AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Mart qırğını - Ermənilərin şəriklərinin vəhşi PLANI
29/03/2021 Yazdır

XIX əsrdə  Avropanın jandarmı rolunu oynayan Rusiya imperiyası  öz sahəsinə görə (19, 16 milyon kvadrat verst – 20, 44 milyon kvadrat kilometr) yalnız Britaniyadan geri qalırdı (27, 14 mln. kv. km). Faktiki olaraq Günəşin qürub etmədiyi bu nəhəng ərazini idarə etmək üçün Rusiya imperiyası 78 quberniyaya, 21 vilayətə, 2 muxtar mahala bölünmüşdü. İmperiya strateqləri hərbi-siyasi önəm daşıyan bölgələrdə canişinliklik yaratmışdılar. Bakı, Yelizavetpol (Gəncə), Kutaisi, Tiflis, İrəvan quberniyaları Qafqaz canişinliyi tərkibinə daxil edilmişdi.

XIX əsrin 70-ci illərində Bakıda neft sənayesi geniş vüsət tapdığı bir dönəmdə, Rusiya başda olmaqla, ətraflarda yaşayanlar, o cümlədən,  ermənilər də buraya axın etməyə başlamışdılar. Digər  xalqlardan fərqli olaraq onlar istənilən şəraitə asanlıqla uyğunlaşa bildiklərindən, mənsəb sahiblərinin qılığına girməyi bacardıqlarından, hamilərinin də dəstəyi sayəsində qısa zamanda Bakıda söz, nüfuz sahibi olmuş, vəzifələr tutmuş ermənilər lobbi fəaliyyətlərini genişlətmiş, bir-birilərini tərifləyə-tərifləyə vəzifə nomenkulaturasında çox irəliləmiş, şəhərin müəyyən hissəsində öz məhəllələrini yaratmışdılar.  Onlar mütəşəkkil fəaliyyətin faydalı iş əmsalınının yüksək olduğuna çoxdan inanmışdılar. Gücləndikcə şəhər aborigeninə zaman-zaman diş də göstərirdilər. Qısa zamanda yerli əhali ili ermənilər arasında ziddiyyətlər yaranmağa başladı.



Bazar küçəsində (indiki Azərbaycan küçəsi ) ermənilərin törətdiyi vəhşilik. 31.03.1918-ci il


Narazılığın kökü Bakı quberniyasında ayrı-seçkiliyin hökm sürməsi ilə izah olunmalıdır.  Belə ki, çarizmin 1870-ci ildə tətbiq etdiyi qaydaya görə, şəhər bələdiyəsinin tərkibinin ancaq 1/3 hissəsini, 1892-ci il düzəlişinə görə isə 1/5 hissəsini qeyri-xristianlar təşkil edə bilərdilər. XX əsrin əvvələrində Bakı əhəlisinin  80%-dən çoxu müsəlman  idi. (Bax: The Azerbaijani Turks: power and identity under Russian rule. Hoover Press, 1992, p. 25)

Cənubi Qafqaz Rusiyaya ilhaq edildikdən sonra çarizim açıq-aşkar müsəlman adət-ənənələrinin, şəriət qaydalarının aradan çıxmasına yönəlik siyasət yürüdür, islami dəyərləri gözdən salmaq məqsədilə müxtəlif tədbirlər görür, müsəlmanların özlərindən olan bəzi mütəfəkkirləri bu istiqamətdə fəaliyyətə təşviq edir, məhkəmələrdə yalançı şahidlərin ifadəsi əsasında, bir qayda olaraq, müsəlmanların əleyhində qərarlar çıxarılır, qondarma dəlillərlə müsəlmanların mülkü əlindən alınır, onları mədəniyyətin düşməni, insani dəyərlərdən uzaq varlıqlar kimi   nüfuzdan salmaq kampaniyası aparılırdı.  Çarizm rejimi müsəlmanları təhlükə mənbəyi olaraq gördüyündən ermənilərin simasında özlərinin vəfalı dindaşı və etibarlı dayağı olaraq dəyərləndirir, hər yerdə ermənilər mühüm vəzifələrə gətirilirdi. O dönəmdə nadir hal olsa da, erməniləri xoşlamayan başçılara da rast gəlmək mümkün idi. Məsələn, general Q.S. Qolitsın (1838-1907) 1896-cı ilin dekabr ayında Qafqaz inzibati ərazisini başçısı və Qafqaz Hərbi Dairəsinin komandanı təyin olunandan sonra rəhbərlik etdiyi strukturlarda işçilərin təxminən 90 faizinin erməni əsilli olduğunu biləndə sarsılmış və oralarda yerləşib-yataqlanmış ermənilərin əksəriyyətini vəzifələrindən  uzaqlaşdırmışdı (Məhz buna görə də, 14.10.1903-cü ildə ermənilər Tiflisdə ona qarşı qanlı terror aktı həyata keçirmişdilər. Nəticədə, general Q.S. Qolitsın öz əhdinə çatmadan  həlak olmuşdu. Generalın “Доведу до того, что единственным армянином в Тифлисе будет чучело армянина в Тифлисском музее! - Elə edəcəyəm ki, Tiflisdə yeganə erməni Tiflis muzeyindəki erməni müqəvvası olacaq”  vədi  elə söz olaraq da qaldı).  (Bax: Tadeusz Swietochowski, Russian Azerbaijan, 1905—1920 New York: Cambridge University Press, 1985, p. 40)


Bakı və Yelizavetpol quberniyalarında tədricən artıb çoxalan ermənilər vaxtaşırı olaraq müsəlmanlara hücumlar edir, sanki onların sayıqlığını, hazırlığını və nə cavab verəcəklərini sınayırdılar. 6 fevral 1905-ci ildə bir Azərbaycanlı fəhlənin ermənilər tərəfindən vəhşicəsinə öldürülməsindən sonra Bakıdakı azərbaycanlılar cavab tədbiri görməyə məcbur qaldılar. Böyük Britaniyanın Bakı şəhərindəki o zamankı konsulu Patrik Stivensonun məlumatına görə, həmin ilin fevral ayında  900 nəfər azərbaycanlı və  700 nəfər erməni öldürülmüşdü (Bax: Justin McCarthy. Death and Exile-1821-1922, Princeton, New Jersey, The Darwin Press, 1995).


Quberniya küçəsində (indiki Nizami küçəsi ) ermənilərin yandırdıqları evlər. 31.03.1918-ci il

Qısa müddət ərzində azərbaycanlılarla ermənilərin qarşıdurması geniş vüsət alaraq Qarabağa, Naxçıvana, Zəngəzura da yayıldı. O dönəmdə Britaniyanın vitse- konsulu olmuş Makdonellin sözlərinə görə, əgər müsəlmanların böyük əksəriyyəti hadisələri passiv şəkildə kənardan izləməsəydi Qafqazda erməni qalmazdı. Britaniyalı diplomatların fikrinə görə, çarizm rejiminin ermənilərə olan hüsn-rəğbəti, favoritizm siyasəti  ermənilərdə Qafqaz türklərinə qarşısında özlərində inam, cəzasızlıq hissi yaratmış, onların türklərə qarşı iddialarını artırmışdı ( Bax: Kenneth Bourne, Cameron Watt. British Documents on Foreign Affairs: Reports and Papers From the Foreign Office Confidential Print, Volume 3, Russia 1905—1906, p.185-186).

Qeyd edilməlidir ki, azərbaycanlıların kütləvi şəkildə məhv edilməsində xüsusi canfəşanlıqla gğstərən, erməniləri vahid mərkəzdən idarə edən siyasi təşkilat “Daşnaqsütun” olmuşdur. Osmanlı dövlətinə qarşı mübarizə aparmış bolqarlardan ruhlanan qatı erməni millətçiləri 1890-cı ildə öz partiyalarını yaratmış, əvvəlcə gizli, daha sonra isə açıq fəaliyyətə keçmişdilər (Bax: D. Henry. Baku An Eventful. London, 1905, p. 149—150).

Erməni millətçiləri mütəşəkkil qaydada öz dövətlərini yaratmaq üçün bütün vasitələrə əl atmışdılar. İşi o qədər irəlilətmişdilər ki, 22.11.1920-ci ildə ABŞ-ın o zamankı prezidenti Vudro Vilson (1856-1924) Osmanlı torpaqlarında (Trabzon, Ərzurum, Van və Bitlis vilayətlərində - cəmi 103,6 min kv.km) Ermənistan dövlətinin yaradılması layihəsini imzalamışdı. Vilson layihəsinə görə, yaranacaq Ermənistan dövlətinin Qara dənizə çıxışını təmin etmək üçün Batum tərəfdən onlara müəyyən koridorda  açılacaqdı. Məlum olduğu kimi, Qazi Mustafa Kamal Paşa siyasi hakimiyyətə gələn kimi  bu planı rədd etdi.

3 mart 1918-ci ildə  imzalanmış Brest-Litovsk müqaviləsi əsasında Sovet Rusiyası cənub cəbhəsindən çəkilincə ermənilər də  də Şərqi Anadoluda müvəqqəti olaraq ələ keçirdikləri ərazilərdən qaçdılar. Maksimum proqramları gerçəkləşməyincə minimum proqramın realizasiyasına başladılar: Azərbaycana aid yerlərə sahiblənmək üçün  yerli əhalini kütləvi şəkildə qırmaq, qovmaq və o yerlərdə möhkəmlənmək. Azərbaycan türklərinə aid hər şeyi- maddi-mədəniyyət abidələrini, evləri, məzarlıqları, məscidləri yerlə yeksan etmək, onlara aid bütün izləri yer üzündən silmək, ermənilərin bu yerlərin əzəli sakini olduqlarını “sübut etmək” üçün  kilsələr inşa etmək, “xaçkar”lar (üzərində “üstəgəl” işarətinə bənzər motivlər, çiçək və ya günəş rəmzi həkk olunmş daşlar) ucaltmaq onların  ümdə işləri oldu.  1918-ci ilin 31 martı bu yolda atılan ciddi və mütəşəkkil hazırlığın başlanğıcı kimi dəyərləndirilməlidir.


Dişləri qana batmış ermənilər qazandıqları uğurlardan ruhlanmış, daha böyük hədəf müəyyənləşdirmişdilər: Bakıda bir nəfər də olsun müsəlmanın yaşamasına imkan verməmək! Bütün hazırlıqlarını bu məqsədin reallaşması naminə görmüş, intuitv olaraq fürsət anının gələcəyi günün uzaqda olmadığını anlamışdılar.


Birinci Dünya müharibəsinin başlaması çox yerdə hərbi-siyasi mənzərəni dəyişdirdi. Xüsusən, Peterburqda baş vermiş 25 oktyabr 1917-ci il inqilabı bərabərində böyük təlatümlər gətirdi. Bir anda hər şey, bütün dəyərlər, meyarlar yox olmuş, faktik olaraq gün batmayan nəhəng ölkədə “Pompeyin son günü”nü xatırladan əsl xaos başlamışdı. Müəzzəm imperiya mərkəzdənqaçan güclərin sayəsində bir anda çökmüşdü. Yarandığı 1890-cı ildən bu anın həsrəti ilə yaşayan “Daşnaksutun” – "Birlik"  partiyası liderlərinin əlinə böyük fürsət düşmüşdü. 1906-cı ildən rəsmi şəkildə  çarizm tərəfinə keçən daşnaklar 1916-1917-ci illərdə Qafqaz cəbhəsində  Osmanlılara mümkün qədər daha çox zərər vurmaqla məşğul olmuşdular. Onlar yaxşı bilirdilər ki, taleləri Rusiyanın qələbəsindən asılıdır. Siyasi fəaliyyətlərini qanlı terror əsasında qurmuş daşnaklar öz üzvlərinə ruslara qarşı ən kiçik təxribatı belə yasaqlamışdılar. Onların əzəli hədəfi türklər idi. Daşnakların türk etnosuna qarşı qəddarlığı tanınmış ingilis tarixçisi Donald Blokshemi də təəccübləndirmişdi ( Bax: Bloxham D. Genocide on trial : war crimes trials and the formation of Holocaust history and memory. — Oxford ; New York: Oxford University Press, 2001).


Bolşevik cildinə girmiş daşnaklar 1917-ci ilin noyabrından Bakıda mühüm vəzifələr tutmuşdular. Bakıda iqtidarda olan 26-ların başçısı Stepan Şaumyan Azərbaycanı sovetləşdirmək bəhanəsi ilə Bakıda, Şamaxıda, Qubada, Lənkəranda törədilən hərbi cinayətləri son qələbəyədək davam etdirməyin zəruriliyini bildirirdi (Bax: Шаумян С. Г. Избранные произведения. Т. 2. (1915 – 1917). М., 1918, с. 254).


Ermənilərin Nikolayevsk (İstiqlaliyyət) küçəsində yandırdıqları “Kaspi” mətbəəsi. 31.03.1918-ci il


Sovet hakimiyyəti rejimində yüksək vəzifə əldə etmiş daşnaklar müxtəlif bəhanələrlə türkləri açıqdan açığa sıxışdırmağa başlamışdılar. 1917-ci ilin sonlarında Bakıda fəaliyyətə başlayan erməni milli şurası (HAX – Hayastani azqayin xorhurdi) ermənilərin fəaliyyətini koordinə etmək, daşnaklara müsəlmanlar haqqında lazımı məlumatlar ötürmək, müsəlman zənginlərinin ünvanlarını öyrənmək, ermənilərə antitürk təbliğatı yaymaq, rus və yəhudilərin gözündə məsum erməni obrazı yaratmaq, mətbuatı ermənilərin təşviqat maşınına çevirmək idi.


1918-ci ilin yanvarında cəbhədən Bakıya qayıdan müsəlman əsgərlər daşnaklar tərəfindən tərksilah edilərək həbs olunmuşdular. Etiraz edənlər dərhal cəzalandırılırdılar. İş o həddə çatmışdı ki, yerli sakinlər vağzal tərəfə gedə bilmirdilər. Onlar qatara minmək istəyəndə Biləcər tərəfə getməyə məcbur olurdular.


Müsəlmanlar dəfələrlə erməniləri dostluğa dəvət etsələr də, ermənilər öz ədavətlərini davam etdirirdilər. 1918-ci ilin mart ayının 17-də (yeni stillə, 29 martda) məşhur milyoner H.Z. Tağıyevin Lənkəranda həlak olmuş  zabit oğlu Məhəmmədin dəfnində iştirak etmək üçün gəlmiş azsaylı zabit heyətinin daşnaklar tərəfindən Bakı limanında tərksilah edilməsinə yerli Bakı camaatının etiraz etməsi ermənilərə Mart soyqırımının, türk genosidinin başlanmasına bəhanə oldu.


19 (31) mart səhər erkəndən, şəhər yuxuda ikən əvvəlcədən hazırlıq görmüş, təpədən dırnağa silahlanmış daşnaklar böyük-kiçik demədən qarşılarına çıxan hər kəsi güllələləməyə, evləri, mağazaları yandırmağa, məscidləri dağıtmağa başladılar. Hiyləgər daşnaklar Xəzər dənizində reyddə duran rus matroslarını inandırmışdılar ki, müsəlmanlar İçərişəhərdə və Bayırşəhərdəki rusları girov götürmüşlər. Rus matroslar da bu hiyləyə inanıb şəhəri top atəşinə tuturdular. Müsəlmanlar mövcud durumu Krasnokrets (indiki Şeyx Şamil) küçəsində yerləşən İran konsulluğuna çatdırdılar, az sonra İran konsulu Muhəmməd Səidülvüzəra Marağai və kapitan-leytenant  M. A. Natanson İçərişəhərə gəldilər, oradakı 240 rusun heç birinin zərər görmədiğinin şahidi oldular, içərişəhərliləri qorumaq üçün 20 matros təyin edib getdilər (Bax: Mərkəzi Dövlət Arxivi, f.277, s.17).


Daşnaklar bütün şəhər boyu hücuma keçmişdilər. Dəhşət burasında idi ki, bakılılara qarşı qəddar davranan qaragüruha söz düşəndə insaniyyətdən, mədəniyyətdən, dostluqdan  dəm vuran erməni ziyalıları şəxsən özləri başçılıq edirdilər. Nkolayevsk (indiki İstiqlaliyyət) küçəsi ilə hücuma keçən daşnaklar İsmailiyyə binasına, indiki Sabir bağı tərəfdə yerləşən Kaspi mətbəəsinə, Uroloji xəstəxana səmtindəki “Dağıstan” mehmanxanasına od vurmuşdular, Sobornı (indiki Sabir) küçəsində doqquz müsəlman qadını diri-diri tonqala atmışdılar, neft milyoneri (neftəxuda) Baləhməd Muxtarovun Persidski (indiki Murtuza Muxtarov) küçəsindəki malikanəsini dağıtdılar, ailə üzvlərini doğramışdılar.


Daşnaklar Kaspi mətbəəsində nəşr olunmuş təxminən 5 min ədəd  "Qurani-Kərim"i də təhqir etmişdilər, Vorontsov (indiki Kömürçü) meydanında yüzlərcə adamı işgəncə ilə öldürmüşdülər. Kamenistaya (indiki Bəşir Səfəroğlu) küçəsi ilə Persidski (indiki Murtuza Muxtarov) küçələrinin kəsişdiyi tində Şamaxı məscidinə sığınmış müsəlmanları qanlarına qəltan etmişdilər.


Hadisələri öz gözləri ilə görmüş A. N. Kvasnik familyalı bir şahid Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşkil olunmuş Fövqəladə İstintaq Komissiyyasına bildirmişdi ki, Bakı soyqırımında bütün yaş qrupundan və peşədən olan ermənilər iştirak edirdilər, Serkovnı (indiki Vidadi) küçəsində törədilən qətliam iştirakçıları arasında ikinci-üçüncü sinifdən olan erməni uşaqlar da vardı. Bütün ermənilər müsəlman bakılıları öldürməkdən, onlara ağlasığmaz işgəncə verməkdən zövq alır, bununla da sanki öz milli borclarını yerinə yetirirdilər (Bax: Mərkəzi Dövlət Arxivi, f.277, q. 26, s.6).

Ermənilər mart soyqırımından xeyli əvvəl, gecələr şəhərin müxtəlif yerlərini sürəkli atəşə tutur, adamları daim qorxu altında saxlayır, onları öz yaşayış yerlərindən çıxıb getməyə məcbur edir, tez-tez müxtəlif məhəllələrdə qarət, oğurluq hadisələri törədir, gündüzlər də müsəlmanlara qarşı təhrikedici hərəkətlər törədir, onları əsəbiləşdirir, müsəlmanları yəhudi və rusların  nəzərində vəhşi, mədəniyyətsiz, cahil topluluq kimi təqdim etməyə nail olurdular. Zəngin müsəlmanları zorla öz evlərindən qovur, ən yaxşı halda onları həmin evin zirzəmisində yaşamağa vadar edirdilər. Müsəlman əhalinin şikayət edəcəyi yer yoxuydu. Müsəlmanlarda hava qaralandan sonra küçəyə çıxmağa  cəsarət qalmamışdı. Qafqaz cəbhəsini tərk edən ruslar da öz silahlarını dəyər-dəyməzə ermənilərə satır, ya da bağışlayırdılar. Kolubakin (indiki N.Rəfibəyli) küçəsində, Parapet (indiki Fəvvarələr) meydanına yaxın yerdə yerləşən erməni kilsəsində də antimüsəlman, antitürk moizələri oxunur, ermənilər müsəlman soyqırımına təşviq edilirdi. Təsadüfi deyil ki, məhz həmin ünvanda yerləşən erməni kilsəsi mart soyqırımında ermənilər üçün əsl cəbbəxana rolu oynamış, onun zirzəmisində dinc müsəlman əhaliyə qarşı işlənmiş kütləvi qırğın silahları mühafizə olunmuşdu.


Nikolayevski (indiki İstiqlaliyyət) küçəsində Lalayanlara məxsus “Metropol” (indiki Nizami adına ədəbiyyat müzeyi ) mehmanxanasının damından ermənilər pulemyotlarla ətrafdakı müsəlman məhəllələrinə atəş açırdılar.


Mart soyqırımı zamanında və sonrakı vaxtlarda İranın konsulu olmuş Muhəmməd Marağai “Siyasi xatirələr”ində Bakıda gördüyü vəhşəti ürək ağrısı ilə qeyd etmişdir: “Konsulluğun binasında 100 iranlı  bizə nicat gətirmişdi. 1918-ci ilin 2 aprelindən başlayaraq biz öz gücümüzlə təxminən 5 mindən çox cəsədi küçə və meydanlardan yığıb onları müsəlman qaydasına uyğun şəkildə dəfn etdik. Mart soyqırımından hövllənmiş, möhkəm qorxuya düşmüş müsəlmanların gəmilərlə Ənzəli, Rəşt, Bəndər Abbas və başqa yerlərə getməsinə şərait yaratdıq. Ermənilərin ciddi etirazlarına baxmayaraq, təqribən 10 min bakılının şəhərdən çıxmasına nail olduq”. Ermənilərin Bakı, Şamaxı, Quba, Kürdəmir, Göyçay, Lənkəran, Zəngəzur, Naxçıvan və sair yerlərdə genosid əməlləri Qafqaz İslam Ordusunun Bakını azad etməsinə qədər müəyyən fasilə və templə davam etmişdir. Bu müddət ərzində 30 min soydaşımız qətl edilmişdir. 30-31 mart ve 1 aprel 1918-il qırğınında ermənilərin  insanlıqdan uzaq fəaliyyəti haqqında S. Şaumyan bir məktubunda “bizim üçün döyüşün nəticəsi parlaq oldu” yazıb.  Sözsüz ki, öz  mənafelərinin naminə məkrli plan hazırlayıb  erməniləri bu qanlı əməllərə təşviq edənlər var. Əlbəttə ki, ermənilərin dəstəkçiləri də elə onlar qədər məsuliyyət daşıyırlar.


Havadarlarının sayəsində Mart qırğınını törədənlərin nəvələri yüz il sonra Ağdamın daşını daş üstə qoymayıb, Füzulini yerlə bir edib, Cəbrayılı viranəyə çevirib, Zəngilanı yer üzündən silib, Kəlbəcəri dağıdıb, Qubadlını tar-mar edib, Şuşanı bərbad günə salıblar, indi Xankəndindində at oynadırlar…


Mart soyqırımının əsas təşkilatçıları və iştirakçıları Stepan Şaumyan, Stepan Lalayan, Samson Amiryan, Hamazasp Srvantsyan, Andranik Ozanyan, Tatevos Amiryan və başqalarının sonrakı aqibətləri haqqında təskinlik üçün qısa bilgi vermək istəyirəm.


Baksoveti daşnaklarla doldurmuş quldurbaşı Stepan Şaumyan – haqqında, guya, çox sonralar Hindistanda  ölməsi haqqında şayiələr uydurulmasına baxmayaraq – 20 sentyabr 1918-ci ildə Ağcaqumda güllələndi.


Bakı və Şamaxıda çox sayda müsəlmanı qətlə yetirən Stepan Lalayan 30.11.1919-cu ildə Gəncədə güllələndi.


Əlləri minlərcə günahsız müsəlman, türk qanına bulaşmış, əsirlərə və yaralılara xüsusi amansızlıqla işgəncələr verməkdən mənəvi həzz alan xunxar Hamazasp Srvantsyan 20.02.1921-ci ildə İrəvanda balta ilə doğram-doğram edildi. Öldürülərkən “adam da adamı belə öldürərmi?” deyə zarımışdır. Ayağındakı çəkməsindən doğranmış cəsədin Hamazasp olduğu müəyyənləşdirilmişdir. Ermənilərin iddialarına görə, onu Süleyman Nuri adlı bir türk doğratmışdır.


Ömrü boyu türklərin əlinə  keçəcəyi təhlükəsindən səksəkə içində yaşamış, tez-tez yerini dəyişən, qatil tayqulaq Andranik Ozanyan 31.08.1927-ci ildə müəmmalı şəkildə öldü. Son sözləri “işim yarımçıq qaldı” olub. Hələlik üç dəfə basdırılıb (öncə Kaliforniyada, sonra Parisdə, indi də İrəvanda).


Bakı qarnizonun komemendantı maskası altında müsəlmanları xüsusi amansızlıqla qətlə yetirən Baqdasar Avakyan – 20.09.1918-ci ildə güllələndi.


Bolşevik cildində bakılılara qarşı soyqırımda yaxından iştirak etmiş Tatevos Amiryan – 20.09.1918-ci ildə güllələndi.


Bolşaya Morskaya (indiki Bülbül) küçəsindəki malikanəsi daşnakların iqamətgahı olan, Zuğulba su kəmərinin sahibi, müsəlman qadınlarını şəxsən öldürən milyoner Ambarsum Məlikyan – 01.10. 1918-ci ildə Astraxanda güllələndi.


Mart soyqırımı ciddi-cəhdlə uzun zaman bizə unutduruldu. Çəmbərəkənd məzarlığı bəlli bir dönəm Mərkəzi əyləncə və istirahət parkına çevrildi, qətlə yetirilənlərin üstündə “Drujba narodov – Xalqlar dostluğu” restoranı  inşa edildi. Şəhərə hakim yüksəklikdə isə daşnakların siyasi hamilərindən və havadarlarından birinin— şorgözlüyünə görə 1934-cü ildə güllələnərək öldürülmüş “doğma Mironıç”ın heykəli də ucaldıldı. Rüzgarlar şəhərinin dəlisov küləkləri bu heykəli devirməyə çox çalışsa da, gücü yetmədi. Bəzən sinirləndi, bəzən bezdi də bu gücsüzlüyündən. İqlim küləyinin bacarmadığını zaman rüzgarı bacardı. Heykəl də, restoran da, əyləncə mərkəzi də sanki heç olmayıbmış kimi yoxa çıxdı. Gec də olsa  qətl edilmiş soydaşlarımızın qanı yerdə qalmadı. Mart şəhidləri də daxil, bütün şəhidlərimizin ruhu şad olsun.

 
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8409
 GBP :  2.1446
 TRY :  0.0528
 EUR/USD :  1.0829
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft