AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İranda Türklərə qarşı həbs dalğası genişlənməkdədir
14/11/2015 Yazdır

Noyabrın 9-da Azərbaycan vilayətləri və İranın digər bölgələrində türklərin başlatdığı kütləvi aksiyalar davam edərkən aksiyalara qatılan vətəndaşlar, eləcə də sosial şəbəkələrdə əhalini etirazlara qatılmağa çağıran fəallara qarşı həbs dalğasının genişləndiyi bildirilir.

İran Azərbaycanı habelə Tehran, Gilan və Fars (Şiraz) kimi vilayətlərdə baş verən kütləvi aksiyalar noyabrın 6-da dövlət telekanalının uşaqlar üçün “Fitilə” adlı proqramında türklərin aşağılanmasına qarşı ortaya çıxan təpkilərin davamında həyata keçirilib.

AZOH veb səhifəsi kütləvi etirazların başlandığından bəri həbs edilən 130 nəfərin bir siyahısını dərc edib.

Etirazçılara qarşı polis müdaxiləsi və həbs dalğaları sadəcə Azərbaycan vilayətləri ilə məhdudlaşmayıb. İran xəbər agentliklərinin Sepah məsullarına istinadən yaydığı məlumata görə, Sepah qüvvələri Gilan vilayəti türklərini mitinq təşkil etməyə çağıran bir qrup internet fəalını nəzarət altına alıb.

“Gilan Qüds Sepahına məxsus təhlükəsizlik qurumunun adsız əsgərləri müntəzəm bir hərəkatda toplumda böhran və qarışıqlıq yaratmaq, həmçinin Gilan türklərini təhrik etmək məqsədi ilə internet məkanında çağırış yayan şəxslər və amilləri təqib edib və nəzarət altına alıblar,” deyə Gilan Sepahının Kiber (siber) bölməsi Tasnim xəbər agentliyinə bildirib.

Gilanda tutulanların kimliyi ilə bağlı məlumat verilməyib.

Son bir ildə onlar türk dil haqları fəalının həbs və mühakimə edildiyi Şərqi Azərbaycanın Əhər şəhərində də həbslər mitinqin baş tutmasından öncə həyata keçirilib.

Güney Azərbaycan Televiziyası və Oyan News veb səhifəsinə istinadən, mili fəallar Saleh Molla-Abbasi, Əkbər Əbulzadə İbrahim Nuri, Məcid Nağızadə, Süleyman Kazımi, Arəş Cəfəri, Murtaza Səfəri, Mehdi Zincir-Bulağı, Əkbər Cahangirzadə, Hamid Allahverdi, Cəlal Drugəri və İsrayil Fətullahzadə noyabrın 12-də Əhərdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.

Əhərdə baş verən həbslərdən öncə, Mehr xəbər agentliyinə istinadən, Şəhərin qubernatoru “hər hansı qeyri-qanuni mitinqin” keçirilməsini önləmək üçün lazımi ölçülərin götürüləcəyinə dair xəbərdarlıq etmişdi.

Əhərdə tutulanların məmurlar tərəfindən ağır şəkildə döyüldüyünə dair məlumat yayılıb. Həmçinin sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Saleh Molla-Abbasinin qızları Günəş və Pınar Molla-Abbasi də bir neçə saat nəzarət altında saxlanılıblar.

İnternet qəzetləri eləcə də noyabrın 9-da Ərdəbil vilayətinin Xiyav(Meşginşəhr) şəhərində başlanan həbs dalğasının ötən günlərdə də davam etdiyini yazırlar.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, bir qrup fəal da Şərqi Azərbaycan vilayətinin Culfa və Məlikan (Məlikəndi) şəhərlərində nəzarət altına alınıb. Onların bir neçəsinin Təbrizdəki Ettelaat həbsxanasına göndərildiyi, digərlərinin isə sorğu-sual edildikdən sonra sərbəst buraxıldığı bildirilir.

İnsan haqları qrupları Tehran universitetlərində təhsil alan onlarla tələbənin saxlanılıb Ettelaat həbsxanasına göndərildiyini yazırlar.

Ərdəbil, Urmiyə, Sulduz və Xoy kimi şəhərlərdə də yeni həbslər həyata keçirilib.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft