AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Qarabağda bütün müsəlmanlar TƏHQİR OLUNUB  •   İran prezidenti Azərbaycanla sərhədə gəldi  •   Azərbaycan əhalisinin sayı artıb  •   İran narkotrafikin Qarabağdakı "boz zonası" üzərində nəzarəti itirdiyinə görə qıcıqlanır - Rusiyalı analitik  •   Moskvada üçtərəfli komissiyanın iclası KEÇİRİLƏCƏK  •   Azərbaycanın müstəqillik günü Təbrizdə qeyd olunub  •   Azərbaycan və Türkiyə deputatları Ankarada GÖRÜŞDÜLƏR  •   Azərbaycanlı vəkil Haaqa Məhkəməsində Ermənistanı İFŞA ETDİ  •   Mirzoyan Ceyhun Bayramovla əldə olunmuş razılaşmadan DANIŞDI  •   Güneyli milli fəal Ruzbeh Piri müvəqqəti azadlığa buraxılıb  •   Türkiyə və Ermənistan rəsmiləri arasında hazırda görüş planlaşdırılmır - Çavuşoğlu  •   Türk Şurası ölkələri liderlərinin növbəti görüşünün yeri və vaxtı məlum olub  •   Müharibənin bir ili: Ermənilər nə düşünür?  •   Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciət edib  •   Vətən Müharibəsi şəhidlərinin xatirəsi bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad edilib  •   Türkiyə ilə Azərbaycan beynəlxalq teatr festivallarında birgə iştirak edəcək  •   Xarkov şəhərində Nizami Gəncəvinin abidəsi ucaldılıb  •   İranın Xankəndi təxribatı: Azərbaycan hansı addımı atacaq?  •   Bayraktar: “Qarabağda uğura vasitəçi olmaq böyük şərəfdir”   •   Gorus-Qafan yolunda saxlanılan iranlı sürücülər əslində kimlərdir...  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Müharibənin bir ili: Ermənilər nə düşünür?
27/09/2021 Yazdır

2020-ci il sentyabrın 27-si Qarabağ münaqişəsinin gedişatında əsaslı dönüş etdi. Azərbaycanın başladığı əks-hücum əməliyyatı nəticəsində 30 il Qarabağı işğalda saxlayan Ermənistan ordusu 44 gün ərzində tamamilə darmadağın edildi və kapitulasiya etdi.

Beləliklə, 27 sentyabr Ermənistanda təqvimin məğlubiyyəti xatırladan çoxsaylı günlərindən birinə çevirilib.

Rusiyanın “Moskovski Komsomolets” qəzetinin əməkdaşı II Qarabağ Müharibəsinin başılanmasının 1-ci ildönümü ilə bağlı Ermənistan və Qarabağın sülhməramlıların müvəqqəti nəzarəti altındakı ərazisinə səfər edərək cəmiyyətin əhval-ruhiyyəsini və müharibə barədə fikirlərini öyrənməyə çalışıb.

“Ötən qışla müqayisədə erməni cəmiyyəti sakitləşib. Amma müharibənin başlanmasının və onun nəticələrinin səbəblərini adekvat analiz edən yoxdur”. Bunu Yerevanda yerləşən Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyan söyləyir.

Ekspert Qarabağ məğlubiyyətinin Ermənistan üçün sarsıdıcı olduğunu təkrarlayıb:

“Son 30 il ərzində hazırlanan ordu darmadağın oldu, məğlubiyyətdən isə nəticə çıxarılmadı. Halbuki bu barədə müzakirələr hələ müharibənin ilk günlərində aparılmalı idi. Amma görünən odur ki, indi də nəticə çıxarmaq ehtyacı yoxdur. İctimai müzakirələrdə müxtəlif fikirlər – Paşinyanın ünvanına şəxsi ittihamlardan tutmuş Dağlıq Qarabağın hələ 1990-cı illərdə Azərbaycana qaytarılmalı olduğuna dair fərqli versiyalar səsləndirilir”.

Ermənistanlı jurnalist David Qalstyan isə sülhməramlıların nəzarət etdiyi ərazidə yaşayan ermənilərin problemlərinə toxunub:

“Ən böyük problem insanların yerləşdirilməsi ilə bağlıdır. Tikinti işlərinin əsas hissəsi Xankəndidə aparılır. Ora Hadrut və Şuşadan olan ermənilər köçürülməlidir. Digər ərazilərdə də yeni qəsəbələr salınır amma boş torpaq çox azdır. Bundan başqa, bir çox yaşayış məntəqələri Azərbaycan Ordusunun mövqelərinə çox yaxındır. Su və elektrik enerjisi ilə bağlı problem də ciddidir. Əvvəl, Qarabağdan Ermənistana da elektrik enerjisi verilirdi. Amma müharibədən sonra əksər Su Elektrik Stansiyaları itirildi. Bundan başqa, kənd təsərrüfatı üçün geniş əkin sahələrindən də artıq istifadə etmək mümkün deyil”.

Jurnalistin fikrincə, hazırda Qarabağ ermənilərinin əksəriyyəti Ermənistana və xarici ölkələrə köçmək istəyir:

“Hər şey təhlükəsizlik məsələsinə söykənir. İndi təhlükəsizliyi rusiyalı sülhməramlılar təmin edir. Amma onlar regionda nə vaxta qədər qalacaqlar? Bu suala cavab yoxdur. Qarabağdan Ermənistana köçənlərə isə dövlət yardım etmir. Onlar əhalinin Qarabağda qalmasında maraqlı olduqları üçün bunu edirlər”, - deyə jurnalist söyləyir.

Müharibədə sarsıdıcı məğlubiyyətə uğrasa da, Ermənistanda hələ də məğlubiyyətin miqyasını və Qarabağ münaqişəsinin tarixin arxivinə göndərildiyini dərk etməyən qüvvələr mövcuddur.


+ Benzer Haberler
» Qarabağda bütün müsəlmanlar TƏHQİR OLUNUB
» İran prezidenti Azərbaycanla sərhədə gəldi
» İran narkotrafikin Qarabağdakı "boz zonası" üzərində nəzarəti itirdiyinə görə qıcıqlanır - Rusiyalı analitik
» Moskvada üçtərəfli komissiyanın iclası KEÇİRİLƏCƏK
» Azərbaycanın müstəqillik günü Təbrizdə qeyd olunub
» Azərbaycan və Türkiyə deputatları Ankarada GÖRÜŞDÜLƏR
» Azərbaycanlı vəkil Haaqa Məhkəməsində Ermənistanı İFŞA ETDİ
» Mirzoyan Ceyhun Bayramovla əldə olunmuş razılaşmadan DANIŞDI
» Güneyli milli fəal Ruzbeh Piri müvəqqəti azadlığa buraxılıb
» Türkiyə və Ermənistan rəsmiləri arasında hazırda görüş planlaşdırılmır - Çavuşoğlu
» Türk Şurası ölkələri liderlərinin növbəti görüşünün yeri və vaxtı məlum olub
» Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciət edib
» Vətən Müharibəsi şəhidlərinin xatirəsi bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad edilib
» Türkiyə ilə Azərbaycan beynəlxalq teatr festivallarında birgə iştirak edəcək
» Xarkov şəhərində Nizami Gəncəvinin abidəsi ucaldılıb
» İranın Xankəndi təxribatı: Azərbaycan hansı addımı atacaq?
» Bayraktar: “Qarabağda uğura vasitəçi olmaq böyük şərəfdir”
» Gorus-Qafan yolunda saxlanılan iranlı sürücülər əslində kimlərdir...
» Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gələcək
» Azərbaycan və Türkiyə sualtı hücum qruplarının təlimi başa çatıb


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.9719
 GBP :  2.3391
 TRY :  0.177
 EUR/USD :  1.1599
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Ermenistan’da revizyonizmi kimler kışkırtıyor?
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft