AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Prezident İlham Əliyevə "Dünyada ilin adamı" mükafatı təqdim olundu
25/05/2016 Yazdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də "The Business Year" jurnalının baş redaktoru Leland Raysı və jurnalın direktoru xanım Betül Çakaloğlunu qəbul edib.

"The Business Year" jurnalının baş redaktoru Leland Rays Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda keçirilən Dünya Humanitar Sammitində iştirakının və çıxışının önəmini vurğuladı. O, Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və dünyada gedən iqtisadi proseslərdəki rolunu qeyd etdi.

Dünya Humanitar Sammitinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Sammitin bu formatda ilk beynəlxalq humanitar tədbir olduğunu vurğulayaraq tədbirin gündəliyinin geniş sahələri əhatə etdiyini dedi. Beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə toxunan dövlətimizin başçısı Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiya olunması istiqamətində görülən işlərdən danışdı.

"The Business Year" jurnalının direktoru xanım Betül Çakaloğlu jurnalın gördüyü işlər barədə dövlətimizin başçısına məlumat verdi. Altı ilə yaxın bir müddətdə ölkəmiz ilə əməkdaşlıq etdiklərini vurğulayan xanım Betül Çakaloğlu jurnalın dünyanın müxtəlif qitələri və ölkələrində yaxşı əlaqələr qurduğunu dedi.

"The Business Year" jurnalının baş redaktoru Leland Rays Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfəyə, "Cənub Qaz Dəhlizi", "Şahdəniz-2", TANAP və TAP layihələrinin yaradılması və həyata keçirilməsi, mühüm beynəlxalq idman tədbirlərinin, o cümlədən birinci Avropa Oyunlarının nümunəvi təşkilinə və Azərbaycanın çox böyük potensialının dünyada təbliğinə, "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı göstərdiyi səylərə, Azərbaycanı əhəmiyyətli transmilli nəqliyyat layihələrinin mərkəzinə çevirdiyinə, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsinə verdiyi böyük dəstəyə, multikultural dəyərlərin təşviqi ilə bağlı beynəlxalq humanitar tədbirlərin keçirilməsi və regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı digər uğurlu fəaliyyətinə görə rəhbərlik etdiyi jurnalın Azərbaycan Prezidenti İlham Əliyevi 2015-ci ildə "Dünyada ilin adamı" mükafatına layiq gördüyünü dedi və mükafatı dövlətimizin başçısına təqdim etdi.

Dövlətimizin başçısı "The Business Year" jurnalının "Dünyada ilin adamı" mükafatına layiq görüldüyünə görə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev jurnalın baş redaktoru Leland Raysın təqdimatında Azərbaycanın həyata keçirdiyi siyasətin ən əhəmiyyətli isiqamətlərinin qeyd olunduğunu vurğulayaraq iqtisadi şaxələndirmə, enerji təhlükəsizliyi, multikulturalizm, Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi və bu infrastruktura investisiyaların yatırılması kimi məsələlərin əldə olunmasında regional əməkdaşlığın əhəmiyyətini qeyd etdi. Regional əməkdaşlığın yalnız qarşılıqlı inama əsaslandığını deyən dövlətimizin başçısı qarşılıqlı inamın isə multikultural, dini və etnik dözümlülük kimi dəyərlərin təşviqi ilə yaradıldığını bildirdi. Bütün bu dəyərlərə görə qürur duyduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın təbliğinə və ölkəmizlə bağlı həqiqətləri beynəlxalq auditoriyaya çatdırdıqlarına görə "The Business Year" jurnalına təşəkkürünü bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft