AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Niyə Azərbaycanın Messisi yoxdur?
22/10/2015 Yazdır

İspaniyanın “Barselona” futbol klubunun oyunlarına baxanda Messinin xariqələr yaratdığını görərkən yəqin ki, bir çoxlarının fikrindən “niyə Azərbaycanın öz Messisi yoxdur” sualı keçir.

Əslində Azərbaycanda Messi kimi istedadlı uşaqlar olub və olacaq. Sadəcə onların Messi zirvəsinə gedən yolda problemləri var. Həmin problemlərin konkret nədən ibarət olduğunu araşdırmağa çalışaq.

Ümumiyyətlə, dünya səviyyəli futbolçu olmaq üçün 3 əsas şərt vacibdir. Bunlar istedad, nizam-intizam və peşəkarlıqdır.

Sadalanan şərtlərdən birincisi Azərbaycanda və ümumiyyətlə, dünyanın hər bir yerində futbol oynayan uşaqların bir çoxunda mövcuddur. Yəni heç kimə futbol oynamağı öyrətmirlər, bu, anadangəlmə istedaddır. Uşaqlar, adətən, küçədə futbol oynayarkən onların istedadı özünü büruzə verir, sonradan onlar futbol məktəblərində istedadlarını inkişaf etdirirlər.

Yeri gəlmişkən, Messi kimi dünyanın bir çox ulduz futbolçuları məhz küçə futbolundan böyük futbola gəliblər. Buna görə də geniş yayılmış belə bir fikir var ki, Braziliyada ulduz futbolçular küçədə yetişir və həmin ölkənin futbol uğurunun sirri budur. Bizdə buna məhəllə futbolu deyirlər.

Burada müəyyən həqiqət var. Axı uşaqlar futbol oyununda ilk addımlarını məhz küçələrdə atır. Buna görə də küçə futbolu nə qədər populyar olsa və uşaqların futbol oynaması üçün belə yerlərin sayı, eləcə də sahəsi geniş olsa, ölkədə futbolun kütləviliyi artar.

Bizdə isə bunun əksinə proseslər baş verir. Məlum olduğu kimi, məhəllələr sökülərək yerinə hündürmərtəbəli binaların tikilməsi uşaqların küçələrdə oynamasına mane olur. Bir çox hündürmərtəbəli binaların həyətində isə uşaqlar üçün meydança, demək olar, nəzərdə tutulmayıb.

Buna görə də uşaqlarmız futbolu əllə oynamaq məcburiyyətində qalıblar. Yəni onlar "PlayStation" oynamaqla "qurdlarını öldürürlər". Lakin bu, dünya səviyyəli futbolçumuzun olmamasının əsas səbəbi deyil.

Əsas səbəblər insanlarımızın düşüncə tərzləri və cəmiyyətdə oturuşmuş mənfi hallardır. Bu səbəblər özünü yuxarıda sadaladığımız nizam-intizam və peşəkarlıq şərtlərində açıq-aydın göstərir.

Bizim uşaqlar da nə vaxtsa ulduz futbolçu olmaq xəyalları qururlar. Lakin bu xəyallar uşaqların futbol məktəblərinə yazılmasından sonra xəyal olaraq qalır. Bu məktəblərdə uşaqların nizam-intizam məsələsinə barmaqarası baxılır. Yəni iş uşaqların məktəbdə keçirdiyi vaxtla məhdudlaşır.

Onun məktəbdən sonrakı həyat tərzi isə nə müəllimləri, nə də valideynləri maraqlandırır. Uşağın zərərli vərdişlər qazanaraq peşəkar futboldan uzaqlaşması belə baş verir. Digər tərəfdən, uşaq müəllim və valideynindən biganəlik görəndə onda stimul azalır.

Bundan başqa, futbol təkcə imkanlı ailələrin uşaqları üçün nəzərdə tutulmuş idman növü olmamalıdır. Klublarımız yoxsul ailələrdən olan istedadlı uşaqların futbol məktəbi xərclərini üzərinə götürə bilər. Təbii ki, ən vacib məqam həqiqətən də gələcəkdə ulduza çevrilə biləcək istedadlı futbolçuların seçilməsidir ki, bu da güclü seleksionerlərin olmasını tələb edir. Alt yaş qrupundan yuxarı yaş qruplarına, oradan klublara gedən yolda edilən ədalətsizliklər də öz təsirini göstərir. Yəni tanışlığa və ya pul müqabilində gənc futbolçuları klublara götürmək kimi neqativ hallar var.

Messimizin olmamasının ən böyük səbəblərindən biri öz üzərimizdə çalışmamağımız və əziyyətə qatlanmamağımızdır ki, bu da son şərt olan peşəkarlığın olmamasına gətirib çıxarır. Kifayət qədər yüksək məvacib alan futbolçular xarici klublarda oynamağa o qədər də meyilli olmurlar. Onlar gərgin məşqlər edərək xaricə üz tutmaq əvəzinə karyeralarını ölkənin bir klubundan digərinə transfer olunmaqla keçirməyə üstünlük verirlər.

Hər bir ölkənin millisində dünya səviyyəli futbolçunun olması həmin komandanın uğurunu təmin edən əsas amillərdən biridir. Futbolda vuran ayağımız və ya bir neçə rəqib futbolçunu aldadıb təhlükəli vəziyyət yarada bilən futbolçumuz olmadığından bu məsələ də bizim üçün keçərlidir.

Sözlərimizin isbatı kimi aşağıdakı misala nəzər salaq. Almaniyanın “Bavariya” klubunun və Polşa yığmasının hücumçusu Robert Levandovski “Volfsburq”un qapısına 9 dəqiqə ərzində 5 qol vurandan sonra San-Marino millisinin “Twitter” rəsmi mikrobloqunda yayılan açıqlamada deyilirdi: “Levandovski 9 dəqiqəyə bizim tariximiz ərzində vurduğumuz qollardan daha çox qol vurub. Gəl bizim üçün oyna ki, Rusiyada keçiriləcək dünya çempionatına yollanaq”. San-Marino millisi FIFA-nın reytinqində sonuncu, 208-ci yerdə qərarlaşıb.

Yeri gəlmişkən, Levandovski, həmçinin 2016-cı il Avropa çempionatının seçmə mərhələsində 13 qol vurmaqla bombardir olub. Hərçənd millimiz bu turnirdə 5 dəfə fərqlənə bilib. Fərq göz qabağındadır.

Yaponiya, Cənubi Koreya, ərəb və ya Afrikanın banan ölkə nümayəndələrinin Avropanın qabaqcıl ölkə çempionatlarında top qovduğunu görəndə təəccüblənməyin. Həmin qeyri-ənənəvi futbol ölkələrində az da olsa nizam-intizam və peşəkarlıq meyarlarına əməl edən futbolçular tapılır və bu hal getdikcə artır.

Yapon Honda “Milan”da, cənubi koreyalı Son Xın Min “Tottenhem”də, mərakeşli Mehdi Benatiya “Bavariya”da oynayır. Yoxsa onların tanışlıq yolu ilə həmin klublarda oynadığını düşünürsünüz?

Məftun Salmanov

/Trend/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8227
 GBP :  2.1249
 TRY :  0.0522
 EUR/USD :  1.0722
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft