AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İranda 14 qadın fəalı birgə bəyanat yayaraq Xamneyinin istefaya getməsini tələb ediblər
06/08/2019 Yazdır

İranda qadınların hüquqları sahəsində fəaliyyət göstərən 14 qadın fəalı “Telegram” sosial şəbəkəsində birgə bəyanat yayaraq, İranın dini lideri Əli Xamneyinin tutduğu vəzifədən istefa verməsini və islam respublikasına son qoyulmasını tələb ediblər.

Bəyanatda hakim ruhanilərin son 40 ildə ölkə qadınlarının bütün hüquqlarını əzməsi pislənilərək deyilir ki, İranın dini lideri Əli Xamneyi istefaya getməli, islam respublikası ləğv edilməli, ölkə üçün yeni bir konstitusiya (Ana yasa) yazılıb hazırlanmalıdır: “İslam Respublikası bərqərar edildikdən sonra biz İran qadınlarının ibtidai və insani hüquqları əllərindən alınıb, bizim cinsiyyətimiz və qadın kimliyimiz mütləqiyyətə söykənən hakim “Vilayəti-fəqih” sisteminin və mövcud patriarxat mədəniyyəti və baxış tərzinin əsiri olub. Həmin müddətdə isə cinsi ayrı-seçkiliyə etiraz edən hər kəs ya təhqir və təhdid edilib, ya da həbsə salınaraq döyülüb, işgəncə edilib və yaxud edam edilib.

Təəssüflər olsun ki, hazırda dünyanın bir çox ölkələrində qadınlar siyasi, iqtisadi, elmi, mədəni, incəsənət və idman sahələrində kişilərlə çiyin-çiyinə irəlilədiyi bir vaxtda islam respublikasında qadınlar hələ də öz ilkin insani hüquqları uğrunda çalışır, dinc mübarizə aparırlar. Biz qadınlar ayağa qalxaraq, bizim insani dəyərlərimizi məhv edən fiqh sisteminin patriarxat baxış tərzinə  söykənən islam respublikasının tamamilə aradan qaldırılaraq ləğv edilməsini və ölkəyə yeni bir Ana yasa yazılmasını tələb edirik.

Biz, ölkədə elə bir sistemin bərqərar olunmasını istəyirik ki, biz qadınların kimliyini, insani dəyərlərimizi və bütün sahələrdəki hüquqlarımızı tanısın və ona hörmətlə yanaşsın. Biz qadın hərəkatının fəalları olaraq, bir daha bildiririk ki, ruhanilərin hakimiyyətdə olduğu son 40 ildə islam respublikası və onun başçıları qadınlara zidd qanunlar qəbul edib repressiya siyasəti yürütməklə ölkə qadınlarını cəmiyyətdən uzaqlaşdırıb, onları məhdudlaşdırıb. Bu ağır vəziyyətin davam etdirilməsi isə artıq bizim üçün dözülməzdir. Məhz buna görə də, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi əsasında gender bərabərliyinə inanan biz qadınlar, ölkədə sekulyar-demokrat bir hakimiyyətin bərqərar olunmasını tələb edirik. Elə bir sistem və hakimiyyət ki, ölkə qadınlarının bütün hüquqlarını tanımaqla yanaşı, həm də ona riayət etsin” –deyə bəyanatda vurğulanır.

Bəyanatı imzalayan qadın fəalları bunlardır: Şəhla İntisari, Nüsrət Beheşti, Firiştə Təsvibi, Pərva Paçidə, Giti Purfazil, İzzət Cavadi Hisar, Zəhra Camali, Şəhla Cahanbin, Fatimə Sepehri, Məryəm Süleymani, Susən Tahirxani, Firəngiz Məzlum, Nərgiz Mənsuri və Kimiya Novruzi Sabir.

 Qeyd edək ki, Xamneyinin istefaya getməsi tələbi ilə iki ay əvvəl də 14 tanınmış siyasi və ictimai fəal və ziyalılar buna oxşar bəyanat yaymışdı. Həmin bəyanatın yayılmasından sonra bəyanatı imzalayanlardan bir neçəsi həbs edilərək işgəncə edilib, bəziləri isə telefonla təhdid edilib./gunaz.tv/

 

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft