AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımdır  •   Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır  •   Bakıda silahlı insident: 1 ölü, 1 yaralı  •   Təbriz Bələdiyyəsinin bütün idman komandaları ləğv edildi  •   Qarabağda erməni hərbçi öldü  •   Azərbaycan Birləşmiş Ərəb Əmirliklərində şahmat festivalında təmsil olunacaq  •   Gəncə hadisələrinin aktiv işti­rak­çısı olmaqda şübhəli bilinən şəxs Gürcüstana keçərkən saxlanılıb  •   Ustad Şəhriyarın şagirdi vəfat edib  •   Jurnalist Orxan Camalın meyiti Moskvaya gətirilib  •   Ermənilər tərəfindən əsir-girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı son STATİSTİK MƏLUMATLAR  •   Təbrizdə polis əməkdaşları əhalinin şənlik etməsinə mane olub  •   Avqust da gəldi, qarpız-yemiş ucuzlaşmadı  •   Hacı İbrahim qardaşı Sahib İbrahimovun həbsi haqda: "Allah qapısını açsın!"   •   XİN: Ankara ABŞ-ın sanksiya qərarını cavabsız qoymayacaq  •   “Qarabağ”dan möhtəşəm qələbə: 3:0 - Video  •   Ruhulla Həzrətpur məktəblərdə ana dillərinin tədris olunmasını tələb edib  •   Yol qəzasında öldüyü deyilən xanəndənin qətlə yetirildiyi məlum olub  •   Orxan Camalın qətli ilə bağlı yeni detallar  •   İran yenə ayağa qalxdı: 7 şəhərdə etirazlar keçirilib  •   "Qarabağ" yeni transferə 800 min avro xərcləyib  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» İranın “Şərq” qəzeti qondarma DQR-nı müstəqil ölkə kimi təqdim edib
05/12/2017 Yazdır

İran rejiminin iki il öncə Azərbaycanın Nardaran qəsəbəsində polis əməliyyatı zamanı öldürülən islamçı ekstremistlərlə bağlı Zəncan, Təbriz, Ərdəbil və Qum şəhərində keçirdiyi anım mərasimindən bir neçə gün keçməmiş, bu ölkənin “Şərq” qəzeti Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribat xarakterli məlumat yayıb.

Panfarsist məktəbinin mətbuat orqanı kimi qəbul olunan qəzetin müxbiri dekabrın 2-də özünü qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) xarici işlər naziri kimi təqdim edən Masis Mailyandan aldığı müsahibəni qəzetdə dərc edib. Müsahibə panfarsizm təfəkkürü ilə seçilən Salar Seyfəddini tərəfindən alınıb. O uzun müddətdir anti-türk “Azəriha” saytı və “Şərq” qəzetində Azərbaycan əleyhinə yazılar dərc edir.

S.Seyfəddini yaydığı müsahibənin başlanğıcında qeyd edib ki, “əksər xəritələrdə Dağlıq Qarabağla bağlı heç bir əsər-əlamət yoxdur. Lakin özünü müstəqil dövlət elan edən D.Qarabağ bir geopolitik gərçək kimi Cənubi Qafqazın əsas oyunçularından biridir. Geopolitik baxımdan bir ölkənin diplomatik olaraq tanınması ikinci dərəcəli məsələdir, dövlət müəyyən bir ərazidə hökumət dayaqlarını gücləndirərək tədricən ortalığa çıxır”-deyə o bildirib.

“Şərq” qəzeti D.Qarabağ əhalisinin təxminən 80 faizinin erməni olduğunu qeyd edərək Sovet Hökuməti dağıldığı zaman yerli məclis D.Qarabağın Ermənistana ilhaq edilməsi haqda qərar qəbul etdiyini yazıb. “Sovet Hökuməti dağıldıqdan sonra digər respublikalar kimi D.Qarabağda müstəqillini elan etdi. Bu məntəqənin 80 faizi erməni olduğu üçün onlar yaxın ərazidə yerləşən İrəvana tabe olmaq istədilər. Bundan sonra Azərbaycan və Ermənistan arasında münaqişə yarandı, nəticədə Azərbaycan D.Qarabağdan başqa xeyli ərazi itirdi”- deyə yazıda qeyd olunub.

Dağlıq Qarabağ müharibəsi zamanı öz torpaqlarından didərgin salınmış insanlar

S.Seyfəddini sözlərinin davamında əlavə edib ki, “İranın bu məntəqə ilə 138 kilometr sərhəddi var. Bu Ermənistanla olan sərhəddən 100 kilometr daha çoxdur. Ona görə də bu məsələyə xüsusi diqqət yetirmək lazımdır.”

İran qəzetinin D.Qarabağı müstəqil ölkə kimi qələmə verməsi, qondarma respublikanın sözdə xarici işlər nazirindən müsahibə alması, bu ərazilərin İran üçün önəmli olduğuna eyham vurması və s. azərbaycanlı milli hərəkat fəallarının xüsusi etirazına səbəb olub.

Dağlıq Qrabağı, “Artsax Respublikası” adı ilə təqdim edən Masis Mailyan isə İranın Dağlıq Qarabağ siyasətini olduqca müsbət və ermənilərin xeyirinə hesablandığını deyib. O işğal olunmuş Dağlıq Qarabağdan kənar rayonlarla bağlı bildirib ki, “Bizim kontrolumuzda Artsaxdan kənar ərazi yoxdur. Nə varsa Artsaxdır. Doğrudur, Artsaxdan kənar Şahumyan əyaləti kimi torpaqlar da mövcuddur, amma onlar hazırda Azərbaycan Cümhuriyyətinin kontrolundadır. Bu ərazilər Artsaxın 15 faizini təşkil edir”- deyə M.Mailyan bildirib.

Qeyd edək ki, son günlərdə İran İslam Respublikasında Azərbaycana qarşı həyata keçirilən təxribat xarakterli tədbirlərin sayı artıb. Ötən günlərdə Zəncan, Təbriz, Ərdəbil və Qum şəhərlərində iki il öncə Azərbaycanın Nardaran qəsəbəsində polis əməliyyatı zamanı öldürülən islamçı ekstremistlərlə bağlı anım mərasimləri keçirilib, mərasimlərdə Azərbaycana qarşı bəyanatlar yayılıb.

Bundan əlavə İranın “Rəzəvi xəbər agentliyi” və “Sarəllah-i Zəncan” nəşriyyəsi Nardaran hadisələri ilə bağlı məqalələr dərc edərək dini radikalizmi Azərbaycan Respublikasına ötürməklə bağlı radikal və təhrikedici ifadələrdən istifadə ediblər.

“Şərq” qəzetinin yaydığı müsahinənin Linkinə buradan daxil ola bilərsiniz. /gunaz.tv/


+ Benzer Haberler
» Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımdır
» Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
» Bakıda silahlı insident: 1 ölü, 1 yaralı
» Təbriz Bələdiyyəsinin bütün idman komandaları ləğv edildi
» Qarabağda erməni hərbçi öldü
» Gəncə hadisələrinin aktiv işti­rak­çısı olmaqda şübhəli bilinən şəxs Gürcüstana keçərkən saxlanılıb
» Ustad Şəhriyarın şagirdi vəfat edib
» Jurnalist Orxan Camalın meyiti Moskvaya gətirilib
» Ermənilər tərəfindən əsir-girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı son STATİSTİK MƏLUMATLAR
» Təbrizdə polis əməkdaşları əhalinin şənlik etməsinə mane olub
» Avqust da gəldi, qarpız-yemiş ucuzlaşmadı
» Hacı İbrahim qardaşı Sahib İbrahimovun həbsi haqda: "Allah qapısını açsın!"
» XİN: Ankara ABŞ-ın sanksiya qərarını cavabsız qoymayacaq
» Ruhulla Həzrətpur məktəblərdə ana dillərinin tədris olunmasını tələb edib
» Yol qəzasında öldüyü deyilən xanəndənin qətlə yetirildiyi məlum olub
» Orxan Camalın qətli ilə bağlı yeni detallar
» Tehranın millət vəkili qeyri-fars dillərinə qarşı irqçi açıqlama verən naziri müdafiə edib
» Bələdiyyə sədrləri barədə 13 iş prokurorluğa göndərilib
» Elmar Vəliyevin səhhəti normallaşır: Ayağa qaldırılıb, yeriyib, qidalanır
» Kamran Əliyev: 28 nəfər vəzifəli şəxs korrupsiya ilə əlaqədar intizam məsuliyyətinə cəlb edilib


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details. (30)

Məzənnələr
 USD :  1.7000
 EUR :  1.9383
 GBP :  2.1703
 TRY :  0.2459
 EUR/USD :  1.1402
YAZARLAR
İbrahim NƏBİOĞLU
STELLA YEFİMOVNA (Avstriya Gündəliyi – 1)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Elmin və Pulun Tərəzisidəki Çəkisi
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Sovyetler Sonrası Azerbaycan – Ermenistan İlişkileri Ve Rusya Faktörü
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft