AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Marağa Universitetindən uzaqlaşdırılan azərbaycanlı öyrənciyə hələ də təzyiqlər davam edir
16/05/2019 Yazdır

Türk dili və ədəbiyyatı ixtisasinin yaradılması tələbi ilə imza toplayan azərbaycanlı öyrənci Salar Sərkəşi Marağa Universitetindən uzaqlaşdırıldıqdan sonra da təzyiqlərə məruz qalır.

Bu barədə Salar Sərkəşi Twitter səhifəsində bir mətn paylaşıb.

“Türk dili və ədəbiyyatı ixtisasının Marağa Universitetdə yaradılması ilə bağlı 925 öyrəncinin imzaladığı müraciətdən təxminən 3 ay keçir. Mən, ali təhsil müəssisəsindən kənarlaşdırılmağımı istəyən universitetin təhlükəsizlik bölümünün (Hərasət) təhdidlərindən sonra bir həftə öncə universitetdən çıxmaq prosedurunu yerinə yetirdim.

3 gün öncə isə universitetdən mənlə əlaqə saxlayıb İnzibati Komitəyə müraciət etməyimi tələb etdilər. Universitet rəhbərliyinin bu işi heç bir məntiqlə izah oluna bilməz. Universitetdən çıxan birisi hansı qanunla İnzibati Komitəyə çağırıla bilər?!”- deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 21-i, Beynəlxalq Ana Dili Günündə Marağa Universitetinin öyrənciləri 925 imza toplayaraq türk dili və ədəbiyyatı ixtisasının yaradılması tələbi ilə universitetin rəisinə müraciət edib. Öyrəncilərə bildirilib ki, müraciətlə bağlı səlahiyyətli qurumlar, həmçinin Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinə məlumat veriləcək, böyük ehtimalla bu barədə lazımı tədbirlər alınacaq.

Lakin Marağa Universitetin məsulları nəinki öyrəncilərin tələbinin təmin olunması istiqamətində heç bir iş görməyib, hətta onları təqib və təzyiqlərə də məruz qoyublar.

Türk dili və ədəbiyyatı ixtisasının Marağa Universitetində yaradılmasını tələb edən öyrəncilərdən biri də Salar Sərkəşi olub. O müraciət edildikdən bir neçə gün sonra universitetin təhlükəsizlik bölümünün təhdidi ilə üzləşib. Ona bildirilib ki, universiteti tərk etmək üçün lazımi işləri 48 saat ərzində yerinə yetirməli və ali təhsil müəssisəsini tərk etməlidir. Əks halda universitetdən rəsmi şəkildə uzaqlaşdırılacaq.

Qeyd edək ki, İran  konstitusiyasının 15-ci maddəsinə əsasən məktəblərdə fars dili ilə yanaşı digər yerli dillərin tədris olunması sərbəstdir. Lakin bu maddə 40 ildir ki, islam cümhuriyyəti tərəfindən icra olunmur. Uzun müddət mübarizədən sonra son illərdə yalnız Təbriz universitetində türk dili və ədəbiyyatı ixtisası yaradılıb və bir neçə Azərbaycan universitetində bu ixtisas üzrə iki dərslik könüllü olaraq seçən öyrəncilərə tədris olunur.

Təəssüflə, universitetlərdə türk dili ilə bağlı yaradılan məhdud imkanlardan doğru-düzgün istifadə etməyə də imkan verilmir. Davamlı olaraq problemlər çıxır və həmin dərslikləri də bir neçə dəfə ləğv etməyə çalışıblar. Bütün bunlar o halda baş verir ki, azərbaycanlı öyrəncilər ana dilində təhsil almaq üçün əllərindən gələni edir və müxtəlif orqanlara müraciət edərək bu zəmində lazımi tədbirlərin alınmasını tələb edirlər./gunaz.tv/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8507
 GBP :  2.1644
 TRY :  0.0526
 EUR/USD :  1.0886
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft