AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İranda son etirazlara qatılanların kütləvi həbsinə başlanılıb
30/11/2019 Yazdır

İranda benzinin qiymətinin artmasına qarşı ölkənin yüzdən çox şəhərində keçirilən və az sonra molla rejiminə qarşı yönələn kütləvi etirazlara qatılanların kütləvi həbsinə başlanılıb.

İranın hüquq mühafizə qüvvələri və təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, son iki gündə ölkənin müxtəlif şəhərlərində 50-dən çox etirazçı tutularaq həbsə salınıb.

Tehran əyalətinin qərb bölgəsinin hüquq mühafizə qüvvələrinin komandanı Möhsün Xançərli noyabrın 28-də jurnalistlərə açıqlamasında etirazçıları “iğtişaşçı” adlandıraraq, təkcə Tehranda 30 nəfərin həbs edildiyindən xəbər verib: “Son etirazlarda iğtişaş və təxribat törədərək etirazçıları yönləndirənlərdən 30-unun kimliyi müəyyən edildikdən sonra əməkdaşlarımız tərəfindən həbs edilib. Həbs edilənlər etirazlarda iğtişaş və təxribat törətməkdə və polis əməkdaşlarına qarşı hücumda günahlandırılır” –deyə, Tehran əyalətinin polis komandanı Möhsün Xançərli əlavə edib.

İsfahan əyalətinin hüquq mühafizə qüvvələrinin komandanı Mehdi Məsum Beygi isə jurnalistlərə deyib ki, polis və təhlükəsizlik qüvvələrinin birgə keçirdiyi əməliyyatda “iğtişaşların” əsas səbəbkarlarından olan 7 nəfər həbs edilib: “Əməkdaşlarımız ictimayi asayişi pozaraq iğtişaşlar törədən, dövlət əmlakına ziyan vuran həmin “ünsür”ləri gizləndikləri yerlərdə yaxalayıb. Tutulanlar isə öz cinayətlərini etiraf ediblər” –deyə, İsfahan hüquq mühafizə qüvvələrinin komandanı Mehdi Məsum Beygi bəyan edib.

Fars əyalətinin hüquq mühafizə qüvvələrinin komandanı Rəham Bəxş Həbibi isə həmin gün jurnalistlərlə görüşündə deyib ki, Şirazda iğtişaşlar törən və əcnəbi düşmən şəbəkələri ilə əlaqədə olanlardan 11-i polis əməkdaşları tərəfindən saxlanılıb: “Tutulanlar dövlət əmlakına ziyaxn vurmaqda və xarici düşmən şəbəkələri ilə əməkdaşlıqda günahlandırılırlar” –deyə, polis komandanı Rəham Bəxş Həbibi bildirib.

 Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb.

Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu və 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir./gunaz.tv/

 

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft