AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Ermənistanın Niderland Krallığındakı səfirliyi qarşısındakı kütləvi etiraz aksiyası keçirilib - Foto
08/04/2016 Yazdır
Ermənistanın Niderland Krallığındakı səfirliyinin qarşısında bu ölkə ordusunun Azərbaycanla təmas xəttində son hərbi təxribatlarına etiraz məqsədi ilə kütləvi etiraz aksiyası keçirilib.

Aksiya Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Ana Vətən Cəmiyyətinin dəstəyi ilə baş tutub.

Etiraz aksiyasında Den Haaq Türk İslam Kültür Vəqfi, Holandiya "Turan gəncliyi" dərnəyi, Niderlandın "Odlar Yurdu", "Azərbaycan Evi", Brabant Azərbaycanlıları Cəmiyyəti, Almaniyanın Biefeld Alman Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvləri, həmçinin, Niderlandda yaşayan Azərbaycan və türk diaspor nümayəndələri iştirak edib.

Bundan başqa, aksiyaya uyğur, noyqar və türkmən diasporunun nümayəndələri də qoşulub. Ümumilikdə, aksiyada Azərbaycan və türk diaspor təşkilatlarının 300-dən çox nümayəndəsi iştirak edib.

Aksiyada Niderland Azərbaycan Türk Kültür Dərnəyinin başçısı İlhan Aşqın, BAK-ın vitse-prezidenti Elsevər Məmmədov, Ana Vətən Cəmiyyətinin sədri Maisə Ağamirzəyeva, Den Haaq Türk İslam Kültür Vəqfinin başçısı Tahsin Çətinkaya və Azərbaycan diasporunun digər fəalları çıxış edərək son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərin törədilməsini pisləyib.

İştirakçılar, eyni zamanda, qəhrəmancasına vuruşan əsgərlərə dəstək verdiklərini ifadə edib, Ermənistan silahlılarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılmasını tələb ediblər.

Səfirlik əməkdaşları aksiya iştirakçılarının bəyanatını qəbul etməkdən imtina ediblər. Lakin diaspor fəalları çətinliklə də olsa bəyanatı səfirliyin poçt qutusuna atıblar. Aksiyanın sonunda iştirakçılar Ermənistan səfirliyinin önünə qara çələng qoyublar./apa/

...

...

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.84
 GBP :  2.1992
 TRY :  0.0448
 EUR/USD :  1.0824
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft