AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyənin Gürcüstandakı səfiri ermənilərin Ağrı dağı ilə bağlı iddialarına cavab verib  •   Urmiyədə həbs edilən alim Aydın Muradxani müvəqqəti azadlığa buraxılıb  •   Azərbaycanda biometrik imzalar tətbiq olunacaq  •   Cənubi Azərbaycanda pandemiyanın son durumu  •   Rusiya MN-dən Qarabağ AÇIQLAMASI  •   Laçının hansı kəndləri rusların nəzarətindədir?  •   Ermənilər Cəbrayılda 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib  •   İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR  •   Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz  •   Ərdoğandan Türk Şurası ilə bağlı vacib AÇIQLAMA  •   Həmsədrlər bəyanat YAYDI  •   “Çox sayda mədəni və dini abidələri olan Şuşaya ballistik raket atılması hərbi cinayətdir”  •   Brayza: “Azərbaycanın Qarabağda apardığı əməliyyat ümumilikdə hərbi əməliyyatların mahiyyətini dəyişdirib”  •   İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar gözlədiyimizdən də artıq idi”  •   Türk dövlətlərinin birliyi həm də media birliyindən keçir  •   "Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik"  •   Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ilə bağlı məsələ qaldırılmalıdır  •   Türk Şurasının nümayəndələri Ermənistanın Gəncədəki müharibə cinayətlərilə tanış oldular  •   İrəvan küçələrinə azərbaycanlı şəhidlərin adı verildi  •   "Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır"  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Ermənistan "İsgəndər" raketini necə əldə edib?
06/04/2021 Yazdır

44 günlük Vətən müharibəsi dövründə Ermənistan Azərbaycan ərazisini davamlı şəkildə raket atəşinə tutdu. Xüsusən də Gəncə, Bərdə, Tərtər və Mingəçevir şəhərlərinə böyük dağıdıcı qüvvəyə malik raketlər atıldı. Bu səbəbdən, çoxlu sayda mülki insan həlak oldu və yaxud yaralandı. Bütün bunlar Ermənistan ordusu tərəfindən müharibə dövründə qadağan olunmuş silahlardan, o cümlədən kasetli bombalardan istifadə olunduğu sübut etdi.

Modern.az xəbər verir ki, bir neçə gün əvvəl Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadantəmizləmə tədbirləri zamanı Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər” raketinin qalıqlarının tapılması isə Ermənistanın müharibə cinayətlərinin düşünüldüyündən də dərin olduğunu ortaya çıxardı. Baxmayaraq ki, Ermənistan hərbi və siyasi dairələri bu məsələdə “nala-mıxa vurdular”. Onlar gah Azərbaycan ərazisinə “İsgəndər” reketinin atıldığını, gah da atılmadığını iddia etdilər. Nəhayət, baş Nazir Nikol Paşinyanın timsalında “İsgəndər” raketi atılıb, lakin 10 faizi partlayıb” kimi bəyanatın verilməsi tərəddüdlərə son qoydu və Ermənistanın müharibə dövründə “İsgəndər” raketindən istifadə etdiyi rəsmən etiraf olundu. Sonradan Paşinyan özü də bunu etiraf etdi və “İsgəndər”in istehsalçısı olan Rusiyanın qəzəbinə tuş gəlməmək üçün guya ona yanlış məlumat verildiyini bəyan etdi.

Daha sonra Rusiya tərəfi də müharibədə “İsgəndər” raketindən istifadə olunmadığını bildirdi. Rusiya Prezidentinin Administrasiyasından yayılan məlumatda qeyd edilib ki, Qarabağda münaqişə zamanı “İsgəndər” raketlərindən istifadə olunmayıb. Amma qalıqların tapılması bu açıqlamanı şübhə altına salır.
ANAMA bildirir ki, tapılan qalıqlara əsasən, raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. ANAMA əməkdaşları bir-birindən xeyli məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Raketin qalıqları aprelin 2-də Bakıda mediaya da nümayiş etdirilib.

Maraqlısı budur ki, Şuşa şəhərində və onun ətrafında tapılan raket “İsgəndər - M” markalıdır. Amma açıq mənbələrdəki məlumata görə, Rusiya Ermənistana “İskəndər - M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İsgəndər - E” raket kompleksi verib (“İsgəndər - E” ilə müqayisədə “İskəndər - M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 km-dək məsafə qət edə bilir-red). Sual olunur, əgər Rusiya Ermənistana “İsgəndər – M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması nə ilə izah oluna bilər? Ermənistan bu silahı haradan və necə əldə edib? Qeyri-rəsmi yolla kim verib ona bu silahı?

Bu il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə diqqət edək: “Ermənistana “İsgəndər” raketləri veriləndə mən bunu Rusiya rəhbərliyinə demişdim. Mən demişdim ki, bu, düzgün addım deyil, bu addım sabitliyin möhkəmlənməsinə yönəlməyib, bu, bizi heç nədən çəkindirməyəcək. Yeri gəlmişkən, müharibə dövründə də demişəm və Rusiya tərəfinə “İsgəndər” raketlərinin geri almalarını təklif etmişəm. Bəli, demişəm, bu gün də fikrim belədir ki, regionlarda hadisələrin belə faciəli inkişafının qarşısını ala biləcək yeganə yol bu silahları geri almaq və ermənilərə bir daha pulsuz silah verməməkdir. Mən bunu həmişə deyirəm. Təəssüf ki, belə olub. Müharibədən sonra belə hallar yoxdur. Biz bunu müsbət addım kimi qiymətləndiririk.

Lakin Ermənistanın müdafiə naziri bu yaxınlarda bəyan edib və məncə, Rusiyanın Ermənistandakı səfiri də deyib ki, Ermənistan ordusunun modernləşdirilməsində Rusiya da iştirak edəcək. Nə üçün? Nə məqsədlə? Mənim sualım əsaslıdır. Mən sizin kanalınız vasitəsilə, bugünkü birbaşa translyasiya vasitəsilə soruşuram: nə üçün? Buna heç bir zərurət yoxdur. Əgər biz sülh, uzunmüddətli sülh istəyiriksə, məsuliyyətsiz adamların əlində bu cür məhvedici vasitələr olmamalıdır. Hərc-mərclik hökm sürən, ordunun rəhbərliyə tabe olmadığı, onların hərbi çevriliş etdiyi və ya etmədiyi ölkədə bu da tragikomediyanın bir hissəsidir. Axı, hərbi çevrilişi ya edirlər, ya da etmirlər. Əllərində meqafonlar tutmuş, küçələrdə gecə çadırları qurmuş, hansısa bomjların yürüşləri tragikomik təsir bağışlayır. Bu, sadəcə, biabırçılıqdır. Bütün dünya onlara gülür, həm iqtidara, həm də müxalifətə. Ona görə də, belə adamların əllərinə təhlükəli silah vermək olarmı? Buna görə də demək istərdim, elə etmək lazımdır ki, heç kəs üçün təhlükə yaranmasın”.

Beləliklə, Azərbaycan ərazisinə “İsgəndər” raketinin atılması artıq heç kimə sirr deyil. Bu, cinayət əməli olmaqla Ermənistanın və onun arxasında duran qüvvələrin beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiyinin, hətta onları pozmaqdan çəkinmədiyinin göstəricisidir. Beynəlxalq qurumlar Ermənistanı bu kimi əməllərdən çəkindirməlidirlər. Həmçinin, bu müharibə cinayətlərinin açılması təmin edilməlidir. Əks təqdirdə, bu cəzasızlıq mühiti gələcəkdə bəşəriyyət üçün daha böyük bəlalara səbəb ola bilər.


+ Benzer Haberler
» Türkiyənin Gürcüstandakı səfiri ermənilərin Ağrı dağı ilə bağlı iddialarına cavab verib
» Urmiyədə həbs edilən alim Aydın Muradxani müvəqqəti azadlığa buraxılıb
» Azərbaycanda biometrik imzalar tətbiq olunacaq
» Cənubi Azərbaycanda pandemiyanın son durumu
» Rusiya MN-dən Qarabağ AÇIQLAMASI
» Laçının hansı kəndləri rusların nəzarətindədir?
» Ermənilər Cəbrayılda 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib
» İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR
» Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
» Ərdoğandan Türk Şurası ilə bağlı vacib AÇIQLAMA
» Həmsədrlər bəyanat YAYDI
» “Çox sayda mədəni və dini abidələri olan Şuşaya ballistik raket atılması hərbi cinayətdir”
» Brayza: “Azərbaycanın Qarabağda apardığı əməliyyat ümumilikdə hərbi əməliyyatların mahiyyətini dəyişdirib”
» İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar gözlədiyimizdən də artıq idi”
» Türk dövlətlərinin birliyi həm də media birliyindən keçir
» "Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik"
» Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ilə bağlı məsələ qaldırılmalıdır
» Türk Şurasının nümayəndələri Ermənistanın Gəncədəki müharibə cinayətlərilə tanış oldular
» İrəvan küçələrinə azərbaycanlı şəhidlərin adı verildi
» "Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır"


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details. (27)

Məzənnələr
 USD :  1.7
 EUR :  2.0331
 GBP :  2.3391
 TRY :  0.2117
 EUR/USD :  1.1959
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Ermenistan 44 günlük savaşın sonuçlarını doğru okuyabilecek mi?
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Qoşulmama Hərəkatı və Azərbaycan
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft