AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Koroğlu Simpoziumunda çıxış edib
25/08/2015 Yazdır

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Koroğlu Simpoziumunda çıxış edib və Türkiyədə baş verən terror hadisələrini lənətləyirik deyib və çağırış edib.

"Türkiyəni zəiflətmək,bölmək və parşalamaq istəyənlər unutmasın ki, Türkiyənin xaricində, Türk dövlət və toplumlarında yaşayan milyonlarla insan var ki, Türkiyə üçün canından belə keçməyə hazırdır. Çünki Türkiyə bizim üçün Vətənimiz qədər Vətəndir!.Çünki Türkiyədə bizim üçün Vətəndir!"

Türkiyənin Bolu bölgəsində Beynəlxalq Koroğlu Simpoziumu keçirilib.Tədbirdə türk dünyasının müxtəlif ölkələrindən ziyalılar, alimlər və sənət adamları iştirak edib. Tədbirin açılışında çıxış edən universitetin rektoru Prof. Dr. Hayri Coşkun simpoziumun məqsədi barədə məlumat verib. Bolu Valisi A.Baruş tədbirin böyuk əhəmiyyətindən danışıb.

Simpoziumun açılışında çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva çıxışına son günlər Türkiyədə terror hücümları, hadisələri zamanı şəhid olan 57 şəhidin ailəsinə və qardaş Türkiyəyə başsağlığı verərək başlayıb.“Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Sevincimiz də, acımız da ortaqdır. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik. Qardaş Türkiyədə şəhid olan 57 şəhid qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyir və terroru lənətləyirik”.

Millət vəkili açılış çıxışında bütün Türk dünyasında Koroğluya sahiblənmənin önəmindən bəhs edib. Bu cür sahiblənməni ortaq dəyərlərimizə, tariximizə sahiblənmə olaraq görən Q. Paşayeva bununla gəncliyin və gənclərin daha sağlam addımlarla irəliləməsinin təmin ediləcəyini bildirib,Azərbaycanın bu mövzuya hər zaman böyük önəm verməsi və bu sahədə görülən işlərdən danışıb. “3-cü dəfə belə bir simpoziumun açılışında çıxış etməkdən və fikirlərimizi bölüşməkdən məmnunam.Çünki Azərbaycan türkləri üçün Koroğlu dastanı hər zaman önəmli olub.”

“Koroğlu” qəhrəmanlığının Azərbaycan və azərbaycanlılar üçün önəmi məsələsinə toxunan Qənirə Paşayeva bütün Şərqdə və türk dünyasında ilk “Koroğlu” operasının məhz Azərbaycanda yazıldığını söyləyib. “Koroğlu haqqında ilk opera Üzeyir Hacıbəyovun yazdığı “Koroğlu” operasıdır ki, bu gün dünyanın hər yerində çox böyük sevgi ilə izlənilir. Millət vəkili ortaq dəyərlərimizdən olan istər Dədə Qorqud, istərsə də Koroğluya türk dünyasında “biz” olaraq sahiblənmənin daha önəmli olduğunu deyib.

“Koroğlu bizim ən böyük ortaq dəyərlərimizdən biridir. Dədələrimizə məxsus abidələrin harda olduğu önəmli deyil, əsas olan onlara sahib olmaqdır. “Mənim” “sənin” yox, “bizim” anlayışımızla sahiblənməliyik. Azərbaycanda Koroğlunun heykəli var. Boluda da Koroğlunun heykəlinin qoyulması sevindiricidir. Onların sayı Türk dünyasının müxtəlif bölgələrində nə qədər çox olsa o qədər yaxşıdır”. Millət vəkili Türk dövlətlərinin birlikdə Koroğlu ilə bağlı beynəlxalq səviyyəli bir film çəkməsinin vacibliyindən də danışıb və Türk dövlətləri mədəniyyət nazirlərinə cağırış edib.

O, bildirib ki, Azərbaycanda və Türkiyədə uzun illər əvvəl Koroğlu ilə bağlı film çəkilib amma artıq dünyada nümayiş oluna biləcək səviyyədə bir Koroğlu filminin çəkilməsinə ehtiyac var. Çıxışının sonunda millət vəkili Q.Paşayeva Türkdilli dövlətlərin ortaq tarix və ədəbiyyatının hazırlanaraq təhsil müəssisələrində tədrisinin vacibliyindən danışıb: “Koroğlu kimi dastanlar bu millətin ruhudur. Dastanda millətimizin qəhrəmanlığını, insanımızın əxlaq anlayılşını, mədəniyyətini görmək mümkündür. Koroğlu bir qəhrəmanın necə olmasını göstərir. Bütün coğrafiyamızda onun qəhrəmanlığı öyrənilməlidir. İlk öncə öz gənclərimiz daha yaxından öyrənməlidir və öyrətməliyik sonra da başqalarına anlatmalıdırlar.”

Q.Paşayeva çıxışını "İnşallah gələn Beynəlxalq Koroğlu simpoziumunu birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək" sözləri ilə bitirib. Simpoziumda çıxış edən bələdiyyə başçısı A.Yılmaz Koroğlunu Bolunun simasına çevrildiyini bildirib:”Bu həm Bolunun, həm də Koroğlunun təbliğidir.Koroğlu tam bir qəhrəmanlıq nümunəsidir. Necə ki, Robin Qood dünyada məşhurdur. Koroğlunun da bu cür tanınmasına nail olmalıyıq”.

Ortaq dəyərlərimizdən bəhs edərkən o, Novruz bayramının Boluda da təntənəli şəkildə keçirildiyini də deyib.Aşılış çıxışlarından sonra simpozium ayrı-ayrı panellərdə alimlərin çıxışları ilə davam edib.

Beynəlxalq Koroğlu simpoziumunun açılışından sonra "Koroğlu" mövzusunda rəsm yarışmasının qaliblərinin əsərlərinə baxış olub, tədbir iştirakçıları qalibləri təbrik ediblər, bu yarışmanın böyük önəmini vurğulayib və qaliblərə uğurlar diləyiblər.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8227
 GBP :  2.1249
 TRY :  0.0522
 EUR/USD :  1.0722
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft