AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İranda yeni edam dalğası: “Dövlət edamı, əhali əfvi seçir.”
03/05/2016 Yazdır

Son bir həftədə azı 20 məhbus asılırkən 5 edam məhkumu bağışlanıb.

Keçən bir həftə ərzində İranda bəluç və türk cəmiyyətlərinin sıx yaşadığı bölgələr və Mazandaran vilayətində qətl və narkotik qaçaqmalçılığında ittiham edilən azı 20 məhbus edam edildiyi halda, Zəncanda edama məhkum olmuş 5 nəfər qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən bağışlanaraq, dar ağacından xilas edilib.

Edamlar haqqında məlumat İran İnsan Haqları Təşkilatı (İran HR), insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyi eləcə də, Qəzvin və Mazandaran vilayətlərinin ədliyyə qurumu tərəfindən yayılıb. Rəsmi dövlət agentliyi İRNA isə İran Azərbaycanının Zəncan vilayətində 5 edam məhkumunun əfv edildiyini bildirib.

Yayılan məlumata istinadən, aprelin 24-dən bəri Zahidan Mərkəzi Zindanında 9, Sari zindanında 2, Kərəcin Rəcayi-şərh zindanında 6, Kərəc Mərkəzi Penitensiarında 2 və Qəzvin Mərkəzi Zindanında 1 edam məhkumunun hökmü icra edilib. Asılanların əksəriyyətinin narkotik qaçaqçılığı ittihamı ilə mühakimə olunduğu bildirilir.

7 yanvar 2016 - Təbrizin yaxınlığında bir edam mərasimi

7 yanvar 2016 - Təbrizin yaxınlığında bir edam mərasimi

İRNA-nin bildirdiyinə görə, qətl ittihamı ilə mühakimə edilmiş və Zəncan vilayətində həbsdə olan 5 edam məhkumu Zəncan İxtilaf Çözümü Şurasının vasitəçiliyi ilə qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əfv ediliblər.

İranın məhkəmə qurumlarının açıqladığı statistikaya əsasən, son bir neçə ildə qətl ittihamı ilə əlaqədar edam (qisas) cəzası almış mindən artıq məhkum qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən bağışlanıb.

Qətl ittihamı ilə məhkum olanların əhali tərəfindən bağışlanma hallarının kəskin artdığını müsbət qarşılayan hüquq müdafiəçiləri narkotik qaçaqmalçılığı və siyasi ittihamlar ilə əlaqədar edamların çoxalması və hakimiyyətin bununla bağlı BMT və beynəlxalq insan haqları təşkilatlarının bəyanatlarına məhəl qoymadığını tənqid edirlər.

İran İnsan Haqları Təşkilatı (İran HR) “Dövlət edam edir, əhali bağışlamağı seçir,” başlığı altında son bir neçə ildə əfv edilən edam məhkumları haqqında ətraflı hesabat yayıb.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8227
 GBP :  2.1249
 TRY :  0.0522
 EUR/USD :  1.0722
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft