AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
YAZARLAR Dr. Sinan OĞAN
12
14
16
18
26/07/2013 14:46
“Türkiyənin Dəyişməz Şərti Ermənistanın Dağlıq Qarabağdan Çəkilməsidir”

“KarabakhİNFO.com” eksklüziv olaraq Türkiyə Böyük Millət Məclisinin MHP-dən olan millət vəkili, Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri, TürkSAM başkanı Sinan Oğanla müsahibəsini təqdim edir.

 - Hörmətli Sinan bəy, ilk öncə Sizə təşəkkür edirəm bizim sayt üçün vaxt ayırmısınız. Sizin fikirinizcə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli mümkündürmü?

 - Dağlıq Qarabağ probleminə yalnız Azərbaycan və Ermənistan arasındakı bir problemdən  daha çox  bütün bölgəni əhatə edən problem olaraq baxılmalıdır. Bir başqa deyimlə, Qarabağın beynəlxalq hüquq qaydalarına görə haqsız bir işğala məruz qalması bölgə üçün bir qeyri-sabitlik qaynağıdır. Öncə beynəlxalq aləmin bunu ədalətli yollarla həll etmək üçün hərəkətə keçməsi lazımdır və bunun üçün lazımi addımların atılması şərtdir.

Digər tərəfdən Azərbaycan və Ermənistan arasında ikitərəfli əlaqələrə nəzər yetirərkən, Azərbaycanın 20 il əvvəlki  durumundan daha çox irəlidə olduğu, hər sahədə Ermənistandan daha çox inkişaf etdiyi görünməkdədir. Xüsusilə enerji qaynaqlarını ağıllı şəkildə istifadə  edilməsi Azərbaycanı bölgədə söz sahibi bir ölkə mövqeyinə gətirmişdir. Bu səbəbdən Azərbaycan diplomatik olaraq həm beynəlxalq sahədə səlahiyyəti olan dövlət  dutumuna gəlmiş, həm də müharibə olarsa Ermənistanı  məğlub edəcək bir hərbi qüvvəyə malikdir.

 -Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmdən çıxmır. Fikrinizcə sərhədlər açılsa Azərbaycan- Türkiyə münasibətlərində hansı dəyişikliklər ola bilər?

 - Bu sualınızın cavabı, sərhədlərin nə şəkildə açılacağına bağlı olaraq fərqli ola bilər.Türkiyənin sərhədlərin açılması üçün ortaya qoyduğu şərt Ermənistanın Dağlıq Qarabağdan çəkilməsidir və bu da son dərəcə dəqiqdir. Əgər Ermənistan, Azərbaycan torpaqlarından çəkilsə, Türkiyənin qoyduğu şərtləri qəbul etsə və bu şəkildə sərhəd qapıları açılsa Azərbaycan və Türkiyə arasındakı Ermənistan maneəsi də aradan qalxacaq.

Beləcə Türkiyədə İqdırdan çıxıb Azərbaycanın iç bölgələrinə qədər Naxçıvan üzərindən quru yolu ilə geçə biləcəyik. Bu vəziyyət iki ölkə arasındakı əlaqələri bir çox sahədə daha da canlandıracakdır. Eyni zamanda Türkiyənin Türk dünyası ilə əlaqəsini yaxşılaşdırmaq mümkün olacaqdır.Bir başqa  məqam isə Ermənistanın öhdəliklərini yerinə yetirməməsinə baxmayaraq yenə də qapıların açılması reallığıdır.

Bu isə hər şeydən əvvəl, qarşıya qoyulan şərtlərin Ermənistan tərəfindən yerinə yetirilməməsi və ermənilərin etdiklərinin cəzasız qalması  kimi bir vəziyyətlə bizi üz-üzə qoyacaqdır. Digər tərəfdən, Türkiyənin xarici siyasətdəki ciddiliyi zəyiflləyəcəkdir. Bu səbəbdən sərhədin bu şəkildə açılması iki ölkə arasındakı əlaqələrə mənfi təsir edən faktorlardan biri olacaqdır.

 -Türkiyədə erməni lobbisi çox güclüdür. Sizcə bu Xocalı soyqrımının TBMM-də tanınmasını əngələyən faktor deyilmi?

 - Türkiyə Böyük Millət Məclisinə Milliyyətçi Hərəkat Partiyası millət vəkili olaraq Xocalı soyqırımı ilə bağlı bir qanun layihəsini verdim. Xocalının tanınmaması məsələsinə gəlincə burada çox faktordan bəhs edilə bilər. Xocalı soyqırımı kimi hadisələr, insanlığa qarşı bir cinayətdir və  bu məsələdə siyasətdən çox insaniyyətin qiymətləndirilməsi lazımdır.

Türkiyədə indi iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) müxalifətdən gələn qanunları, məzmunu nə olursa olsun müxalifətdən gəldiyi üçün rədd etməkdədir. Digər tərəfdən, AKP qondarma “Erməni soyqırımı” mövzusunda Türkiyənin mövqeyinin bunun parlamentlərdə qiymətləndirmək əvəzinə, onu tarixçilərin  ixtiyarına verməyin doğru yol  olduğunu söyləyir. Tarixi, təbii ki, tarixçilər siyasətçilərin daha yaxşı bilir, amma unudulan bir məqam var.

Xocalıda yaşananlar  sadəcə tarix olmadı. Soyqırıma məruz qalanlar və  onların qohumları, soyqırımın şahidləri həyatdadırlar və faciənin üstündən çox qısa bir zaman keçmişdir. Tarixdən bəhs edərkən  20 il demək bizlərin gündəlik həyatındakı dünəni yada salmaq kimidir. Digər tərəfdən Türkiyədəki erməni lobbisinin fəaliyyətlərinə cavab olaraq Azərbaycanın Türkiyədə lobbi fəaliyyətlərini də gücləndirməsi lazımdır.

 -Bu gün Türkiyədə şou biznes, media və digər sahələrdə erməni sevgisinin olmasının şahidi oluruq. Bunun səbəbi Sizcə Azərbaycanın təbliğatının zəif olmasıdır yoxsa Türkiyənin daxili siyasətinin buna şərait yaratmasıdır?

- Türkiyənin daxili siyasətinin Azərbaycanın tam olaraq izah edilməməsindən qaynaqlanan bir sıra məqamlar var.  Bunu, Türkiyədə ermənilərə olan simpatiyanın səbəblərindən  biri də adlandıra bilərik.Türkiyədə, Hrant Dink cinayətindən sonra  xalqa sırınan  məzlumluq psixologiyası, ermənilərin başlıca tezislərindən biri olan tarixi məzlumluq psixologiyası ilə  birləşdirilmiş və  bu cəmiyyətdəkifayət qədər kök salmışdır.

Digər tərəfdən, AKP hökuməti tərəfindən başladılan "erməni açılımı" dövründə Türkiyənin xüsusilə yazılı və vizual mətbuatında erməni simpatiyası artmış, bu iki proses də bir-birlərinə dəstək şəklində bir müddət davam etmişdir. Azərbaycanla bağlı gerçəklərin  Türkiyə toplumuna çatdırılması ilə  türk ictimaiyyətində Azərbaycan sevgisinin  son dərəcə çoxaldığını  söyləmək lazımdır.

Türkiyədə yaşayan vətəndaşlar, Azərbaycanda insanlarını sıravi bir qonşu olaraq deyil, bir qardaş olaraq görməkdədir; amma türk ictimaiyyət təəssüf ki, Qarabağda nəbaş verdiyini, Xocalıda nələr yaşandığını ətraflı bilmirlər. Burada duyğusal yaxınlıq təəssüf ki, iki cəmiyyət arasında səmərəli işlərin yaranmasına səbəb olmamışdır. Bu səbəbdən, bunun  Türkiyə ictimaiyyətinə izah edilməsi üçün diaspor fəaliyyətlərinin artırılması lazımdır.

Məsələn, mediadakı bəzi köşə  yazarlarının Azərbaycana dəvət edilməsi və bu həqiqətlərin birinci ağızdan onların  özlərinə  çatdırılması yaxşı nəticələr verə bilər. Yenə bənzər şəkildə Türkiyədə də Azərbaycan ilə əlaqəmizin yalnız enerji ticarətindən ibarət olmadığı izah edilməlidir, Türkiyə və Azərbaycanın mədəni, ictimai, tarixi sahələrdə apardığı ortaq fəaliyyətlər  tez-tez vurğulanmalıdır.

 -Dağlıq Qarabağ münaqişəsinə dair BMT və digər beynəlxalq təşkilatların qətnamə və qərarlar var. Lakin bu qərarar və qətnamələrə əməl edilmir. Nə etmək olar ki, bu təşkilatlar öz qərarlarının icrasında qətiyyətli olsunlar?

 - Birləşmiş Millətlərdə bu mövzunu yalnız  Azərbaycanın  deyil, bütünlüklə Türk dünyasının  gündəmə  gətirməsi çox lazımdır. "Birlikdən qüvvət doğular". Belə bir atalar sözümüz var. Əgər bu  məsələdə Türk dünyası birlik  nümayiş etdirsə, Türk respublikaları gücünü birləşdirsə, beynəlxalq təşkilatlarda da səslərimiz daha gur eşidilər.

Bununla bərabər , bəzi ölkələr problemin həlli baxımından son dərəcə kritik mövqedədirlər. Buralarda da siyasi fəaliyyətin aktivliyini  təmin etmək lazımdır. Lobbiçilik fəaliyyətləri xüsusilə Amerika Birləşmiş Ştatları, Rusiya və Avropadakı ölkələrdə Azərbaycanın lehinə qərarların alınması üçün  genişənməlidir.Bununla yanaşı bu ölkələrin ictimaiyyətin da məlumatlandırılması lazımdır.

-Uydurma erməni soyqrımı məsələsindən danışılarkən   ermənilər hər dəfə Türkiyədən təzminat tələb edir və torpaq iddiasında olurlar. Fikrinizcə Türkiyə güclü erməni lobbisinin təzyiqi qarşısında   nə vaxtsa onların şərtləri ilə razı olacaqmı?

 - Ermənilərin uzun illərdir davam etdirdiyi bir strategiya var. Davamlı olaraq Ermənistan tərəfindən  hər il bunun nəticələrinə baxılır, şərhlər edilir. Keçdiyimiz günlərdə Ermənistanın  baş prokuroru Ağvan Hovsepyan, erməni kilsə və ərazilərinin və guya itirilmiş torpaqların Ermənistana qaytarılmasının lazım olduğunu söyləmişdir.

Bundan əvvəl də yenə bənzər şəkildə, Xocalı soyqırımının  müəlliflərindən biri olan Serj Sarkisyan, "Qarabağı biz aldıq, Ağrının sizə qoyduq" deyərək Türk torpaqlarına iddia etmişdir. Bunlardan başqa Ermənistan Konstitusiyası və Müstəqillik aktında Türkiyənin torpaqları Ermənistan torpağı olaraq qeyd olunmuşdur. Bu hədəflərini reallaşdırmaq üçün erməni diasporu əsassız “soyqırımı” iddialarını bir vasitə olaraq  ortaya atır.

 “Təzminat” isə burada əhəmiyyətli bir mərhələ olacaq və bundan sonra gələn prosesin qapısını aralayacaqdır. Türkiyədə son dövrdə iqtidar partiyası öz əməllərini reallaşdırmaq və bir sıra güclərə şirin görünmək üçün"üzr istəmə" kampanyası başlatmışdı. “Erməni açılımı” ilə də bir yaxınlaşma planlaşdırırdı, amma bu proses istənilən şəkildə getmədi.  Bu kompensasiya tələblərinin erməni diasporu tərəfindən yüz ilə yaxın bir layihəsinin  reallaşdırılması xatirinə edildiyi görünməlidir. Bu səbəbdən Türkiyədə gündəmə gələn  milli azlıq mal-mülklərinin  qaytarılması ilə əlaqədar tənzimləmələr edilərkən bu məqamların da diqqətə alınaraq nəzərdən keçirilməsi lazımdır.

 -Sizin fikrinizcə sabah Dağlıq Qarabağda hərbi münaqişə alovalansa Türkiyə burada hansı mövqedən çıxış edəcək

 - Türkiyə ilə Azərbaycan iki dövlət tək millətdir. Bu, iki ölkənin də quruluş illərindən bu yana hər iki tərəf tərəfindən mənimsənən bir prinsipdir. Bu səbəbdən iki ölkə arasındakı əlaqələr köklü  milli bağlardan irəli gəlir. Bir tərəfdə Türkiyə ilə arasında strateji olaraq da geniş bir əməkdaşlıq sahəsi olan, Türkiyənin tarixindəki ən böyük xarici investisiya TANAP ilə həyata keçirəcək olan, eyni dili danışdığımız, eyni şeylərə kədərlənib eyni şeylərə sevindiğimiz can Azərbaycan var.

Digər tərəfdə isə 2015-ci ilə az bir müddət qala beynəlxalq sahədə Türkiyəni sıxışdırmaq niyyətində olan, Türkiyə əleyhinə ortaya çıxan hər hansı bir durumdan istifadə etməyə çalışan və Azərbaycan torpaqlarında işğalçılığını davam etdirən Ermənistan var. Burada seçim etmək üçün düşünməyə belə çox ehtiyac yoxdur. Türkiyə təbii ki, Azərbaycanın yanındadır.

 -Allahın köməkliyi ilə Qarabağ işğaldan azad olanda və biz bu günün olacaqına təbii ki əminik, Siz bir Azərbaycan türkü olaraq ilk öncə hansı rayona səfər edərdiniz?

 - Dağlıq Qarabağın hər qarışı-indi nə qədər ermənilər tərəfindən məhv edilmək istənsə də- gözəllik mücəssəməsidir. İlk olaraq bunu ifadə etməm lazımdır. Bu səbəbdən Dağlıq Qarabağın hər bir qarışını addım-addım gəzmək ən böyük arzumdur.  Öncə hara getməyim məsələsinə  gəlincə, buna cavabım: hər halda Xocalıya gedərdim. Bir Azərbaycan türkü olaraq təbii ki, Dağlıq Qarabağa romantik bir bağım var.

Bir strateji  mərkəzinin başçısı və bir strateq olaraq Xocalı ilə əlaqədar bir çox analizlər etmişik, erməni işğalı ilə əlaqədar  çoxlu fəaliyyətimiz olmuşdur, ermənilərin xalqımıza qarşı necə acımadan  soyqırımı uyguladığını  araşdırmalar zamanı çox dəqiq şəkildə gördüm. Millət vəkili seçildikdən sonra da siyasi sahədə Xocalı ilə əlaqədar işlərimiz  davam edir, parlamentdə 26 Fevralı Xocalı Soyqırımı Anma Günü olaraq qəbul edilməsi üçün bir qanun təklifi təqdim etdim. İnsan müəyyən bir məqamda hadisələri uzaqdan yazmaq deyil, yaxından görmək istəyir. Allahın izni ilə Xocalıya gedəcəyimiz gün yaxındır!

 -Azərbaycanda bir çox insan Türkiyəni özünə qardaş və arxa dövlət hesab edir. 21 ildir yurdsuz qalan məcburi köçkünlərə hansı sözlərlə müraciət edərdiniz ki, onlarda ruh yüksəkliyi artsın?

- Əvvəla, Dağlıq Qarabağ bir Türk yurdudur. Qaçqınlar öz vətənlərindən bəlkə bir müddət ayrı qalmış ola bilərlər, amma onları vətənlərindən  həmişəlik qoparmağa kimsənin gücü çatmayacaq. Türk dünyasında Qarabağ qanayan bir yaradır, amma bu yaranın sağalacağından  heç şübhələri olmasın.

Azərbaycan Prezidenti İlham Əliyevin də ifadə etdiyi kimi, üç rəngli Azərbaycan bayrağı keç-tez Xankəndində dalğalanacaq. Zaman fəal və mətin olmaq zamanıdır. Biz, daha əvvəl də ifadə etdiyimiz kimi Dağlıq Qarabağda yaşanan ədalətsizlik qarşısında mövqeyimizi dəqiq ortaya qoymuş bir partiyayıq. Biz zülmün qarşısındayıq, Xocalıda edilən soyqırımın baiskarlarınınn ədalət qarşısına çıxarılması lazımdır. İnşallah çıxarılacaq da. Beynəlxalq ədalət  bizim tərəfdədir,bu  ilahi ədalətdən kimsə qaça bilməz, bunu da heç bir zaman unutmamaq lazımdır.

Məcburi köçkünlərin bu gün Azərbaycanın müxtəlif rayonlarında  məskunlaşmış olsalar da onların gec və ya tez öz doğma yurdlarına qayıdacaqlarına kimsə çüübhə etməsin. Bunun məcburi köçkünlərin uşaqlarına da izah edilməsi çox gərəkdir və onların bir qisminin bəlkə də heç görmədiyi yerlərə dönməsinin real olduğu başa salınmalıdır   və  onlarda bir duyğusal bağın yaradılması lazımdır. 

Önceki Yazılar :
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft