AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Mahmud Bilgin: Tələblərimizin parlamentdə səslənməsi diaspor fəallarının əlini gücləndirər
12/10/2016 Yazdır

Mahmud Bilgin Türk dilində təhsil haqqı mövzusunun İran Parlamentində gündəmə gətirilməsini milli hərəkatın gücləndiyinin bir əlaməti kimi dəyərləndirir və bu məsələdən xaricdə lobbiçilik fəaliyyətlərində də istifadə edilə biləcəyinə ümidini ifadə edir. 

Güney Azərbaycan Demokrat Partiyasının (GADP) başqanı Amerikanın Səsinə söhbətdə Təbriz Universitetində Türk dili bölümünün açılması, ana dili məsələsinin millət vəkilləri tərəfindən səsləndirilməsi, eləcə də İran Parlamentində Türk Fraksiyasının təşkili istiqamətində fəaliyyətləri bir diaspor fəalı perspektivindən dəyərləndirib.

Mahmud Bilgin Təbriz Universitetində Türk Dili və Ədəbiyyatı bölümünün açılmasına Milli Hərəkatın İran hakimiyyətindən qopardığı bir “qənimət” kimi baxır:

“Bunu biz özümüz üçün müsbət olay kimi görürük. Ancaq, ümumi olaraq baxanda bu heç də qaneedici deyil. Bizim millətimizin istəkləri ilə tutmur... Birincisi, İranda çoxluqda olduğumuz; ikincisi, İranın yaradıcısı bizik; ondan sonra tarixi baxımdan hər zaman aparıcı bir millət olmuşuq; bir də dilimizin güclü bir dil olması üçün... bu parametrələrə görə, necə ki yüz minlərlə insan Güney Azərbaycanda çıxır və haray çəkir türk dilində mədrəsə, bizim millətimizin haqqı türk dilində məktəbləri olmasıdır. Bizim əsas istəklərimizdən biri budur.”

Onun fikrincə İran hakimiyyəti bu kimi addımlarla “milli hərəkata sahib olub, onu yönləndirmək və milləti aldatmaq” kimi hədəfləri izləyir.

“İranda milli hərəkat günü gündən daha güclənir və millət tələblərini daha artıq ortaya qoymaqla millət vəkili namizədlərinə gücünü göstərib. İndi məclisdə Türk Fraksiyasının yaradılmasına da çalışılır. Bunlar göstərir ki tələblərin aşağıda güclü olduğu üçün müəyyən mexanizmlər yola düşməkdədir. Bunlar gözəldir və çox önəmlidir... Milli Hərəkatın güclənməsi ilə millət vəkilləri də öz gələcəklərini hərəkatın istəklərini ortaya qoymaqla düyünləyirlər..,” deyə milli fəal bütün bu yeniliklərin toplumun içindən yuxarıya doğru inkişaf etdiyini önə çəkir.

Mahmud Bilgin, ABŞ Senatoru Tom Coburn və Ayda Kərimli

Mahmud Bilgin, ABŞ Senatoru Tom Coburn və Ayda Kərimli

Mahmud Bilgin eyni zamanda bu yeniliklərin xaricdə fəaliyyət göstərən diaspor qruplarını İranda islahata ümidləndirəcək qədər önəmli olmadığını vurğulayır:

“Burada yüksək səviyyədə - misal üçün, nazirlər səviyyəsində bir şey olmayıb. Dəyişən sadəcə millət vəkilləri səviyyəsindədir və parlamentdə [fəaliyyətlər] olub. Millət vəkillərinin aparıcı gücü yoxdur. Amma bu bizim əlimizi [beynəlxalq qurumlar və xarici ölkələr rəsmiləri ilə] görüşlərdə daha da açar.

Biz bundan bir fakt olaraq istifadə bilərik ki, millət vəkilləri bu istəkləri ortaya qoyur və əgər biz İran Parlamentində istəklərimizi gündəmə gətirə bilirik, demək ki bir siyasi gücük. Amma, siyasi azadlığımız yoxdur ki, öz adımızla açıq şəkildə fəaliyyət göstərə bilək,” diaspor fəalı əlavə edir.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8849
 GBP :  2.2267
 TRY :  0.0448
 EUR/USD :  1.1088
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
  Bugün : 2270 
  Dünən : 0 
  Bu Ay : 18232 
  Keçən ay : 129651 
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft