda qədim dövrlərdən müxtəlif din və mədəniyyətlərin nümayəndələri əsrlərdir sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu mü­na­si­bətlər müxtəlif mərhələlərdən və tarixin ağır sınaqlarından keçərək özü­nəməxsus xüsusiyyət və çalarlar qazanmışdır. Zaman-zaman təqib və repressiyalara məruz qalsa da, Azərbaycan xalqı daima öz milli-mə­nəvi dəyərlərinə sadiqlik nümayiş etdirmiş, digər din və mədə­niy­yət­lərə tolerant münasibəti ilə seçilmişdir. Ermənistan isə tarixən digər dinlərə, onların abidələrinə qarşı dözümsüzlüyü ilə fərqlənmişdir. Burada yaşayan xalqlar hər zaman ayrı-seçkiliyə, dini dözümsüzlüyə məruz qalıblar. 

Bu gün Azərbaycanda, paytaxt Bakıda və müxtəlif bölgələrdə bir çox xalqların nümayəndələri, o cümlədən, minlərlə erməni əsilli vətəndaş əmin-amanlıq şəraitində yaşayırlar.  Bakının mərkəzində erməni kilsəsi və 5000 kitab qorunur. Eyni zamanda, Bakıda 3 pravoslav, 1 katolik kilsəsi, 2 sinaqoq fəaliyyət göstərir. Azərbaycandakı birgəyaşayış mədəniyyəti dünyanın tanınmış dini liderləri tərəfindən də hər zaman yüksək qiymətləndirilib.

Müharibə başlayan ilk gündən Ermənistan münaqişəyə milli və dini don geyindirməyə çalışdı. Belə cəhdlərdən biri də Şuşada kilsənin guya Azərbaycan ordusu tərəfindən hədəfə alınması ilə bağlı növbəti şounun düzəldilməsi idi. Onlar özləri kilsəyə xələl gətirərək Azərbaycanı bu kilsəni dağıtmaqda günahlandırmağa çalışdılar. Ermənistanın xunta rejiminin bu cəhdi də fiaskoya uğradı, beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkə və qarşıya qoyulan məqsədlərə nail ola bilmədilər.

Azərbaycandan fərqli olaraq, ermənilər işğal olunmuş ərazilərimizdə xalqımıza məxsus bütün məscid, məbəd və məzarlıqlar, tarixi abidələr, muzeylər, kitabxanaları dağıdıb və talan ediblər, Qafqaz Albaniyasına məxsus xristian məbədləri və rus pravoslav kilsələri qriqoriyanlaşdırılıb, məscidlər tövləyə çevrilərək heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalıb. Qarabağ ərazisində mövcud olan 67 məsciddən 63-ü yerlə-yeksan edilib, qalan 3 məscidə isə ciddi zərər vurulub.

Bu gün Qərbin müəyyən dairələrində işğaldan azad olunmuş ərazilərdə xristian abidələri ilə bağlı narahatlıq ifadə olunur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu məntiqdən belə çıxır ki, müsəlman məscidlərini dağıtmaq olar? Bu ikili standartların, islamafobiyanın növbəti bariz təzahürüdür.

Ermənistan eyni zamanda, öz ərazisində yerləşən tarixi Azərbaycan dini abidələrini – İrəvan “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” və digər məscidlərini tamamilə uçurub, Göy məscidin arxitektura xüsusiyyətlərini dəyişdirib. Yalnız müsəlman məscidlərini məhv etməklə kifayətlənməyən Ermənistan Şuşadakı İoann Predteça pravoslav kilsəsini, digər bölgələrdəki Alban məbədlərini qəsb edərək qriqoriyanlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıb. Bu bir daha onu təsdiq edir ki, Ermənistan təkcə Azərbaycanlılara qarşı deyil digər dinlərin və xalqların nümayəndələrinə qarşı təcavüz həyata keçirib.

Ermənilər tərəfindən ən çox təcavüzə qalan abidələrdən biri də alban abidələridir. 1836-cı ildə Rusiya sinodunun qərarı ilə Alban Katolikosluğu ləğv edildikdən sonra onlar ermənilərin davamlə təcavüz və təxribatlarına məruz qaldılar. Bu abidələrin bir hissəi dağıdıldı, bir hissəsi isə qriqoryanlaşdırıldı. Bu kimi halların gələcəkdə təkrarlanmaması üçün Alban katolikosluğunun bərpası və və həmin kilsələrin idarəçiliyinin Alban-udi icmasına verilməsi məqsədəuyğun sayılır. 

Biz ermənilərdən fərqli olaraq, əcdadlarımızdan bizə yadigar qalan o abidələrə sahib çıxaraq onları mütləq bərpa edəcəyik, qoruyaraq gələcək nəsillərə çatdıracağıq.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8507
 GBP :  2.1644
 TRY :  0.0526
 EUR/USD :  1.0886
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft