AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : İranda 14 qadın fəalı birgə bəyanat yayaraq Xamneyinin istefaya getməsini tələb ediblər  •   Ekoloq Bakıdakı tozanağa görə dövlət qurumlarını İTTİHAM ETDİ  •   6 güney azərbaycanlı fəal haqda məhkəmə hökmü çıxarılıb  •   Bu gün “Qarabağ”ın rəqibləri müəyyənləşəcək  •   Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir  •   Təbrizdə “farsca yetərlilik” testinin tətbiqinə etiraz edən Bildiriş yayılıb – Video  •   “Qarabağ”dan səfərdə uğurlu çıxış  •   MiQ-29 təyyarəsi ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb  •   Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub  •   “Traxtur” komandası Türkiyədən qayıtdı  •   “Ermənistanın əsl niyyəti hamıya bəllidir”  •   Şərqi Azərbaycan valisi məktəblərdə ana dilinin tədris olunmasını tələb edib  •   “Mən olan yerdə probleminizi valideynlərinizlə bölüşməyin” - Murov Qartalı RAQUF ORUCOV  •   İki güləşçimiz qələbə qazanıb, biri isə məğlub olub - "Minsk-2019"  •   Qənirə Paşayeva: “Dilqəmlə Şahbazın azad olunması üçün Ermənistana təzyiq göstərilməlidir".  •   Erməni və azərbaycanlı girovlar dəyişdirildi  •   Xoyda sel baş verib: Ölənlər var- FOTO  •   Yurdu viran olan CABBAR ƏMİ - Foto  •   Təbriz ətrafında yerləşən evlərin uçma təhlükəsi yaranıb  •   Türkiyədə həlak olan həmyerlimizin meyiti Azərbaycana göndərilib  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Abbas Lisaninin 10 aylıq həbs cəzasının icrası dayandırılıb
07/01/2019 Yazdır

Yanvarın 5-də Ərdəbildə evindən iş yerinə gedərkən saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin 10 aylıq həbs cəzasının icrası dayandırılıb.

Fəal Ərdəbil İnqilab Məhkəməsinin hökmləri icra edən şöbəsinin məmurları tərəfindən yaxalandıqdan sonra həbs cəzasını çəkmək üçün Təbriz zindanına aparılmışdır. Son məlumata görə, fəal məhkəmə prosesi, hökmün məzmunu və onun elan olunması tərzinə etiraz edib. Həbsxana məmurları bundan sonra onu yanvarın 6-da Təbriz zindanının karantin bölümündən Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsinə aparıblar. Hakim fəalın yazılı etirazına baxdıqdan sonra həbs hökmünün icrasını dayandırıb.

Hakim Ehrabi fəalın müvəqqəti azadlığa buraxılması üçün  1 milyard riallıq mülki vəsiqə qərarı çıxarıb və yanvarın 15-ni qiyabi olaraq verilən həbs cəzasına etiraz günü kimi təyin edib.

Abbas Lisani yazılı etirazında məhkəməyə SMS vasitəsi ilə çağırıldığına, həmçinin qiyabi hökmün SMS vasitəsi ilə elan olunduğuna etiraz edib. Bildirilib ki, çağırış və elan SMS-ləri məhkəmə tərəfindən göndərilməli olan rəsmi vərəqələr barəsində xəbər verməkdən ibarət olub.

Sözügedən vərəqələrin “Möhsün Bərzgər” adlı bir şəxs tərəfindən təhvil verildiyi qeyd olunub. Həmin şəxsin kimliyi və bu dosye ilə əlaqəsi hələlik aydınlaşmayıb.

Tanınmış fəal 2018-ci il iyulun 1-də Babək qalası yürüşü ərəfəsində Ərdəbildə saxlanılaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına, oradan isə Təbrizin Mərkəzi zindanına aparılmışdır.

Fəal saxlandığı zaman Təbriz Məhkəməsinin 11-ci Şöbəsi onun “mərhum Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunduğunu elan edib.

İyul ayında keçirilən məşhur Babək qalası mərasimi ilə əlaqədar qalada və Güney Azərbaycanın müxtəlif şəhərlərində onlarla milli-mədəni fəal saxlanmışdır. Abbas Lisani mərasimə bir neçə gün saxlanmış fəallar arasında olub.

Sonralar Abbas Lisaniyə Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən SMS göndərilərək ondan sentyabrın 18-də məhkəməyə müraciət etməsi tələb olunub. Lakin fəal bu barədə bəyanat yayaraq məhkəməyə qanunsuz şəkildə çağırıldığını bildirib və prosesə qatılmayacağını vurğulayıb.

Beynəlxalq Əfv Təşkilatı avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb edib.

Tanınmış milli-mədəni fəal Abbas Lisani Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb./gunaz.tv/


+ Benzer Haberler
» Ekoloq Bakıdakı tozanağa görə dövlət qurumlarını İTTİHAM ETDİ
» 6 güney azərbaycanlı fəal haqda məhkəmə hökmü çıxarılıb
» Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir
» Təbrizdə “farsca yetərlilik” testinin tətbiqinə etiraz edən Bildiriş yayılıb – Video
» MiQ-29 təyyarəsi ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb
» Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub
» “Traxtur” komandası Türkiyədən qayıtdı
» “Ermənistanın əsl niyyəti hamıya bəllidir”
» Şərqi Azərbaycan valisi məktəblərdə ana dilinin tədris olunmasını tələb edib
» “Mən olan yerdə probleminizi valideynlərinizlə bölüşməyin” - Murov Qartalı RAQUF ORUCOV
» İki güləşçimiz qələbə qazanıb, biri isə məğlub olub - "Minsk-2019"
» Qənirə Paşayeva: “Dilqəmlə Şahbazın azad olunması üçün Ermənistana təzyiq göstərilməlidir".
» Erməni və azərbaycanlı girovlar dəyişdirildi
» Xoyda sel baş verib: Ölənlər var- FOTO
» Yurdu viran olan CABBAR ƏMİ - Foto
» Türkiyədə həlak olan həmyerlimizin meyiti Azərbaycana göndərilib
» Gürcüstanın azərbaycanlı deputatları Tbilisidəki vəziyyəti şərh etdilər
» Bakıda QDİƏT Parlament Məclisi Baş Assambleyasının 53-cü plenar sessiyası işə başlayıb
» Təbrizdə ustad Həsən Dəmirçinin vəfatının birinci ildönümü mərasimi keçirilib
» Nazirlər Kabinetinin növbəti iclası keçirilib


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8876
 GBP :  2.0559
 TRY :  0.3056
 EUR/USD :  1.1104
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Türkiye, Azerbaycan ve Gürcistan örnek bir bölgesel iş birliği modeli geliştirmişti
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Armenia’s Untimely Preconditions on Nagorno-Karabakh Conflict
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft