Ermənistanın xarici işlər naziri ilə söhbət konstruktiv olub.
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Hər kəsə məlumdur ki, Azərbaycan həmişə Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarı olub", - deyə nazir bildirib.
Onun sözlərinə görə, Brüssel görüşü zamanı Azərbaycanın irəli sürdüyü və Ermənistan tərəfi üçün də əlverişli olan beş əsas bənd üzrə irəliləyişlər müşahidə olunub.
C.Bayramov, həmçinin bildirib ki, iki ölkə arasında münasibətlərin bərpası işində irəliləyişlər üçün növbəti addımlar gözlənilir.
|