Səhiyyə Nazirliyinin açıqladığı sonuncu məlumata görə, Klinik Тibbi Мərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə ehtimalı ilə gətirilən Xəzər universitetinin 6 tələbəsinə lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
***
Daha 6 tələbə zəhərlənmə ehtimalı ilə xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Təcili tibbi yardıma çağırış bu gecə saat 4:47 də daxil olub:
“Təcili tibbi yardım avtomobili ilə Xəzər universitetinin 6 tələbəsi Klinik Тibbi Мərkəzin Toksikologiya şöbəsinə gətirilib. Tələbələrin dəm qazından zəhərləndiyi ehtimal olunur.
Qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib".
Rəsmi məlumata görə, həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər:
“Onlara lazımı tibbi yardım göstərilib. Hal hazırda müalicələri davam edir”.
|