Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti tərəfindən Türk-Erməni Münasibətləri və Xocalı mövzusunda panel təşkil olunacaq.
18 Fevral 2016 tarixində təşkil olunacaq paneldə Azərbaycan millət vəkili Qənirə Paşayeva, Azərbaycan Türkiyə Təhsil Müşaviri Nəcibə Nəsibova, Bilkənt ve Melbourne Universitetləri müəllimi Professor Jeremy Salt, Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitu Direktoru Professor Mətin Əkici, Egey Universiteti müəllimi doçent doktor Abdullah Təmizkan, İzmir Ekonomi Universiteti müəllimi doçent doktor Vefa Kurban iştirak edəcəklər.
Türk və Erməni münasibətlərinin tarixi, ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri qondarma soyqırım və ermənilərin Xocalıda həyata keçirdikləri yaxın tarixin ən vahşi soyqırım və qətlimanının ələ alınacağı tədbir 18 Fevral 2016 tarixində saat 18.00-da Fuar İzmir Sənət Mərkəzində baş tutacaqdır.
Tədbirin əvvəlində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu, cəmiyyətin dəstəkləri ilə çap olunan, Azərbaycan Ədəbiyyatında Qarabağ Hekayələri kitabının imza mərasimi, rəssam Gülnarə Muxtarovanın Xocalı adında rəsim sərgisi də baş tutacaqdır.
Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin dəvətlisi olaraq İzmirə şəhərinə gedəcək olan Millət vəkili Qənirə Paşayeva İzmir şəhərinin valisi, şəhər meri, bələdiyə sədrləri və digər rəsmilərlə görüşlər də keçirəcəkdir.
.jpg)
.jpg)
|