AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» "Qarabağ savaşından acı xatirə"
02/05/2016 Yazdır

Rayon mərkəzinə girəndə avtomatlardan havaya atəş açdıq. Bu rayona şəhid gətirilməsi mənasına gəlirdi. Azadgilin evlərinin yerini öyrənmək üçün maşını birbaşa rayon hərbi komissarlığına sürdük. Bizi kommissarlığın işçiləri qarşıladılar. Onlardan Azadgilin evinin yerini soruşduq, məsələni izah etdik. İşçilərdən biri mənə özünü itirmiş halda:

– Siz nə danışırsınız? Bu gün onun bacısının toyudur. İndi bu xəbəri onlara necə verəcəyik? – dedi.

Nə edəcəyimizi bilmirdik, çarəsiz qalmışdıq. Tərslikdən həmin vaxt rayon hərbi kommissarı kəndlərin birində şəhidin dəfn mərasimində idi və onu gözləyib məsləhətləşmək üçün kifayət qədər vaxtımız da yox idi. Bir qərara gəlməliydik. Dincimizi almaq üçün bizi yaxınlıqdakı çayxanaya aparıb bir stəkan çay verdilər. Elə bu an komissarlığın həyətində ağlaşma səsi eşidildi. Bir neçə qadın ağlayırdı. Mən dözə bilməyib bayıra çıxdım. Ürəyim sıxılırdı. Nə qədər ağlaşma səsi eşitmək olardı, axı! Ağlayan qadınlardan biri mənə yaxınlaşaraq dedi:

– Ay bala, sənə qurban olum, doğrudanmı Azad şəhid olub, siz onu gətirmisiniz? Mən nə deyəcəyimi bilmirdim. Axı, bu xəbəri ona necə deyəydim?.

– Siz kimsiniz, ay ana? Onu sizə kim dedi?

– Mən Azadın anasıyam.

– Yox, ay ana. Bizim burada işimiz var idi. Azadın bacısının toyu olduğunu eşidib toyda iştirak edib, onun adından bacımızı təbrik etmək istədik- deyib üzümü gizlətməyə çalışdım. Arvad deyəsən mənim yalanıma inandı. Ağlamağını kəsib gözlərinin yaşını silə-silə: -“Bəs, niyə durmusunuz, gəlin gedək. Toyun başlamasına az qalıb”- dedi.

– “Siz gedin. Biz bir azdan gələrik, hərbi kommisarı gözləyirik. İşimiz var” deyib susdum.

– Yox, elə şey olmaz. Siz bizimlə gedəcəksiniz. Evimiz yaxındadır – deyib israrla dilləndi. Biz istər istəməz Azadın anasının arxasına düşərək onun ardınca getdik. Hərbi komissarlıqla onların evlərinin arası təxminən yüz əlli-iki yüz metr olardı. Yol boyu azadın anası bizə:

– Nə toy eee, qız nişanlıdı. Nişanlısına çağırış vərəqəsi gəlib. Toy eyləyib qızı köçürdürük ki, birdən bir hadisə zad olar – deyə dərdlənirdi. Biz gəlib onların evlərinə çatdıq. Həyətlərində balaca mağar qurulmuşdu (Yazıqlar bilmirdilər ki, toy üçün qurduqları bu mağarda birazdan ehsan verəcəklər). Bizi mehribanlıqla qarşılayıb oturmağa yer göstərdilər. Qabağımıza yemək gətirdilər. Ac olsaq da, yeyə bilmirdik. Belə vəziyyətdə necə boğazımızdan yemək keçə bilərdi ki?!.

Birazdan masabəyi məni meydana dəvət edib bəylə gəlinə ürək sözlərimi çatdırmağımı istədi. İlahi necə də dəhşətli bir mənzərə idi, ayaqlarım yerimir, dilim söz tutmurdu. Mən Azadın meyidini hərbi komissarlıqda qoyub, burada Azadın sağlığına badə qaldırır, bacısına xoşbəxlik arzulayırdım.

Masabəyi isə: “Gün o gün olsun ki, Azadın toyuna gələsiniz” deyib bir oyun havası çaldırıb, bizi rəqsə dəvət elədi. Ürəyimdə “Bu nə zülmdür mənə verirsən, ay Allah!” deyib qollarımı qaldırdım. Azadın atası, anası, bacı və qardaşları da bizə qoşularaq rəqs edirdilər. Offf… necə də dəhşətli mənzərə idi. Bu an mənim çəkdiyimi məndən başqa heç kim bilməzdi. Bu vəziyyət bir neçə dəqiqə belə davam etdi. Mən vaxtımızın az olduğunu bildirib onlardan getmək üçün icazə istədim. Onsuz da toyun axırı idi. Onlar çətinliklə də olsa bizi buraxdılar.

Hərbi komissarlığa gəlib toyun sona çatmasını gözlədik. Nəhayət gəlinin bəy evinə yola salındığı və toyun sona yetdiyi xəbərini gətirdilər. Azadın meyidi olan tabutu maşına qoyub, havaya atəş aça-aça bayaq toya getdiyimiz qapıya tərəf istiqamətləndik.

Bir saat əvvəl musuqi səsi gələn qapıdan indi ağlaşma, vay-şivən səsi eşidilirdi. Azadın anası saçlarını yolaraq üzünü cırırdı. Üzünün cırıqlarından qan süzülürdü. Ağlayaraq mənə deyirdi: “A bala, bəs deyirdin Azad ölməyib?” Mən isə günahkarcasına onun üzünə baxırdım, susmuşdum. Əzab çəkirdim. Yazıq anaya nə deyəcəyimi bilmirdim. Bu vaxt bir qadın onun qolundan tutub ağlaya-ağlaya: “Yazıq bala neynəsin. Toyu yarımçıq qoymayacaqdı ki?”, deyib kənara apardı. Biz Azadı dəfn edib geri qayıtdıq. Sonradan eşitdim ki, Azadın toyu olan bacısının əri də şəhid olub. Qız isə qardaşının və ərinin ayrılığına dözə bilməyib intihar edib…

Əbil Həsənov

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft