AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Bakı Təhsil İdarəsində Türkiyə nümayəndə heyəti ilə görüş   •   Məmmədyarov Moskva görüşünün detallarını açıqladı: “Biz belə bir razılığa gəldik ki,...”  •   Komitə sədri: Azərbaycanda qadın din xadimlərinə ehtiyac getdikcə artır  •   Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib  •   “Biz Təbrizi ortaq dil və ustad Şəhriyara görə çox sevirik”  •   Azərbaycanda zəlzələ oldu  •   Rusiya və Türkiyənin bir-birindən şübhəsi təbiidir, çünki...  •   Paşinyan: “Cəmiyyətlərimizi müharibəyə yox, sülhə hazırlamalıyıq”  •   Güləşçimiz Şərif Şərifov Avropa çempionu olub  •   Türkiyə XİN: İtaliya parlamentinin qərarı heç bir qüvvəyə malik deyil  •   Elinanın ölümü ilə bağlı hadisə Prezidentin şəxsi nəzarətindədir  •   Amnesty İnternational: “İranda edam hökmləri ədalətsiz məhkəmə qərarları əsasında icra edilir”  •   Elinanın intiharı: Hüquq-mühafizə orqanlarının rəyindən sonra Dövlət Komitəsi mövqeyini açıqlayacaq  •   Tehranda divarlara Abbas Lisaninin azadlığını tələb edən şüarlar yazılıb  •   İstanbul hava limanı təyyarə yanacağını SOCAR-dan alacaq  •   Beynəlxalq İşçi Qrup: Şahbaz Quliyevin azad edilməsi müzakirə oluna bilər  •   Ərəb turistlər Azərbaycandan niyə "küsdü"? - Açıqlama  •   Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib  •   Əhməd Rəsmi Əfəndinin “Xülasətül-etibar” əsəri haqqında kitab nəşr olunub   •   Azərbaycanlı çempion qazandığı medalları selə məruz qalan türkmənlərə bağışlayıb  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
07/02/2019 Yazdır

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

"Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli 1040 nömrəli Sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alınmışdır:

Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilsin.

"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verib. Mübariz İbrahimovun adını daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdır.

Bundan başqa, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və "ANS" Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa, Döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan xalqınının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu "2010-cu ilin adamı" elan edib.

Şəhid Mübariz İbrahimovun ailəsinə son məktubu

"Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin"./yeniavaz/


+ Benzer Haberler
» Bakı Təhsil İdarəsində Türkiyə nümayəndə heyəti ilə görüş
» Komitə sədri: Azərbaycanda qadın din xadimlərinə ehtiyac getdikcə artır
» Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib
» “Biz Təbrizi ortaq dil və ustad Şəhriyara görə çox sevirik”
» Azərbaycanda zəlzələ oldu
» Güləşçimiz Şərif Şərifov Avropa çempionu olub
» Türkiyə XİN: İtaliya parlamentinin qərarı heç bir qüvvəyə malik deyil
» Elinanın ölümü ilə bağlı hadisə Prezidentin şəxsi nəzarətindədir
» Amnesty İnternational: “İranda edam hökmləri ədalətsiz məhkəmə qərarları əsasında icra edilir”
» Elinanın intiharı: Hüquq-mühafizə orqanlarının rəyindən sonra Dövlət Komitəsi mövqeyini açıqlayacaq
» Tehranda divarlara Abbas Lisaninin azadlığını tələb edən şüarlar yazılıb
» Beynəlxalq İşçi Qrup: Şahbaz Quliyevin azad edilməsi müzakirə oluna bilər
» Ərəb turistlər Azərbaycandan niyə "küsdü"? - Açıqlama
» Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib
» Əhməd Rəsmi Əfəndinin “Xülasətül-etibar” əsəri haqqında kitab nəşr olunub
» Üç azyaşlı uşaqla Miçiqan Universitetində təhsil alan azərbaycanlı xanım
» “Tabora xəbər yayıldı ki, bir zabit bölüyünə əsgər seçməyə gəlib” - Raquf Orucov haqda XATİRƏLƏR
» Kəlbəcərsiz 26 il...
» Azərbaycan Müdafiə Nazirliyi: “Ermənistanın müdafiə naziri ABŞ-da pul dilənir”
» Azərbaycanda övladlığa götürülən uşaqların SAYI açıqlandı - Daha çox oğlanlardır


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.9105
 GBP :  2.2102
 TRY :  0.2917
 EUR/USD :  1.1238
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
27. Yılında Hocalı Soykırımı: Nedenler ve Sonuçlar
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Armenia’s Untimely Preconditions on Nagorno-Karabakh Conflict
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft