AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İran mətbuatından Azərbaycana qarşı yenidən qərəzli mövqe
31/05/2019 Yazdır

İranın “Sepah”a məxsus “Təsnim” xəbər agentliyi başda olmaqla, bir neçə media qurumu Avropa Liqasının Bakıda keçirilmiş final oyunu ilə əlaqədar qərəzli məqalələr dərc ediblər.

“Təsnim” agentliyində çıxmış xəbərdə bildirilir ki, guya öz sevimli komandalarına dəstək olmaq üçün Azərbaycana gəlmiş Arsenalın iki azarkeşi “Bakıda erməni yarımmüdafiəçi Henrix Mxtryanın formasını geyindikləri üçün polis tərəfindən müvəqqəti olaraq saxlanılıblar”.

Agentlik bununla bağlı Arsenal komandasının tərəfdarlarının sosial şəbəkələrdə videolar yaydığını iddia etsə də, nədənsə o videoları oxuculara təqdim etməyib.

“Təsnim” Henrix Mxtryan Bakıya gəlməməsinin səbəbini “Azərbaycan ilə Ermənistan arasında mövcud olan siyasi məsələlər” kimi dəyərləndirib. İran hökuməti və mediasının hər zamanki xislətinə uyğun olaraq, “Təsnim” bu yazıda da Azərbaycanın haqlı mövqeyini, torpaqlarının 20%-dən çoxunun Ermənistan tərəfindən işğalı faktını, eləcə də müsəlman azərbaycanlıların ermənilər tərəfindən qətliamını və Mxtryan məsələsinin Ermənistan tərəfindən öz cinayətlərini ört-basdır etmək, erməniləri “azərbaycanlılar tərəfindən daim təhdidlərə məruz qalmış xalq” kimi göstərmək üçün siyasi alət kimi ortaya atıldığı qeyd etmir, bunu “siyasi məsələlər” kimi qələmə verir.

Bütün bunlar bir kənara, bu addım İran agentliklərinin də Ermənistan rəhbərliyinin Henrix Mxtryan vasitəsi ilə Azərbaycan və azərbaycanlılara qarşı apardığı çirkin kampaniyaya qoşulduğunu isbat edir.

İran agentliklərinin dediklərinin əksinə olaraq, Qərb media orqanlarında yayımlanmış sözügedən videoda Azərbaycan polisi dənizkənarı bulvarda gəzən turistlərə yaxınlaşıb, onlardan nə isə soruşur. Burada polisin futbol azarkeşlərini saxlamağından söhbət belə gedə bilməz. Bütün bu proses isə 7-8 saniyə çəkib. Daha sonra polislər onlardan üzr istəyərək, uzaqlaşırlar. Qərb media orqanlarında dərc edilən materiallarda video ilə bağlı bildirilir ki, “Azərbaycan polisi turistlərə təhlükəsizlik qaydaları ilə bağlı məsləhət verir”.

“Təsnim” agentliyi dərc etdiyi digər xəbərdə “Bakıda finala hazırlığın aşağı səviyyədə” olduğuna diqqət çəkməyə çalışıb. Belə ki, agentliyin iddiasına görə, gələn turistlərin çoxunu yerləşdirmək üçün “otellərdə boş yer tapılmayıb”. Buna görə də, “onlar məcbur qalıb, 2-3 qat çox pul ödəyərək, kirayə evlər tutublar və ev sahibləri də fürsətdən istifadə edərək, qiymətləri kifayət qədər qaldırıb”.

Agentliyin yazdıqlarının əksinə olaraq, final oyununa gələn turistlərin hamısı Bakıya gəlməmişdən öncə otellərdə öz otaqlarını rezerv ediblər və onların yerləşdirilməsi ilə bağlı heç bir problem olmayıb. Futbol azarkeşlərinin şəxli evlərdə yerləşdirilməsi ilə bağlı isə heç bir hal qeydə alınmayıb.

Lakin dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da turistlərə qalmaq üçün kirayə evlər təklif olunur. Vəsaitinə qənaət etmək istəyən qonaqlar öz seçimləri əsasında bu evləri “Təsnim”in iddia etdiyi kimi, “2-3 dəfə baha qiymətlər”lə deyil, otel qiymətlərindən dəfələrlə ucuz kiralamaqla, onlarda qala bilərlər./gunaz.tv/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8507
 GBP :  2.1644
 TRY :  0.0526
 EUR/USD :  1.0886
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft