Gürcüstan yenidən Rusiya qazının Ermənistana nəqlini dayandırıb.
ANS-in məlumatına görə, bu barədə “Qazprom Armeniya” QSC açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Gürcüstan avqustun 27-i səhər saatlarından etibarən Ermənistan ərazisindən təbii qaz nəqlini müvəqqəti dayandırıb.
Bunun səbəbi isə Gürcüstan tərəfinin magistral qaz xəttində təmir-bərpa işlərinin aparmasıdır.
Qeyd edək ki, Gürcüstan tərəfi bir neçə həftə əvvəl də Rusiya qazının Ermənistana nəqlini dayandırmışdı. Səbəb yenə təmir-bərpa işləri göstərilirdi.
|