AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Nazirlər Kabinetində türklərin yer almaması Azərbaycan əhalisinə zülmdür”
02/10/2017 Yazdır

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur Həsən Ruhaninin yeni nazirlər kabinetinə işarə edərək türklərin kabinetdə yer almamasına növbəti dəfə etiraz edib.

Mətbuatda yayılan məlumata görə, millət vəkili hələlik təyin edilməmiş Energetika və Elm, tədqiqat və texnologiyalar naziri postları haqda növbəti dəfə xəbərdarlıq edib. “Nazirlərin siyahısı parlamentə təqdim olduğu zaman mən prezidentə dedim ki, Azərbaycandan heç bir nazirin adı siyahıda yoxdur. Ona görə də ən azı Elm, tədqiqat və texnologiyalar naziri türklərdən seçilməlidir. Bu haqda hələki müzakirələr gedir, nəticənin nə olacağını demək çətindir”- deyə o bildirib.

Qazipur azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə etirazlarını davam etdirəcəyini deyib.

“Parlamentə təqdim olunacaq nazir türk olarsa ona səs verəcəm, əks halda onun lehinə səs verməyəcəm. Ona görə ki, qeyrət və cəsarət beşiyi olan Azərbaycanın Nazirlər Kabinetində təsmil olunmaması böyük zülmdür. Mən təbii ki, bu məsələni heç vaxt boş buraxmayacam və gedişatı diqqətdə saxlayacam”- deyə millət vəkili əlavə edib.

O sözlərinin sonunda Urmu gölü böhranına da toxunub.

“Urmu gölü son nəfəslərini alır, artıq onun 97 faizi quruyub. Cənab Həsən Ruhani Hakimiyyətə yeni gəldiyi zaman Urmu gölünün vəziyyəti bu qədər də gərgin deyildi. Urmu Gölünü Canlandırma Mərkəzi Azərbaycanın ölüm mərkəzinə çevrilib, bu qurum hətta Urmu gölü bəhanəsi ilə bölgədə əkinçiliyi məhv edir və bu şəkildə məntəqəni inkişafdan geri saxlayır. Mən bilmirəm bu işləri nə zamanadək davam etdirəcəklər?! Lakin hamı bilsin ki, Qazipur bir an da olsa əhalinin hüququnu qorumaqdan geri addım atmayacaq”- deyə millət vəkili bəyan edib.

İran prezidenti Həsən Ruhani 12-ci hökumət üzvlərinin siyahısını Elm, tədqiqat və texnologiyalar naziri istisna olmaqla avqustun 8-də parlamentə təqdim edib. Avqustun 20-də İran parlamenti 5 günlük müzakirələrdən sonra nazir postlarına təklif edilən şəxslərin səlahiyyətini səsə qoyub.

Deputatlar energetika naziri postuna təklif edilən Həbibullah Bitərəfdən başqa, siyahıda adı olan bütün şəxslərə etimad səsi veriblər. Hazırda Enegerika və Elm, tədqiqat və texnologiyalar naziri postları boşdur. Azərbaycanlı millət vəkilləri Nazirlər Kabinetində türklər də yer alsın deyə bu postlara türklərin təyin edilməsini tələb edirlər./gunaz.tv/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft