Bu təklif Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin Türkiyənin İzmir şəhərinin ən qədim yaşayış yeri olan Bayraklı Rayonunun bələdiyə sədri ilə olan görüşdə dilə gətirildi.
Fəaliyyətə başladığı gündən Azərbaycanı tanıtmaq adına müxtəlif tədbirlər həyata keçirdən cəmiyyətin bir məqsədi də yerli qurumlar və bələdiyələrlə də əmakdaşlığa nail olmaqdır.
Bu məqsədlə Bayraqlı Bələdiyəsi ilə keçirilən görüş səmimi bir havada keçdi. Bələdiyə Sədri Hasan Karabağ, soyadının Karabağ olmasının təsadüf olmadığını, dədələrinin Azərbaycanın Qarabağ bölgəsindən gəldiğini ifadə edərək, Qarabağın bir hissəsinin hələ də Erməni işğalı altında olmasından üzüldüyünü, tezliklə o torpaqların azad ediləcəğindən əmin olduqlarını söylədi.
Heyət adından onları qəbul etdiyi üçün təşəkkür edən cəmiyyətin sədri Dr. Asıf Kurban, cəmiyyət haqqında məlumat verdi və bir məqsədlərinin də fəalləyyətləri daxilində bələdiyələr, yerli özünü idarə qurumlarırla əməkdaşlıq etmək olduğunu dedi.
Səmimi bir atmosferdə keçən görüşdə Bayraklı Bələdiyəsi ilə Azərbaycandan bir bələdiyənin qardaşlaşması, Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsinə bu adda bir park və abidə ucaldılması, cəmiyyətin Azərbaycanı tanıtıcı sosyal və mədəni fəalliyyətlərində bələdiyə ilə əməkdaşlıq və başqa məsələlər görüşüldü.
Görüş sonrasında cəmiyyətin sədri tərəfindən bələdiyə sədrinə xatirə plaketi təqdim olundu və birlikdə rəsim çəkildi.
Bələdiyə sədr müavini və qeyri-hökümətlərlə iş üzrə məsulun da hazır olduğu görüşdə, cəmiyyətin idarə heyətinin üzvləri Cavid Əliyev, Nurlanə Ahundzadə Akfidan, qadın qolları sədri Təranə Karaman və cəmiyyətin üzvü iş adami Hakan Şəkərci də iştirak etdilər.
.jpg)
|