AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Elektron İnformasiya Köşklərinin təqdimatı olub
09/07/2014 Yazdır

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında reallaşan tədbir Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev, “ASAN xidmət”in Strateji araşdırmalar və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov, Binəqədi RİH başçısı Aparatının məsul işçiləri və geniş media nümayəndələrinin iştirakı ilə keçirilib. BayMedianın məlumatına görə, tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanov modern və çevik idarəetmənin təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında təşkil edilməsi məqsədi ilə son illər mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. İ.Süleymanov bu istiqamətdə Binəqədi Rayon İcra Hakimiyyətinin tərəfindən zəruri addımların atıldığını bildirmiş, Binəqədi Rayon İcra Hakimiyyətində Avtomatlaşdırılmış İnformasiya Sisteminin, qısa vaxt ərzində sakinlər tərəfindən böyük rəğbətlə qarşılanan yerli icra hakimiyyətləri arasında ilk dəfə olaraq xüsusi texniki vasitələrlə və müvafiq proqram təminatı ilə təchiz edilmiş Sakinlərin Müraciət Xidmətinin yaradılmasını qeyd edib. Bununla yanaşı, natiq Rayon İcra Hakimiyyətinin başçısı Aparatı ilə rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlar arasında elektron şəkildə yazışmalar aparılması üçün həmin qurumlara avtomatlaşdırılmış informasiya sistemindən istifadə imkanı yaradılmasını da bildirib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqi işinə ayırdığı diqqətin vətəndaş məmnunluğuna nail olmaq baxımından çox böyük əhəmiyyət daşıdığını İ.Süleymanov vurğulayıb. Binəqədi RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov informasiya köşklərinin iş prinsipi barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, hazırda rayon ərazisində İcra Hakimiyyətinin elektron informasiya köşklərinin Azadlıq prospekti 157 ünvanında yerləşən “Favorit” marketdə, 8-ci mikrorayon İ.Dadaşov küçəsi 60 ünvanında yerləşən “Bizim” marketdə və metronun “Azadlıq prospekti” stansiyasında quraşdırıldığını bildirmiş, yaxın gələcəkdə bu köşklərin əhatə dairəsinin genişlənəcəyi və rayonun bütün inzibati ərazi dairələrini əhatə edəcəyi barədə məlumat verib. İnteraktiv formada keçirilən təqdimatda E.İmanov jurnalistləri maraqlandıran sualları cavablandırıb. Tədbir RYTN-nin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev və “ASAN xidmət”in Strateji araşdırmalar və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərovun çıxışları ilə davam edib. Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin elektron informasiya köşklərinin təbliğatı ilə əlaqədar hazırlanmış sosial reklam çarxının nümayiş etdirilməsi ilə yekunlaşıb. Tədbirdən sonra qonaqlar və media nümayəndələri Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binası ilə tanış olublar.

Elnur Eltürk

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.7609
 GBP :  2.1219
 TRY :  0.0483
 EUR/USD :  1.0358
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft